AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB

AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hüseyinqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində həmin məktəbin saz ixtisası üzrə müəllimi Həqiqət Xəlilxanlının təşkilatçılığı ilə tanınmış Azərbaycan aşığı, şairi və musiqiçisi, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Aşıq Ulduz Sönməz “Tarixin zəfəri” adlı ustad dərsi keçmişdir.

AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB Tədbirə ustad sənətkarlar - Aşıq Ulduz Sönməz, Aşıq Zülfiyyə, Azər Fərmayıloğlu, Sumqayıt Musiqi Məktəbinin saz müəllimi Nurlan Məmmədli, Aşıqlar Birliyinin üzvləri və başqaları da qanaq qismində dəvət olunmuşdular.

Ustad dərsi çərçivəsində tanınmış Ustad Aşıq Ulduz Sönməzlə keçirilən görüş şagirdlərin və bütün iştirakçıların yaddaşına əbədi olaraq yazılmışdır.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad olunmuşdur.


Görüşü giriş sözü ilə məktəbin direktoru Samirə Əliyeva açaraq, qonaqları salamlamış, rəhbərlik etdiyi Hüseyinqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi haqqında qonaqlara qısa məlumat vermiş, qeyd etmişdir ki, uzun illərdir gənc nəslin musiqi təhsili və estetik tərbiyəsi ilə məşğul olan bu məktəb 1937-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsi Mədəniyyət İdarəsinin 7 illik birləşmiş musiqi məktəblərinin tərkibində yaradılmış, 1955-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən birləşmiş məktəblərin tərkibindən çıxarılaraq müstəqil məktəb kimi fəaliyyətə başlamış, bu təhsil ocağına 1981-ci ildə görkəmli Azərbaycan opera müğənnisi, Xalq artisti Hüseynqulu Sarabskinin adı verilmiş, 2025-ci ildə məktəbin müstəqil fəaliyyətinin 70 illik yubileyi təntənə ilə qeyd olunmuşdur.

AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB Direktor məktəbin saz ixtisası üzrə müəllimi Həqiqət Xankişiyevanın təşkil etdiyi “Tarixin zəfəri” adlı ustad dərsini yüksək qiymətləndirmiş, gənc musiqiçilərin dünyagörüşünün zənginləşdirilməsində, milli musiqiyə marağın artırılmasında və ustad sənətkarların təcrübəsinin öyrənilməsində bu cür tədbirlərin xüsusi əhəmiyyətini vurğulamış və qeyd etmişdir ki, belə bir təhsil ocağında xalq musiqisi və aşıq sənəti nümayəndələri ilə görüşlərin keçirilməsi şagirdlərin milli irslə canlı ünsiyyət qurmasına xidmət edir.

AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB Direktor çıxışında Ustad Aşıq Ulduz Sönməzin (Ulduz Əsgər qızı Quliyeva) mənalı ömür yolu barədə də geniş məlumat vermişdir. O, bildirmişdir ki, 1945-ci ildə Gədəbəy rayonunun Kərimli kəndində dünyaya göz açan sənətkar orta məktəbin səkkizinci sinfindən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olmuş və 1969-cu ildə muğam sinfini bitirmişdir. O, hələ tələbəlik illərindən radio və televiziya verilişləri komitəsinin solisti kimi çıxış etmiş, 1964-1971-ci illərdə Sumqayıtda C. Cabbarlı adına Mədəniyyət evində xalq çalğı alətləri ansamblının bədii rəhbəri və radio stansiyasının solisti, 1971-1981-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir.
Sənətkarın pedaqoji və ədəbi-bədii fəaliyyətinin mühüm məqamları da görüşdə diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Aşıq Ulduz Sönməz Sultan Hacıbəyov adına Musiqi Kollecində aşıq sənətinin tədrisinə başlayan ilk mütəxəssislərdəndir - o, burada saz sinfi açmış və aşıq sənətinin ilk tədris proqramını hazırlamışdır. Həm aşıq, həm də şair kimi tanınan sənətkar Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvüdür, dəfələrlə müxtəlif müsabiqələrin və mahnı mətni üzrə festivalların qalibi olub, bir sıra mükafatlarla təltif olunub, 2008-ci ildə «Azərbaycanın Əməkdar mədəniyyət işçisi» fəxri adına, 2016-cı ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

AŞIQ ULDUZ SÖNMƏZ BAKIDAKI 7 NÖMRƏLİ UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ USTAD DƏRSİ KEÇİB Tədbirdə iştirak edən Aşıq Zülfiyə İbadova, Azər Fərmayıloğlu və digər çıxışçılar Aşıq Ulduz Sönməzin sənət yolundan, ifaçılıq xüsusiyyətlərindən və milli mədəniyyətimizdə tutduğu mövqedən söz açmışlar. Çıxışlarda sənətkarın yaradıcılığına dair xatirələr bölüşülmüş, onun saza, sözə və milli ənənələrə bağlılığı xüsusi vurğulanmışdır.
Natiqlər gənc nəsli milli köklərə bağlı olmağa, xalq musiqisinin və aşıq sənətinin incəliklərini dərindən mənimsəməyə səsləmişlər.
Musiqi təhsili alan şagirdlər üçün bu çıxışlar həm də sənətkarlıq məktəbinin canlı davamı kimi dəyərləndirilmişdir.

Sonra söz məktəbin şagirdlərinə verilmişdir.
Onlar ifa etdikləri bir neçə saz havası ilə qonaqları heyran etmişlər.

Sənətkar qonaqlar məktəbin şagirdlərini böyük maraqla izləmişlər.

Aşıq Ulduz Sönməz maraqlı görüş üçün məktəbin rəhbərliyinə, tədbirin təşkilatçılarına və bütün iştirakçılara təşəkkür etmiş, onlara uğurlar diləmişdir.

Digər qonaqlar da şagirdlərə gələcək dərslərində uğurlar arzulamışlar.

Sonda məktəbin rəhbəri Samirə Əliyeva bir daha qonaqlara bu unudulmaz görüş üçün dərin təşəkkürünü bildirmişdir.

Görüş iştirakçıları xatirə üçün foto-şəkillər çəkdirmişlər.

Səmimi söhbətlər, xoş təəssüratlar və sənətə ehtiram ruhu ilə keçən görüş gözəl bir sonluqla başa çatmışdır. Məktəb kollektivi, qonaqlar və şagirdlər üçün yaddaqalan və unudulmaz olan bu tədbir milli musiqi ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından əlamətdar hadisə kimi əbədi olaraq yaddaşlara yazılmışdır.


SƏMAYƏ ŞAHNƏZƏROVA,
"Şərqin səsi" qəzetinin,
"Turan" ədəbi məcmuəsinin və
turan.info.az saytının
şöbə müdiri


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SAZIMIZA, SÖZÜMÜZƏ DƏSTƏK OLAQ!

SAZIMIZA, SÖZÜMÜZƏ DƏSTƏK OLAQ!

Borçalı
TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT  ...

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT ...

Humanitar elmlər, Folklor, Bolus, Nekroloqlar
ŞİRVAN ŞƏHƏR MUSİQİ MƏKTƏBİNİN UĞURLARI

ŞİRVAN ŞƏHƏR MUSİQİ MƏKTƏBİNİN UĞURLARI

Regionlar
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

AŞIQ MÜRSƏL FAXRALI (1925-2001)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Aşıq Hüseyn Saraclının 100 illiyinə həsr olunan xatirə gecəsi keçirildi

Mədəniyyət, Folklor, Bolus
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr
Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib

Borçalı
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı

"Aşıq Pəri" məclisi, Narınc Xatun...

Folklor
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Rəy yazın: