PROFESSOR ƏHMƏD VƏLİYEVİN ELM, TƏHSİL VƏ İNSANLIQ MİSSİYASI

PROFESSOR ƏHMƏD VƏLİYEVİN ELM, TƏHSİL VƏ İNSANLIQ MİSSİYASI Pofessor Əhməd Abdulkərim oğlu Vəliyev – 80

Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar.
Əbu Turxan


İnsan ömrünün dəyəri yalnız yaşanmış illərlə deyil, həmin illər ərzində yaratdığı dəyərlər, cəmiyyətə verdiyi töhfələr və yetişdirdiyi insanlarla ölçülür. Elə şəxsiyyətlər var ki, onların həyat yolu fərdi bioqrafiya çərçivəsini aşaraq xalqın və dövlətin inkişafına xidmət edən, ictimai əhəmiyyət daşıyan fəaliyyət salnaməsinə çevrilir. 2026-cı il noyabrın 29-da 80 yaşı tamam olacaq fizika-riyaziyyat elmləri doktoru, professor, «Şöhrət» ordenli Əhməd Abdulkərim oğlu Vəliyevin ömür yolu da məhz belə bir məzmun daşıyır. Onun çoxşaxəli fəaliyyəti elmə, təhsilə, ali təhsil quruculuğuna və ictimai xidmətə sədaqətin parlaq nümunəsidir. Bu həyat yolunun səciyyəvi xüsusiyyəti isə peşəkar nüfuzun yüksək insani keyfiyyətlərlə vəhdət təşkil etməsidir.

Əhməd Vəliyevin təhsil təşkilatçısı kimi fəaliyyətində mühüm mərhələ 1990-cı ildə Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru təyin olunması ilə başlamışdır. Burada qazandığı idarəçilik təcrübəsi 1995-ci ildə Odlar Yurdu Universitetinin yaradılması ilə yeni məzmun və miqyas kəsb etmişdir. Müstəqilliyin ilk illərində ali təhsil müəssisəsi yaratmaq təşəbbüsü təşkilati iradə, strateji düşüncə və gələcəyə inam tələb edirdi. Universitetin akademik strukturunun qurulması, professor-müəllim kollektivinin formalaşdırılması, tədris və elmi fəaliyyətin təşkili bu quruculuq prosesinin əsas istiqamətlərini təşkil etmişdir.
Bu gün fakültə və kafedraları, magistratura və doktorantura proqramları, elmi-tədqiqat mərkəzləri və müasir laboratoriyaları ilə fəaliyyətini genişləndirən Odlar Yurdu Universiteti ənənəvi akademik dəyərləri müasir təhsil yanaşmaları ilə uzlaşdırmağa çalışır. Süni intellekt və rəqəmsal transformasiya kimi istiqamətlərə diqqət də bu axtarışların ifadəsidir. Universitetin əldə etdiyi nəticələr onun ölkəmizdə və beynəlxalq təhsil məkanında tanınan, gənclərin maraq və gözləntilərinə cavab verən müasir ali təhsil kompleksinə çevrilməsinə zəmin yaratmışdır. Beləliklə, Əhməd Vəliyevin quruculuq fəaliyyəti yalnız yeni təhsil müəssisəsinin yaradılması ilə deyil, onun ətrafında akademik mühitin və davamlı inkişaf ənənələrinin formalaşdırılması ilə də səciyyələnir.
Lakin Əhməd müəllimin şəxsiyyətini yalnız elmi adları, tutduğu vəzifələr, yaratdığı təhsil müəssisəsi və dövlət təltifləri ilə səciyyələndirmək doğru olmazdı. Onun mənəvi dünyasını tamamlayan mühüm cəhətlərdən biri insanlara münasibətindəki səmimiyyət, xeyirxahlıq və qayğıkeşlikdir. Bu qənaətim ümumi müşahidələrdən deyil, şəxsi təcrübəmdən qaynaqlanır. Həyatımın müəyyən məqamlarında onun diqqətini, xoş münasibətini və dəstəyini şəxsən hiss etmişəm. İnsan həyatında elə anlar olur ki, vaxtında göstərilən diqqət və mənəvi dəstək uzun illər yaddaşlardan silinmir. Əhməd müəllimin mənə münasibəti də məhz belə unudulmaz xatirələrdəndir.
Sonralar taleyin qisməti ilə Əhməd müəllimdən sonra onun rəhbərlik etdiyi Bakı Sənaye-Pedaqoji Kollecinə rəhbərlik etmək mənə nəsib oldu. Bu kollektivdə formalaşmış pedaqoji mühit, mövcud idarəçilik ənənələri, kollektivin rəhbərinə bəslədiyi inam, rəğbət və ehtiram mənim üçün həm böyük mənəvi dəyər, həm də örnək oldu. Rəhbərlik etdiyi kollektivdə belə bir sağlam mənəvi-psixoloji mühitin yaranması hər bir təhsil təşkilatçısının fəaliyyətinə verilə biləcək ən yüksək qiymətlərdən biridir. Əhməd Vəliyevin Milli Məclisə deputat seçildiyi zaman onun vəkili olmaq mənim üçün xüsusi əhəmiyyət daşıyıb. Ona göstərilən el sevgisi və etimad, hər şeydən əvvəl, cəmiyyətdə qazandığı nüfuzun, ictimai etibarın və insanlarla qurduğu səmimi münasibətlərin təzahürü idi. Bütün bunları nəzərə alaraq, xalqımız üçün əsl ziyalılıq etalonuna çevrilmiş Əhməd müəllimin yüksək insani keyfiyyətlərini, mənəvi zənginliyini və şəxsiyyət kimi formalaşdırdığı hörmət və ehtiramı xüsusi minnətdarlıq hissi ilə qeyd etməyi özümə mənəvi borc bilirəm.
Mənə görə, Əhməd Vəliyevin şəxsiyyətində alimlik, təhsil quruculuğu və insanlıq bir-birindən ayrılmaz, bir-birini tamamlayan keyfiyyətlərdir. Çünki təhsil yalnız bilik və bacarıqların ötürülməsi deyil, həm də insana dəyər vermək, onun potensialının üzə çıxmasına şərait yaratmaq, inkişafına dəstək olmaq və gələcəyə inam aşılamaqdır. Bu mənada onun fəaliyyəti yaratdığı təhsil müəssisəsinin miqyası ilə yanaşı, həmin mühitdə yetişən mütəxəssislər və cəmiyyətə qazandırılan mənəvi-intellektual dəyərlərlə də əhəmiyyət kəsb edir.
Səksən illik ömür yolunun ən mühüm yekunu, məncə, elmi-pedaqoji fəaliyyətin, quruculuq təşəbbüslərinin, ictimai xidmətin və yüksək insani keyfiyyətlərin vahid amal ətrafında birləşməsidir. Yaratdığı universitet, formalaşmasına töhfə verdiyi akademik mühit, yetişdirilməsinə dəstək olduğu mütəxəssislər, qazandığı ictimai nüfuz və insanlara göstərdiyi xeyirxahlıq onun zəngin həyat salnaməsinin bir-birini tamamlayan səhifələridir. Bu fəaliyyətin əsl dəyəri isə əldə olunmuş nəticələrin zamanla öz əhəmiyyətini qorumasında, yetişdirilən insanların cəmiyyətə xidmətində və yaradılmış dəyərlərin gələcək nəsillərə ötürülməsində təcəssüm edir.

Hörmətli Əhməd müəllim!
Sizi sevən və Sizə böyük hörmət bəsləyən çoxsaylı insanların sırasına qoşularaq, 80 illik yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, elmə, təhsilə, quruculuğa və insan yetişdirmək kimi müqəddəs amala həsr olunmuş zəngin həyat yolunuza dərin ehtiramımı bildirirəm!
Həyatımın müəyyən məqamlarında diqqətinizi, qayğınızı və dəstəyinizi hiss etmiş bir insan kimi, Sizə xüsusi minnətdarlığımı ifadə etməyi özümə mənəvi borc bilirəm.
Arzu edirəm ki, bundan sonrakı həyatınız möhkəm cansağlığı, ailə səadəti və könül rahatlığı içində keçsin. Böyük ailənizin sevincini, yaratdığınız universitetin yeni uğurlarını, yetirmələrinizin nailiyyətlərini və uzun illər çəkdiyiniz zəhmətin bəhrələrini görmək, bir-birindən gözəl və unudulmaz günlər yaşamaq Sizə nəsib olsun!
80 illik yubileyiniz mübarək olsun, hörmətli Əhməd müəllim!


VİDADİ ÖMƏR OĞLU ORUCOV
Pedaqoji elmlər doktoru, professor

ZiM.Az



REDAKSİYADAN:

Biz də Redaksiya Heyətimiz adından, Azərbaycanın görkəmli alimi və tanınmış ictimai xadimi, 1995-ci ildən Odlar Yurdu Universitetinin təsisçisi və rektoru, Azərbaycan Respublikası Milli Məclisinin III (2005–2010) və IV (2010–2015) çağırış deputatı, həmin illərdə Milli Məclisin Elm və Təhsil məsələləri daimi komitəsinin üzvü, eyni zamanda, Azərbaycanla Almaniya, Litva, Çexiya, Türkiyə, Şimali İrlandiya, Gürcüstan Parlamentlərarası dostluq qrupunun üzvü və Cənubi Afrika dostluq qrupunun rəhbəri olmuş, Amerika Riyaziyyatçıları Cəmiyyətinin və Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Yeni təhsil texnologiyalarının tətbiqindəki nailiyyətlərinə görə Fransa İqtisadiyyatına Yardım Assosiasiyasının qızıl medalına layiq görülmüş, «Şöhrət» ordenli, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Abdulkərim oğlu Vəliyevi anadan olmasının 80 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


MÜŞFİQ BORÇALI,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Junalistlər Birliyinin və
Turan Yazarlar Birliyinin üzvü,
Azərbaycan Texniki Universitetinin əməkdaşı,
"Ziya", “Şərqin səsi” və
"Elm və Təhsil" qəzetlərinin,
ZiM.Az, Ziya.info.az, Elm.info.az və
Turan.info.az saytlarının
Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SÖZÜN QÜDRƏTİNƏ ÖMRÜNÜ HƏSR EDƏN ALİM

SÖZÜN QÜDRƏTİNƏ ÖMRÜNÜ HƏSR EDƏN ALİM

Humanitar elmlər, Təbriklər
Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ:  PROF ...

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROF ...

Humanitar elmlər, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
QƏLBLƏRDƏ YAŞAYAN BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

QƏLBLƏRDƏ YAŞAYAN BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Professor Vüqar Əhməd Türkoloji Qurultayın 100 illik xatirə nişanı ilə təlt ...

Professor Vüqar Əhməd Türkoloji Qurultayın 100 illik xatirə nişanı ilə təlt ...

Humanitar elmlər, Təbriklər
Elmin və mətbuatın qovşağında

Elmin və mətbuatın qovşağında

ADPU, Digər ali məktəblər, "Şərqin səsi"
AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Prezident İlham Əliyevin süni intelle ...

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Prezident İlham Əliyevin süni intelle ...

Digər bölmələr, BDU
Yubileyiniz mübarək, çox hörmətli professor İSA XƏLİLOV!..

Yubileyiniz mübarək, çox hörmətli professor İSA XƏLİLOV!..

AzTU, Bolus, Təbriklər
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycan ...

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycan ...

Elm, Humanitar elmlər, "Zirvə"
ZİYALILIQ, QƏLƏM VƏ VİCDAN MƏKTƏBİ

ZİYALILIQ, QƏLƏM VƏ VİCDAN MƏKTƏBİ

Humanitar elmlər, AzTU, MEDİA, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
Sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalı -  ...

Sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalı - ...

Humanitar elmlər, AzTU, MEDİA, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
AzMİU-nun 50 illik yubileyi münasibətilə TƏBRİK MƏKTUBU

AzMİU-nun 50 illik yubileyi münasibətilə TƏBRİK MƏKTUBU

Təbriklər
ŞƏRƏFLİ ÖMÜR YOLU...  FAİQ ŞAHBAZLI – 70

ŞƏRƏFLİ ÖMÜR YOLU... FAİQ ŞAHBAZLI – 70

ADNSU, ADPU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!..

Təbriklər
Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

Tanınmış alim Əhməd Məmmədovun 70 yaşı tamam olub

AzTU, Təbriklər
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Dövlət mükafatı təqdim olunub... TƏBRİK EDİRİK!..

Nazirlik, Digər ali məktəblər
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, Saleh Məhərr ...

Naxçıvan, Elm
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Rəy yazın: