Dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb

Dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb TƏBRİK EDİRİK!..

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin üzvü dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb.
Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar”, “İlham çeşməsi” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir, sözlərinə mahnılar bəstələnib tanınmış müğənnilər tərəfindən ifa olunur.
Müəllifin şeirlərində Vətən, yurd, təbiət sevgisi, ata-anaya hörmət, böyüyə ehtiram yaradıcılığının əsas xəttini təkil edir.


Əvvəlki kitablarda olduğu kimi, bu kitabda da müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər, lirik düşüncələr, 44 günlük II Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan və canlarını BÜTÖV AZƏRBAYCAN uğrunda qurban verən Vətən şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan poetik nümunələr, dənizçi ömrünün təəssüratları və həyat müşahidələrini əks etdirən əsərlər bir araya gətirilib. Əsərlərdə Vətənə məhəbbət, insanın mənəvi dünyası, xatirələrin yaşatdığı duyğular, dostluq, sədaqət, ailə dəyərləri və həyatın fəlsəfi məqamları poetik dillə oxucuya təqdim olunur.

Dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb Müəllif əsərlərində həyatın müxtəlif çalarlarını səmimi poetik dillə ifadə edir, mənəvi dəyərlərin qorunmasının vacibliyini önə çəkir. Kitabda yer alan şeirlərdə vətənpərvərlik duyğuları, doğma yurda bağlılıq, insan sevgisi və xeyirxahlıq ideyaları aparıcı xətt təşkil edir.
Müəllif zəngin həyat təcrübəsini səmimi ifadə tərzi ilə birləşdirərək oxucunu duyğular aləminə aparır.
Şairin dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb.

Kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları da daxil edilib.

“Xatirələr ünvanımdır” Səxavət Ənvəroğlunun oxucularla doqquzuncu görüşüdür. İndiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018), “Gedirəm...” (2020) “Məni bağışla...” (2022), “Xatirələr qocalmır” (2024) və “Gecikmiş məhəbbət” (2025) kitabları işıq üzü görüb.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Anar Məmmədovdur.
İnanırıq ki, müəllifin digər kitabları kimi “Xatirələr ünvanımdır” kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq.


Biz də redaksiya heyətimiz adından Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin üzvü, tanınmış dənizçi-şair Səxavət Ənvəroğlunu “Xatirələr ünvanımdır” adlı növbəti kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Turan
Gülzar Şərifovanın “Şeirlər toplusu” işıq üzü görüb

Gülzar Şərifovanın “Şeirlər toplusu” işıq üzü görüb

Yeni nəşrlər, Tiflis
“GECİKMİŞ MƏHƏBBƏT”

“GECİKMİŞ MƏHƏBBƏT”

Yeni nəşrlər
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Hacan Hacısoyun “Yurdum-yuvam” adlı yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Qaraçöp
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb

Təranə Cəbiyevanın şeirlərindən ibarət yeni albom işıq üzü görüb

Qarabağ, Mədəniyyət, Tv
“Gözün aydın, Xarı Bülbül”

“Gözün aydın, Xarı Bülbül”

Yeni nəşrlər, ADPU, Turan
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
Dənizçi-şair Səxavət Ənvəroğlunun beşinci kitabı

Dənizçi-şair Səxavət Ənvəroğlunun beşinci kitabı

Yeni nəşrlər
Qızbəs Oruc: “Xocalı sakiniyəm”

Qızbəs Oruc: “Xocalı sakiniyəm”

Yeni nəşrlər, Regionlar, Elmi Məqalələr
Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Dənizçi-şair Səxavət Ənvəroğlu hara gedir???

Yeni nəşrlər
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, AzTU, İqtisadiyyat
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
Yeni kitab:

Yeni kitab: "Kaş ki sevəydin məni"

Borçalı, "Region-Press"
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
Təbrik edirik, Təhməz müəllim!

Təbrik edirik, Təhməz müəllim!

Borçalı, Təbriklər
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
Rəy yazın: