Müşfiq Borçalının daha bir elmi məqaləsi AMEA-nın “AZƏRBAYCAN ƏDƏBIYYATŞÜNASLIĞI” jurnalında dərc olunub

Müşfiq Borçalının daha bir elmi məqaləsi AMEA-nın “AZƏRBAYCAN ƏDƏBIYYATŞÜNASLIĞI” jurnalında dərc olunub

TƏBRİK EDİRİK!..

Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-8684-2722 - [email protected]) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşr olunan “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının (ISSN: 2663-4406, E-ISSN: 2709-2699) 2026-cı ildə işıqüzü görmüş 1-ci sayının 236-243-cü səhifələrində “SƏMƏD VURĞUN GÜRCÜSTAN MƏTBUATINDA” adlı növbəti elmi məqaləsi dərc olunub.


https://doi.org/10.59849/2663-4406.2026.1.236

Məqalədə Gürcüstan mətbuatında Azərbaycanın Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığının Gürcüstanla, xüsusilə də, Tiflislə daima bağlı olmasını əks etdirən məqalələr araşdırılır. Göstərilir ki, ana dilində yazdığı ilk mətbu şeiri də, rus dilinə tərcümə olunmuş ilk əsəri və rus dilinə tərcümə olunmuş ilk kitabı da məhz Tiflisdə işıq üzü görmüş S.Vurğun dəfələrlə Gürcüstanda olmuşdur. Onun 1928, 1935, 1941, 1942, 1946, 1953 və 1955-ci illərdəki səfərləri isə xüsusilə əlamətdar olmuşdur. Bu səfərlərin hər biri ilə bağlı istər Tiflisdə nəşr olunan mərkəzi qəzetlərdə (“Yeni fikir”, “Yeni kənd”, “Sovet Gürcüstanı” – “Gürcüstan”, “Zarya Vostoka” (“Şərqin şəfəqi”), “Sovet Acarıstanı” və s.), “Dan ulduzu”, “Qarapapaqlar”, “Meydan” və s. jurnallarda, istərsə də, Borçalı bölgəsində nəşr edilən bir çox rayon qəzetlərində, o cümlədən, Savanda (indiki Marneulidə) nəşr olunan “Pambıqçı” – “Yeni Marneuli” – “Kvemo Kartli”, Lüksemburqda (indiki Bolnisidə) “Al bayraq” – “Qələbə bayrağı” – “Bolnisi”, Başkeçiddə (indiki Dmanisidə) “Sosializm maldarlığı” – “Trialeti”, Qarayazıda (indiki Qardabanidə) “Stalinçi” – “Samqori”; eyni zamanda Ahısqa bölgəsində Adıgündə “Qızıl rəncbər” – “Adıgün kolxozçusu”, Axalsixedə “Kommunist” – “Qızıl bayraq”, Aspinzada “Bağban” – “Sosializm kəndi” və s. kimi mətbuat orqanlarında da maraqlı məqalələri çap olunmuş, şeirləri işıq üzü görmüşdür. Onu da xatırlatmaq lazımdır ki, bu mətbuat orqanlarının hər biri Azərbaycan xalqının maarif və mədəniyyətinin, ədəbiyyat və incəsənətinin inkişafı barədə, eləcə də bu sahələrin görkəmli nümayəndələrinin fəaliyyətləri haqqında zəngin materiallar – məqalə, məlumat və xəbərlər vermişlər. Xüsusilə də Gürcüstanda Azərbaycan, gürcü, rus və s. dillərdə nəşr edilən mətbuat orqanlarında S.Vurğunun həyatı, yaradıcılığı, şəxsiyyəti, insanpərvərliyi, dostluğu və s. xüsusiyyətləri haqqında müntəzəm olaraq qiymətli materiallar çap olunmuşdur. Həmin yazılar vasitəsi ilə böyük şairin mütərəqqi və qabaqcıl ideyaları ilə həm biz, həm də gürcü ictimaiyyəti daha yaxından tanış olmaq imkanı qazana bilmişdir.
Açar sözlər: Azərbaycan, azərbaycanlı, Gürcüstan, gürcü, şair, yazıçı, tərcüməçi, Səməd Vurğun

Biz də Redaksiya Heyətimiz adından dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşr olunan “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının (ISSN: 2663-4406, E-ISSN: 2709-2699) 2026-cı ildə işıqüzü görmüş 1-ci sayının 236-243-cü səhifələrində “SƏMƏD VURĞUN GÜRCÜSTAN MƏTBUATINDA” adlı növbəti elmi məqaləsinin çap olunması münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

AYGÜN YAVƏRQIZI,
“NUR” İnformasiya Agentliyi
nur.info.az saytının redaktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Həmkarımız dosent Fərqanə Zülfüqarovanın Hindistanda elmi məqaləsi çap olun ...

Həmkarımız dosent Fərqanə Zülfüqarovanın Hindistanda elmi məqaləsi çap olun ...

Humanitar elmlər, Təbriklər
Ədəbiyyatşünas alim Salidə Şərifovanın Almaniyada yeni monoqrafiyası nəşr e ...

Ədəbiyyatşünas alim Salidə Şərifovanın Almaniyada yeni monoqrafiyası nəşr e ...

Yeni nəşrlər
Müşfiq Borçalının daha bir məqaləsi “AXTARIŞLAR” elmi jurnalında dərc olunu ...

Müşfiq Borçalının daha bir məqaləsi “AXTARIŞLAR” elmi jurnalında dərc olunu ...

Naxçıvan, Humanitar elmlər, Elmi Məqalələr, "Gürcüstan", Gürcüstan, Tiflis, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının daha bir məqaləsi AMEA Folklor İnstitutunun elmi jurnalın ...

Müşfiq Borçalının daha bir məqaləsi AMEA Folklor İnstitutunun elmi jurnalın ...

Humanitar elmlər, Folklor, Darvaz, Müşfiq Borçalı
Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında  ...

Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında ...

Humanitar elmlər, Darvaz, Təbriklər, Mədəd Çobanov, Müşfiq Borçalı
Salidə Şərifovanın DergiParkda yeni bir məqaləsi yayımlanıb

Salidə Şərifovanın DergiParkda yeni bir məqaləsi yayımlanıb

Humanitar elmlər, Turan, Təbriklər
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Turan
Natiq Hümbətovun daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap ol ...

Natiq Hümbətovun daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap ol ...

Yeni nəşrlər, Borçalı, Tarix
Müşfiq Borçalının daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap o ...

Müşfiq Borçalının daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap o ...

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi  ...

Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının  “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva ...

Müşfiq Borçalının “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov, Müşfiq Borçalı
Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Avropa, Gürcüstan, Müşfiq Borçalı

"YENİ YOL" qəzetinə uğurlar arzulayırıq!..

"Yeni yol", Tv, Qarayazı
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Tiflisdə

Tiflisdə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı nəşr olunub

Tiflis, Borçalı
Rəy yazın: