AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq genişlənir

AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq genişlənirAzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq genişlənir AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıq genişlənir Azərbaycan Texniki Universitetində (AzTU) müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri iştirak edib.


Rektor Vilayət Vəliyev qonaqları salamlayaraq AzTU ilə Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında uzun illərdir uğurla davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, son dövrlərdə universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən yeniliklər, xüsusilə müdafiə sənayesi üçün yüksəkixtisaslı mühəndis kadrlarının hazırlandığı Xüsusi texnika və texnologiya fakültəsində aparılan islahatlar barədə ətraflı məlumat verib.

Rektor bildirib ki, fakültədə idarəetmə modelinin təkmilləşdirilməsi, təhsil və elmi fəaliyyətin müdafiə sənayesinin müasir çağırışlarına uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu dəyişikliklərin əsas məqsədi universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsi və müdafiə sənayesi üçün innovativ həllərin hazırlanmasına töhfə verməkdir.

Vilayət Vəliyev qeyd edib ki, 2025-ci il mayın 26-da Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumundan irəli gələn fəaliyyətlər AzTU-da mərhələli şəkildə icra olunur. Bu çərçivədə AzTU ilə Gebze Texniki Universiteti arasında 2026-2027-ci tədris ilindən həyata keçiriləcək materiallar mühəndisliyi ixtisasının enerji və enerji tutumlu materiallar ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramına ilk qəbul aparılacaq.

Rektor Müdafiə Sənayesi Nazirliyinə proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib və bu əməkdaşlığın ölkənin müdafiə sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov səmimi qəbula və qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, AzTU ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edib.

Hidayət Əzimov Elm və Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin birgə təşəbbüsü ilə artıq ikinci dəfə təşkil olunacaq İxtisaslaşmış Akademik Tədris Proqramının həyata keçirilməsində universitet rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib. Bildirib ki, sözügedən proqram müdafiə sənayesinin ehtiyaclarına uyğun mühəndis kadrlarının hazırlanmasına mühüm töhfə verir.

Nazir müavini həmçinin AzTU ilə Gebze Texniki Universiteti arasında həyata keçiriləcək ikili diplom proqramının ölkənin elmi-texnoloji potensialının gücləndirilməsi və müdafiə sənayesinin yüksəkixtisaslı mütəxəssislərlə təmin olunması baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Görüşdə müdafiə sənayesi istiqamətində həyata keçirilməsi planlaşdırılan birgə layihələr, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, innovativ texnologiyaların inkişafı, insan kapitalının gücləndirilməsi, mütəxəssis hazırlığı, tələbələrin istehsalat təcrübəsi və universitet-sənaye əməkdaşlığının yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfran ...

AzTU-da “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfran ...

AzTU
Vüqar Mustafayev Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Özbəkistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya, Orta Asiya
Vüqar Mustafayev Pakistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Pakistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya
Soydaşımız Aqil Qurbanov Müşahidə Şurasının sədri təyin edildi

Soydaşımız Aqil Qurbanov Müşahidə Şurasının sədri təyin edildi

Təbriklər
Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfirini qəbul edib

Dünya, Orta Asiya
Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Vüqar Mustafayev Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfe ...

Turan
Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

AzTU
AzTU-da Bilik Günü qeyd olunub

AzTU-da Bilik Günü qeyd olunub

AzTU
Mədət Quliyev “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsind ...

Mədət Quliyev “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı çərçivəsind ...

Dünya
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “İDEX-2023” Beynəlxalq Müdaf ...

Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “İDEX-2023” Beynəlxalq Müdaf ...

Dünya
Mədət Quliyevin Sudan Respublikasının “MASAD” Hərbi Sənaye Sistemlərinin ba ...

Mədət Quliyevin Sudan Respublikasının “MASAD” Hərbi Sənaye Sistemlərinin ba ...

Dünya
AzTU 4-cü “ADEX” sərgisində iştirak edib

AzTU 4-cü “ADEX” sərgisində iştirak edib

AzTU
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU-da Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə konfrans keçirilib

AzTU
Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

Türkiyənin Qazi Universitetinin bir qrup professor-müəllim heyəti AzTU-da o ...

AzTU, Turan
AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU, Turan
AzTU-nun rektoru Müdafiə Sənayesi Naziri ilə görüşüb

AzTU-nun rektoru Müdafiə Sənayesi Naziri ilə görüşüb

AzTU
AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işləmək üçün t ...

AzTU məzunları Müdafiə Sənayesi Nazirliyinin komplekslərində işləmək üçün t ...

AzTU
Silah mütəxəsislərimizdən ilk məzunlar

Silah mütəxəsislərimizdən ilk məzunlar

AzTU
AzTU-nun

AzTU-nun "Xüsusi texnika və texnoıogiya" fakültəsinin tələbələri kurs işl ...

AzTU
Rəy yazın: