Milli mətbuatın 151 illik maarifçilik ənənələri və elmin təbliği

Milli mətbuatın 151 illik maarifçilik ənənələri və elmin təbliği İyulun 22-də Azərbaycan mətbuatının yaranmasının 151 ili tamam olur. 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən dövr ərzində xalqın maariflənməsində, ictimai fikrin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və elmi biliklərin təbliğində mühüm rol oynamışdır. “Əkinçi” yalnız ilk milli qəzet deyil, həm də elmə, təhsilə və tərəqqiyə çağırış edən, cəmiyyətin inkişafını maarifçiliyin, demokratiyanın geniş yayılmasında görən mütərəqqi ideyanın daşıyıcısı idi. Bu ənənələr sonrakı dövrlərdə Azərbaycan mətbuatının inkişafına istiqamət vermiş, elmi fikrin və mədəni irsin geniş ictimaiyyətə çatdırılmasında böyük əhəmiyyət kəsb etmişdir.

Bu gün rəqəmsal və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi, informasiya axınının misilsiz dərəcədə artdığı müasir dövrdə də milli mətbuat öz maarifçilik missiyasını uğurla davam etdirir. Xüsusilə elmi biliklərin cəmiyyətə çatdırılması, etibarlı informasiya mühitinin formalaşdırılması və milli-mədəni irsin təbliği istiqamətində jurnalistikanın, mətbuat nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Azərbaycan Milli Elmlər Akademiyası da bu prosesdə elmi nəticələrin ictimaiyyətə çatdırılması, elmin irsin qorunması, təbliği və populyarlaşdırılması sahəsində media ilə səmərəli əməkdaşlığa xüsusi önəm verir.

Akademiyanın çoxsaylı elmi nəşrləri, jurnalları, kitabları, monoqrafiyaları, eləcə də rəsmi informasiya resursları və media platformaları ölkənin elmi və intellektual potensialının tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir. Eyni zamanda, AMEA-da keçirilən elmi tədbirlər, konfranslar, yubiley mərasimləri və mühüm elmi nailiyyətlərin operativ şəkildə ictimaiyyətə təqdim olunması akademik mühitlə cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Bu baxımdan ən əlamətdar hadisələrdən biri də cari ildə AMEA-da I Türkoloji Qurultayın 100 illiyi münasibətilə geniş silsilə tədbirlərin keçirilməsi olmuşdur. Bu münasibətlə Akademiya və onun elmi müəssisələrində müxtəlif səpkili tədbirlər, elmi sessiyalar, dəyirmi masalar, kitab təqdimatları və sərgilər təşkil edilmiş, Türkoloji Qurultayın Azərbaycan milli-mədəni fikrinin türk dünyasına inteqrasiyası tarixindəki müstəsna rolu geniş şəkildə təhlil edilmişdir. Yubiley çərçivəsində hazırlanan kitablar, monoqrafiyalar, məqalələr və digər elmi nəşrlər, eləcə də AMEA-nın informasiya resurslarında dərc olunan müsahibə və analitik yazılar Qurultaya dair elmi irsin geniş ictimaiyyətə çatdırılmasına, onun gələcək nəsillər üçün qorunub saxlanılmasına və təbliğinə mühüm töhfə vermişdir.
Milli mətbuatın maarifçilik ənənələrinin müasir dövrdə də davam etdirilməsi baxımından 2026-cı ilin “Konstitusiya və Suverenlik İli” elan olunması xüsusi əhəmiyyət kəsb edir. Cari il ərzində dövlətçilik ənənələrinin təbliği, milli maraqların qorunması və hüquqi dəyərlərin təşviqinə yönəlmiş silsilə tədbirlər keçirilmiş, ictimaiyyətin bu sahədə məlumatlandırılmasına xüsusi diqqət yetirilmişdir. Bu baxımdan, cəmiyyətin obyektiv, dəqiq və etibarlı informasiya ilə təmin olunmasında medianın üzərinə böyük məsuliyyət düşür. AMEA da bu istiqamətdə alim və mütəxəssislərin fəaliyyətinin, elmi tədqiqat nəticələrinin geniş ictimaiyyətə təqdim olunması məqsədilə media ilə əməkdaşlığın inkişafına xüsusi önəm verir.
Onu da qeyd etmək lazımdır ki, cari il iyulun 13-də keçirilən IV Şuşa Qlobal Media Forumu ölkəmizdə media siyasətinə verilən önəmin, mətbuat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin bariz nümunəsi kimi yadda qaldı. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal informasiya məkanında aktual məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynadı.
Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakçılarla ənənəvi görüşü və çoxsaylı sualları açıq, səmimi və ətraflı şəkildə cavablandırması dövlət başçısının media ilə dialoqa, jurnalist peşəsinə və obyektiv informasiyanın cəmiyyətdəki roluna verdiyi yüksək dəyərin daha bir ifadəsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media sahəsində həyata keçirilən ardıcıl islahatlar, jurnalistlərin fəaliyyətinin dəstəklənməsi, peşəkar medianın inkişafı və beynəlxalq media əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlər milli mətbuatın müasir dövrün çağırışlarına uyğun inkişafına mühüm töhfə verir.

Əminik ki, Azərbaycan mətbuatı çoxillik zəngin ənənələrinə sadiq qalaraq bundan sonra da uğurla inkişaf edəcək, cəmiyyətin obyektiv, dolğun və etibarlı informasiya ilə təmin olunmasına, milli-mənəvi dəyərlərin, elm və təhsilin təbliğinə öz dəyərli töhfəsini verəcəkdir. Eyni zamanda, AMEA mətbuatı elmi biliklərin populyarlaşdırılması, geniş ictimaiyyətə çatdırılması və akademik irsin qorunması istiqamətində fəaliyyətini müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirəcək, elm və cəmiyyət arasında körpünün daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin
Elektron informasiya sektorunun müdiri

NƏRGİZ QƏHRƏMANOVA

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elmin və mətbuatın qovşağında

Elmin və mətbuatın qovşağında

ADPU, Digər ali məktəblər, "Şərqin səsi"
Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbi ...

Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbi ...

Elm, Humanitar elmlər, "Zirvə"
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycan ...

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycan ...

Elm, Humanitar elmlər, "Zirvə"
Elton Məmmədov: Ana dili hər bir xalqın milli-mənəvi sərvətidir

Elton Məmmədov: Ana dili hər bir xalqın milli-mənəvi sərvətidir

"Zirvə"
27 Mart - Azərbaycanda Elm Günüdür

27 Mart - Azərbaycanda Elm Günüdür

Elm
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Elm, Elmi Məqalələr, Müsabiqə
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

“Elm günü”nun təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur

Digər bölmələr
Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Rusiya, Diaspora
AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəal ...

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəal ...

Elm

"İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mö ...

MEDİA, "Zirvə"
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
Jurnalistlər üçün təlim başa çatıb

Jurnalistlər üçün təlim başa çatıb

Nazirlik
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Rəy yazın: