Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının Sumqayıtda yerləşən Əli Kərim adına Poeziya evində təqdimatı baş tutub.

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib
Tədbir “Mədəniyyət” telekanalının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəhruz Niftəliyevin moderatorluğu ilə keçirilib.
Moderator müəllif və kitab haqqında əhatəli məlumat verdikdən sonra, Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Himnimizin səsləndirilməsindən sonra tədbir açıq elan edilib.

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib
Sonra söz kitabın rəyçisi, Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıya verilib. O vurğulayıb ki, bu kitab 2018-ci ildən institutda mütəmadi olaraq çap olunan “Sənətkarın elmi pasportu” seriyasında işıq üzü görüb. Seriyanın 67-ci kitabı olan bu monoqrafiyada Cəlal Bərgüşadın həm şəxsiyyət, həm də yaradıcı insan kimi hərtərəfli obrazı yaradıldığını diqqətə çatdırıb.

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib
Ardınca Cəlal Bərgüşadın həyat yoldaşı Sayad Cavadzadə çıxış edərək, kitabın yazılmasında və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini ifadə edib.

Sonra yazıçının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib
XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Asif Rüstəmli yazıçının 1926-cı ildə doğulduğunu və əsl doğum tarixinin təhrif edilərək 1942-ci ildə müharibəyə aparıldığını bildirib. İkinci Dünya Müharibəsindəki iştirakının sonralar yazıçının əsərlərində real faktların yer almasına səbəb olduğunu qeyd edib. Əsərlərinin əsas xüsusiyyətinin inandırıcılıq olduğunu vurğulayarq “Boz atın belində” və “Sıyrılmış qılınc” romanlarının məziyyətlərindən danışıb.

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib
Tədbirdə Əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli yazıçının bir televiziya işçisi kimi özünə məxsusluqlarından, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Könül Nəsibova isə onun əsərlərinin fondda qorunmasından danışıb. Bildirib ki, 850-dən çox fonda malik arxivdə yazıçıya aid materiallar 606 mömrəli fondda yerləşir.

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib
Sonra Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək Cəlal Bərgüşadın vətənpərvərliyini əks etdirən xatirələri dilə gətirib.

Alimlərdən filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, tarix üzrə fəlsəfə doktoru Arzu Nehrəmli, filologiya üzrə fəlsəfə doktorları Şəfəq Nasir, Layə Mustafayeva, Məlahət Babayeva və b. çıxışlarında Cəlal Bərgüşad əsərlərinin elmi tədqiqata cəlb olunmasındakı bu yeni mərhələni yüksək qiymətləndiriblər.

Yazarlardan Əməkdar jurnalist Zərnişan Turan, Nəzakət Məmmədli, Aysel Fikrətqızı, Sona İsmayılova, Xalidə Nuray və digərləri həm yazıçı, həm də ona həsr olunmuş tədqiqat əsəri haqqında fikirlərini bölüşüblər.

Tədbirdə yazıçının qohumlarından Tofiq MehtiyevƏşrəf müəllim, Qubadlı rayon Əmək veteranları cəmiyyətinin sədri Razim Əliyev, Ekoloji Maarifçilik və Monotorinq İctimai Birliyinin sədri Qəmzə Yusifova və b. çıxışlarında monoqrafiyanın əhəmiyyətindən və belə araşdırmaların davamlı olmağından bəhs ediblər.

Təqdimat mərasimində bədii qiraətçilər Şüşəxanım VəliyevaMurad Hümbətovun ifasında şeirlər səsləndirilib.

Sonda müəlif - filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə tədbir iştirakçılarına və təşkilatçılara təşəkkürlərini çatdırıb.

Lütviyyə Əsgərzadənin “Cəlal Bərgüşad” kitabının təqdimatı keçirilib

Tədbirdən sonra xatirə üçün foto-şəkillər çəkilib.

Müşfiq BORÇALI,
ZiM.Az





.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığından bəhs edən ki ...

Filologiya elmləri doktoru Salidə Şərifovanın yaradıcılığından bəhs edən ki ...

Humanitar elmlər
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

Yeni nəşrlər, Humanitar elmlər
İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

İstiqlal Muzeyində Salidə Şərifovanın yeni kitabının təqdimatı keçirilib

Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı ke ...

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı ke ...

Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi
“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı

“Azərbaycanın qadın yazarı – Mənzər Niyarlı"

Yeni nəşrlər, Humanitar elmlər
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

Filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova - Ədəbiyyat İnstitu ...

YAP, Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı olub

Humanitar elmlər, Digər bölmələr, "Zirvə", Tv
AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

AMEA-da Məhəmmədhüseyn Şəhriyarın anım günü ilə bağlı tədbir keçirilib

"Zirvə"
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Akademik İsa Həbibbəyli: Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının zənginl ...

Humanitar elmlər

"Naxçıvan dünyanın ən qədim şəhərlərindən biri" kitabının təqdimatı olub

Naxçıvan
Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

Ədəbiyyat İnstitutunda görkəmli qazax yazıçısı Oljas Süleymenova Fəxri dokt ...

"Zirvə", BDU
Rəy yazın: