Azərbaycan və Özbəkistan parlamentlərinin nümayəndə heyətləri Ədəbiyyat Muzeyini ziyarət ediblər

Azərbaycan və Özbəkistan parlamentlərinin nümayəndə heyətləri Ədəbiyyat Muzeyini ziyarət ediblərAzərbaycan və Özbəkistan parlamentlərinin nümayəndə heyətləri Ədəbiyyat Muzeyini ziyarət ediblərAzərbaycan və Özbəkistan parlamentlərinin nümayəndə heyətləri Ədəbiyyat Muzeyini ziyarət ediblərİkinci Azərbaycan – Özbəkistan Parlamentlərarası Forumu çərçivəsində ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin nümayəndə heyəti noyabrın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Ali Məclis Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdyi nümayəndə heyətini muzeyin direktoru, akademik Rafael Hüseynov qarşılayıb.


Akademik Rafael Hüseynov qonaqları muzeyin zəngin ekspozisiyası ilə tanış edərək Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ölkəmizin zəngin tarixi-mədəni irsi və incəsənət ənənələri haqqında ətraflı məlumat verib.

Nümayəndə heyətinə daxil olan özbəkistanlı deputatlar, elm və təhsil xadimləri muzeyin miladdan əvvəlki dövrlərdən başlayaraq müasir zamanadək Azərbaycan ədəbiyyatının və tarixinin müxtəlif mərhələlərini əks etdirən ekspozisiya zallarını gəzib, burada nümayiş olunan nadir eksponatlarla tanış olublar. Xüsusilə, bütün türk dünyasını birləşdirən ortaq ədəbi-mədəni irsi əks etdirən nümunələr onların böyük marağına səbəb olub.

Qonaqlara Yusif Balasaqunlu və Mahmud Qaşqarlının həyat və yaradıcılığı, ortaq türk mədəniyyətinin mühüm yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanı, Nizami Gəncəvi və Əlişir Nəvai ədəbi-fəlsəfi əlaqələri, “Koroğlu” dastanının türk xalqlarının mədəni irsindəki yeri, eləcə də türk etnoqrafiyasının zənginliyini yaşadan Novruz adət-ənənələri haqqında ətraflı məlumat verilib. Həmçinin 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayda iştirak etmiş özbək alimlərinin fəaliyyəti və onların faciəli taleyi ilə bağlı tarixi faktlar diqqətə çatdırılıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Özbəkistan arasında son illərdə xüsusilə intensivləşmiş elmi-mədəni əlaqələrdən bəhs edən Rafael Hüseynov bildirib ki, son illərdə birgə səylərlə Daşkənddə Nizami “Xəmsə”si, Seyid Əzim Şirvaninin “Divan”ı, Xurşidbanu Natəvanın külliyyatı özbək dilində, nəfis tərtibatla, müfəssəl müqəddimə və şərhlərlə nəşr edilib.

Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayeva bildirib ki, XIII əsrin görkəmli özbək şairi və filosofu Pirya Vəlinin – Mahmud Pəhləvanın şəxsiyyəti və irsinə son illərdə diqqət artıb və onun Azərbaycan-Özbəkistan ədəbi əlaqələri baxımından tədqiqi də əhəmiyyətli nəticələr doğura bilər.

Akademik Rafael Hüseynov Mahmud Pəhləvanın poetik irsinin Azərbaycan dilinə tərcümədə muzeydə nəşrə hazırlandığını söyləyib. Həmin kitabın müştərək nəşri, Daşkənddə, Xivədə və Bakıda təqdimatları, ədəbi əlaqələrin bu istiqaməti ilə bağlı hər iki ölkə alimlərinin iştirakı ilə elmi konfransın keçirilməsi perspevtivləri müzakirə edilib.

Ədəbiyyat Muzeyində dahi özbək klassiki Əlişir Nəvaiyə həsr edilmiş ekspozisiya da qonaqlarda dərin maraq oyadıb.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevaya Ədəbiyyat Muzeyinin müxtəlif nəşrləri hədiyyə edilib.

Parlament nümayəndə heyətinin üzvləri muzeyin zəngin ekspozisiyası ilə tanışlıqdan məmnunluqlarını ifadə edərək, ziyarətlə bağlı xoş təəssüratlarını muzeyin “Rəylər” kitabında bölüşüblər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BEYNƏLXALQ ELMİ KONFRANS: “Özbəkistan və Azərbaycan arasında elmi və mədəni ...

BEYNƏLXALQ ELMİ KONFRANS: “Özbəkistan və Azərbaycan arasında elmi və mədəni ...

Humanitar elmlər, Orta Asiya, Elanlar
Gənclər Bolnisi muzeyini ziyarət ediblər

Gənclər Bolnisi muzeyini ziyarət ediblər

Bolus
Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının ...

Ədəbiyyat İnstitutunda Dövlətşah Səmərqəndinin “Təzkirətüş-şüəra” kitabının ...

Humanitar elmlər
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beyn ...

Humanitar elmlər
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Akademik Rafael Hüseynovun “Millət yaddaşının keşikçisi” kitabı çapdan çıxı ...

Yeni nəşrlər, Humanitar elmlər

"Müasir və güclü Azərbaycanın memarı - Heydər Əliyev" mövzusunda elmi ses ...

Humanitar elmlər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tanınmış ictimai-siyasi xadim Ramiz A ...

Humanitar elmlər
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqla ...

M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis
Azərbaycan nümayəndə heyəti “Əlişir Nəvai – 577” konfransında iştirak etdil ...

Azərbaycan nümayəndə heyəti “Əlişir Nəvai – 577” konfransında iştirak etdil ...

Humanitar elmlər, Turan, Orta Asiya
Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli  ...

Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlığa dair üçtərəfli ...

"Zirvə", Ədəbi əlaqələr, Orta Asiya
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Almaz Ülvinin “Özbək ədəbiyyatı və Azərbaycan” kitabı özbək və rus dillərin ...

Elm, Humanitar elmlər, "Zirvə"
“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

“Tarixin Xocalı xəcaləti” mövzusunda tədbir keçirilib

Humanitar elmlər, "Zirvə"
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi  ...

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinə həsr olunan elmi ...

ŞƏHİDLƏRİMİZ, "Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Rəy yazın: