Professor Salidə Şərifovanın yeni monoqrafiyası çapdan çıxıb Yeni nəşrlər, Humanitar elmlər, Təbriklər 18 Eylül 141 100 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanın “Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı və publisistikası” monoqrafiyası çapdan çıxıb. Monoqrafiya Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 24 iyun 2024-cü il tarixli 4 saylı qərarı ilə çapa tövsiyə olunmuşdur. Monoqrafiya “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görən əlli dördüncü nəşrdir.Monoqrafiyanın rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Tehran Mustafayev və filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahidovadır.“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada jurnalist, dramaturq, yazıçı, publisist Bayram İsgəndərlinin həyatı, bədii yaradıcılığı, publisistikası, mənsur şeirlərinin, hekayələrinin, nağıllarının və pyeslərinin problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri, mənsur şeirlərində xalq yaradıcılığına müraciət etməsi və s. aktual problemlər geniş tədqiq edilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.