Professor Rafiq Feyzullayev (1943-2001) Digər » Unutsaq, unudularıq!.. 9 Eylül Rafiq Babaş oğlu Feyzullayev - Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1965–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışıb. Sonra Xarkov Radiotexnika İnstitutunun aspiranturasında təhsil alıb (1967-1970).1971‑ci ildə Saratov Dövlət Universitetində cəbr və topologiya ixtisası üzrə namizədlik, 1985‑ci ildə Belorusiya Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib. 1990‑cı ildə professor və 1991‑ci ildə «Əməkdar elm xadimi» fəxri adına layiq görülüb.1976–1983‑cü illərdə SSRİ Ali Attestasiya Komissiyasında Azərbaycanın səlahiyyətli nümayəndəsi olub. 1980–1983‑cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Xalq Nəzarəti Komissiyasının sədri kimi fəaliyyət göstərib.Rafiq Feyzullayev 1988‑ci ildə Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü, Bakı Şəhər Sovetinin deputatı seçilib. SSRİ KP‑nın XXVIII qurultayında Mərkəzi Nəzarət Komissiyasının üzvü seçilib. Professor Rafiq Feyzullayev 70‑dən artıq elmi əsərin və tədris vəsaitinin müəllifi olub.Azərbaycan Ali və Orta İxtisas Təhsili nazirinin müavini, xalq təhsili nazirinin müavini (1983-1989) və təhsil naziri (1989-1992), Respublika müdafiə nazirinin müavini (1992-93), Elm və Texnika Komitəsinin sədr müavini (1992-1996) vəzifələrində işləyib.1993–2001‑ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müavini vəzifəsini icra edib.Rafiq Feyzullayev 2001-ci il iyunun 17-də vəfat edib.Allah rəhmət eləsin.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.