Mənzər Niyarlı: "NÜŞABƏ ƏSƏD MƏMMƏDLİNİN ZİYALI QƏHRƏMANLARI"

Mənzər Niyarlı: "NÜŞABƏ ƏSƏD MƏMMƏDLİNİN ZİYALI QƏHRƏMANLARI" MƏNZƏR NİYARLI
(HÜSEYNOVA)
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
böyük elmi işçisi, yazıçı


NÜŞABƏ ƏSƏD MƏMMƏDLİNİN
ZİYALI QƏHRƏMANLARI


Azərbaycanın tanınmış qadın yazarlarından olan Nüşabə Əsəd Məmmədlinin yaradıcılığı rəngarəngdir. O, yazıçı olmaqla yanaşı, həm də jurnalist, tərcüməçi, dramaturq, publisist və ictimai xadim kimi də tanınır. Bədii yaradıcılığa iyirminci əsrin səksəninci illərindən başlayan müəllifin bir-birindən maraqlı çox saylı hekayələri, dram əsərləri, ictimai-siyasi problemlərdən, ailə dəyərlərindən bəhs edən məqalələri, Gəncə ədəbi mühitilə bağlı elmi tədqiqatları oxuculara yaxşı tanışdır. Gəncə hökmdarı Cavad xan haqqında yazdığı “Cavad xan” romanı isə həmişə Nüşabə xanıma uğur gətirib. Müsahibələrin birində özü də bu roman haqqında danışarkən yaradıcılığının ən baş əsəri olduğunu qeyd edib. Çünki roman tarixi hadisələrin təsviri ilə yanaşı, həm də vətənpərvərlik ideyası və milli düşüncələrin oyanışı ilə yadda qalır. Müəllif bu əsərində Cavad xanı mərd, qətiyyətli, iradəli, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bir şəxsiyyət kimi təsvir edir. Sevindirici haldır ki, “Cavad xan” romanı səhnələşdirilərək dəfələrlə Gəncə teatrında oynanılıb.


Yazıçı yaradıcılığına kiçik həcmli hekayələri ilə başlayıb. İlk hekayələr toplusu “Yarpaq tökümü” adı ilə 1984-cü ildə nəşr olunub. Onun müstəqillik dövründə yazdığı hekayələrində də tarixi motivlər, günümüzün aktual problemlərinə, ailə-məişət münasibətlərinə rast gəlirik. Müəllifin əsərlərilə tanış olduqca onun bədii təfəkkürünün genişliyi diqqətimizi cəlb edib. Nüşabə xanımın qəhrəmanlarının əksər hissəsi ziyalılardır desək, yanılmarıq Ölkədə baş verən ixtişaşlar, özbaşınalıqlar, Birinci və Ikinci Qarabağ müharibəsi, işsizlik ziyalılarımızın da taleyindən yan keçmədi. Azərbaycan ziyalıları həmişə Nüşabə xanımın diqqətində olub. “Qərib bir quş kimi”, “Özgə ömrü”, “Üç gün cənnətdə”, “Nur işığı”, “Nektürn”, “Vağzal”, “Yol” və s. hekayələrində ziyalı obrazı diqqətimizi cəlb edib.

“Qərib bir quş kimi” əsərin qəhrəmanı Urfan da ali təhsil alıb. Rejissordur. Qarabağ müharibəsində həyat yoldaşını, iki körpə balasnı itirdiyi üçün ağır sarsıntılar keçirir. Hekayə maraqlı bir süjet üzərində qurulub. Urfan ailəsindəki faciədən bir neçə il sonra təyinatını Gəncədəki teatra alır. Burda o uşaqlıq dostu, aktrisa Nilufərə rast gəlir. Dərd içində üzülən Urfanı Nilufər həyata qaytarır. Onlar bir-birilərini sevirlər və çox çəkmir ki, evlənirlər. Ancaq Urfan həyat yoldaşına dünyaya uşaq gətirməyə qadağan edir. Ona görə ki, birinci ailəsində baş verən faciəni yenidən yaşamaq istəmir. Nilufər isə övlad istəyir və bu gənc qadın bətnində gəzdirdiyi körpəni tələf etmək niyyətində deyil. Nilufər körpəyə görə ərinin əsəbləşdiyini görərək evini tərk edir və atasının evinə sığınaraq Urfanın peşman olacağını və onun yanına gələcəyini gözləyir. Bu elə bir vaxta düşür ki, Nilufərin teatrda oynadığı tamaşanın primerasıdır. Nilufəri bir şey düşündürür. Urfan onu təbrik etməyə gələcəkmi? Müəllif hekayənin sonluğunu oxucunun ixtiyarına buraxır.

Mənzər Niyarlı: "NÜŞABƏ ƏSƏD MƏMMƏDLİNİN ZİYALI QƏHRƏMANLARI"Nüşabə xanım əsərlərində bədii təfəkkürünün imkanlarını qoruyub saxlamağı bacarır. Onun hekayələri müasir tələblərə cavab verərək öz mənası və dəyərilə seçilir. Əsərlərindəki bədii həqiqətlər bu günkü dövrün problemlərini əks etdirir; həm də təsvirlərinin yığcamlığı və lakonikliyi oxucunu özünə cəlb edir.
Ailə müqəddəsliyinə, saflığına, əxlaqi dəyərlərin qoruyub saxlanılmağına önəm verən müəllif “Özgə ömrü” hekayəsində bu mövzuya toxunur. Əsərin qəhrəmanı İsa həkimdir. O da Qarabağ müharibəsinə cəbhəyə gedir. Neçə-neçə əsgərlərimizi ölümdən xilas edir. Ancaq döyüşlərin birində ayağından yaralanır və bir ayağını itirib evinə dönür. İsayla həyat yoldaşı Gültacın biri-birilərinə sevgisinə hamı qibtə edərdi. Lakin tam əksinəymiş. Əri müharibədə olarkən Gültac öz tələbəsiylə ərinə xəyanət edir. İsa arvadının xəyanətinə dözməyib onu odlu silahla yaralayır və evdən gedir. Xəyanətin acı nəticəsi göz qabağındadır. Bu da bir ailə faciəsi. Bu hekayənin tam əksi olan “Üç günlük cənnətdə” hekayəsində Turqayın Gülarəyə olan münasibəti saf sevgi üzərində qurulub. Ailəli olmalarına baxmayaraq hər ikisi bir-birilərini sevirlər. Onların təmiz sevgi hisslərini nəinki ətrafdakılar bilir, hətta özləri belə bir-birlərindən gizlətməyə çalışırlar. Bizə elə gəlir ki, yazıçının hər bir qəhrəmanı real həyatdan götürülüb və onlar müəllifin hər gün görüb müşahidə etdiyi insanlardır. Hekayədəki hər iki gənc bir məktəbdə çalışırlar. Turqay tarix fənnindən dərs deyir. Müəllimlər arasında geniş dünyagörüşü, savadı ilə seçilir. Ancaq müəllim kollektivi arasında onu sevməyənlər də var. Turqay doğma vətəni haqqında tarixi kitablarda yazılan yanlış fikirlərə, faktlara qarşı çıxır. Məs; Guya qədim türk tayfaları – peçeneqlər, polovestlər, xəzərlər rusiyaya yürüşlər edirmişlər. Kitabda bu tayfalar qəddar, vəhşi düşmən kimi təsvir olunaraq, onları şagirdlərin gözündən salırdılar. Pedaqoji şurada öz üsyankar çıxışları ilə tarix kitablarında səhv, yalan yazıları açıb göstərdiyinə görə onu məktəbdən uzaqlaşdırmaq istəyirlər. Turqayı ilk müdafiə edən isə Gülarə olur. Bu hadisədən sonra Turqay könüllü olaraq Qarabağ döyüşünə yollanır, bir çox döyüş əməliyyatlarında iştirak edir və ağır yaralanıb komaya düşür. Arxa cəbhədə - Gəncədə isə ermənilərin atdıqları ballistik raket Gülarənin yaşadığı binaya düşür. Gülarənin övladı sağ qalsa da, özü həlak olur. Hekayədə üç gün komada qalan Turqayın başqa aləmə - cənnətə düşdüyü təsvir olunur. Burda o sevdiyi Gülarəni görür və bu üç günlük həyatını cənnətdə hiss edir. Üç günlük cənnətdəki xoşbəxt həyatından sonra Turqay komadan ayılır, ancaq Gülarə bir daha gerı qayıtmır. Turqay ayılanda başının üstündə ömür-gün yoldaşı Gülsümü görür və cənnətdə Gülarənin ona dediyi sözlərini xatırlayır. “Biz buranın daimi sakinləri hər şeyi hiss edirik, bilirik. Sən burda qonaqsan. Gülsüm çox yaxşı qadındır. Onu da, uşaqlarını da qoru”. Müəllif hekayənin sonunda belə bir ifadə işlədir: “Həyat öz keşməkeşi ilə, mübarizəsi ilə gözəldir”.
Müəllifin hekayələri oxucunu yormur. Qəhrəmanlarının dialoqlarında bir səmimiyyət, təbiilik var. Onun qəhrəmanlarının həyat tərzlərində, düşüncələrində sanki millilik və müasirlik bir vəhdət təşkil edir. Nüşabə xanımın ziyalı qəhrəmanlarının əksəriyyəti insanpərvərdirlər, qayğıkeşdirlər, kasıba, bir parça çörəyin həsrətini çəkənlərə əl tutandırlar.
Müəllifin ziyalı obrazlarından biri də bəstəkar Rauf Əzizbəylidir. “Noktürn”. Raufun dostu Ariz onun bəslədiyi əsərlərini öz əsəri kimi ifa edib qabağa getsə də, xarici ölkələrdə konsertlər versə də Rauf ruhdan düşmür, yeni-yeni əsərlər yazır, məşhurlaşır. Uşaqlıq illərini ağır, yoxsulluq içində keçirdən Raufun atası onu, anasını atıb başqa bir qadınla yaşayır. Musiqişünas anası direktoru tərəfindən işindən uzaqlaşdırıldığı üçün onların maddı durumları pisləşir. Ana övladını çox çətinliklə - restoranlarda qab yumaqla, aşbaz köməkçisi işləməklə böyüdür. Budur artıq Rauf böyüyüb, adlı-sanlı bəstəkarlardan biridir. Əli çörəyə çatib. Ananı işləməyə qoymur. Ona bir övlad kimi qayğısını əsirgəmir.
Müəllifin əksər hekayələrində insana qayğı məsələsinə toxunulur, laqeydlik, etinasızlıq pislənilir. Biz tənha yaşayan ataya olan məhəbbəti onu Amerikaya – yaşadığı ölkəyə aparmaq istəyən Raufun simasında görürük. Ata isə doğma vətənindən - Azərbaycandan ayrılmaq istəmir. Raufun arzusu baş tutmasa da, onun ataya olan qayğısı, onun atasını tənha qoymaq qorxusu, nigarançılığı təqdirəlayiqdir. “Yol” hekayəsində isə müəllif yolda maşını ilə qəzaya uğrayan, gödəkcəsi, pulu oğurlanan Kamalın çıxılmaz durumunu təsvir edir. Yenicə doğulan körpəsini görməyə tələsən Kamal mənzil başına yetmək üçün bir neçə adamdan kömək istəsə də “yox” cavabını alır. Bircə avtovağzalın bir küncündə oturub dilənən qadından başqa. Dilənçi qadın diləndiyi puldan Kamala verir ki, yolundan qalmasın. Qadının ürəyinin böyüklüyü Kamalı heyrətləndirir. Dilənçi ilə ayaqüstü söhbətindən ona məlum olur ki, bu qadın müəllimə imiş. Təqaüdə çıxarıldığı üçün ona verilən qəpik-quruş pulla dolana bilmir. Ona görə ki, namus üstə həbs olunan oğlunun övladlarını saxlayır. Kamal bu dilənən ziyalı müəllimənin durumundan çox mütəəssir olur. Elə ordaca özünə söz verir ki, bu dilənçi qadına onun verdiyi puldan on qat artığına pul göndərəcək. Kamal həm də ona sevinirdi ki, nə yaxşı ki yolda bu qadını gördü. “Hər şey ona görəydi ki, o, dilənən qoca müəlliməni görsün, ondan yol pulunu alsın və sonradan bu yazıq ailənin yardımçısına çevrilsin. İndən belə Kamal imkan verməyəcək ki, bu qadın dilənsin. Əlindən gələn köməyi edəcək ona, nəvələrinə. Həyat nə gözəldir! Həyatda təsadüfi görüşlər olmur”. Bu da bir ziyalı qadının taleyi.
Nüşabə xanım “Bir yuxu gördüm” essesini ölməz şairəmiz Nigar Rəfibəyliyə həsr edib. Sevimli şairəmiz müəllifin yuxusuna girir. Nüşabə xanım etiraf edir ki, həyatının ən çətin anlarında “doğma adamlarının itkisi, əsərlərinin heç yerdə çap olunmaması, ailəsindəki problemlər” Nigar xanımı yuxuda görür və onun üzünə bağlanan qapını o açır, ona təsəlli verib deyir: “Qorxma mən sənə kömək edəcəm”. Bu sözlərdən sonra Nüşabə xanımın həyatında hər şey qaydasına düşür. Bu nəcib şairə xanımın essedə tanınmış həkim, xeyriyyəçi Ələkbər babası, Gəncənin general-qubernatoru atası Xudadat bəy – onların xeyirxah işləri xatırlanır. Onların faciəli ölümündən sonra həbs olunmaq qorxusu ilə yaşayan Nigar xanım ömrünün axırına kimi heç kəsə əyilmir və öz ləyaqətini, nəcibliyini saxlayır, gözəl şeirlər yazır, tərcümələr edir. Xalqımız tərəfindən sevilərək yaddaşlara həkk olunur. Bəlkə elə müəllifin yaratdığı obrazlar Nigar xanım və onun kimi nəcib, xeyirxah, alicənab insanların əməllərindən bəhrələniblər.
Yazıçının hekayələriylə bərabər, bir neçə ssenarisi də filmə çəkilib. Onlardan biri də Xocalı faciəsinə həsr olunmuş “Haray” filmidir. “Haray” filminə mən göz yaşları içərisində baxmışam.

Mənim Nüşabə Əsəd Məmmədliylə tanışlığım yoxdur. Ancaq mətbuatda, saytlarda çap olunan əsərlərini izləmişəm. İstedadlı yazar xanımın yaradıcılığı həmişə məndə maraq oyadıb.
Təəssüf ki, müəllifin bütün hekayələrini əldə edə bilmədim və bir neçə hekayələri haqda öz təəssüratımı bu kiçik yazımda verməyə çalışdım. Bu yaraşıqlı (şəklini saytlarda görmüşəm), mərd, cəsarətli, ilk dəfə Gəncə adını özünə qaytarılmağını tələb edən və bunun üstündə başı ağrılar çəkən xanıma – Nüşabə Əsəd Məmmədliyə sağlam həyat və yaradıcılıq uğurları arzulayıram.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitab ...

Dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitab ...

Yeni nəşrlər
ÇADIR ŞƏHƏRCİYİNİN UŞAQLARI

ÇADIR ŞƏHƏRCİYİNİN UŞAQLARI

Humanitar elmlər, Elmi Məqalələr
“İNCİLƏR” KİTABININ İNCƏ QƏHRƏMANLARI

“İNCİLƏR” KİTABININ İNCƏ QƏHRƏMANLARI

Humanitar elmlər, Elmi Məqalələr
Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamla ...

Mahirə Nağıqızının “İpək köynək” hekayəsində psixoloji və tərbiyəvi məqamla ...

ADPU, Ədəbi tənqid
El-Bakuvinin poetik aləminə kiçik səyahət...

El-Bakuvinin poetik aləminə kiçik səyahət...

Ədəbi tənqid
“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı

“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı"

Yeni nəşrlər, Humanitar elmlər
Salidə Şərifova:

Salidə Şərifova: "Mənzər Niyarlının bədii yaradıcılığının janr xüsusiyyətl ...

Humanitar elmlər, Elmi Məqalələr
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Akşin Xəyalın “Mənim erməni oğlum” əsərində ananın mənə ...

Elmi Məqalələr, Müsabiqə
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Firuz Mustafanın “At günü” hekayəsində “insanlığın” ölü ...

Elmi Məqalələr, Müsabiqə
HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ

HÜSEYN CAVİD SƏDAQƏTLİ ÖMÜRGÜN YOLDAŞI MÜŞKÜNAZ XANIMIN XATİRƏLƏRİNDƏ

Elmi Məqalələr, "Elm və Təhsil"
Rənglərin hormoniyası

Rənglərin hormoniyası

Mədəniyyət
AZƏRBAYCAN  MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM ...

AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNDƏ İLK CƏSARƏTLİ QADIN AKTRİSA GÖYƏRÇİN XANIM ...

Elmi Məqalələr, "Elm və Təhsil"
Böyük ədəbiyyatın təmsilçisi

Böyük ədəbiyyatın təmsilçisi

Ədəbi tənqid, Bədii Tərcümə
Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı”

Elm, Humanitar elmlər, "Zirvə"
TƏNHALIQ MƏNİM DOSTUMDUR

TƏNHALIQ MƏNİM DOSTUMDUR

Sumqayıt
MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

MİLLƏTİN ZİYALISI XALQIN QAYMAĞIDIR

Ədəbi tənqid
İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

İnsanları xeyirxahlığa və vətənpərvərliyə səsləyən kitab

MEDİA, Ədəbi tənqid
Dünyanın şair yükü

Dünyanın şair yükü

Ədəbi tənqid, Darvaz, Arxiv
Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Ədəbiyyatşunaslıq
ƏLİ  RZAZADƏnin

ƏLİ RZAZADƏnin "YAĞIŞ" ROMANI haqqında düşüncələrim

Ədəbiyyat, Ədəbiyyatşunaslıq, Ədəbi tənqid
Rəy yazın: