MİLLİ ORDU, MİLLİ QÜRUR Təhsil » ADPU 26 июня 2026 4 0 1 2 3 4 5 “Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəflidir!” Heydər Əliyev 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Silahlı Qüvvələri haqqında” Qanun qəbul edir. Baxmayaraq ki, Azərbaycanın ordu sıralarında xidmət etmək üçün kifayət qədər təcrübəli əsgər və zabitləri var idi, lakin orduya, ordu quruculuğunda təcrübəsi olmayanlar başçılıq etməyə çalışırdılar. Milli Ordu yaratmaq çox çətin və məsuliyyətli bir iş idi. Ordudakı özbaşınalıq, daxili çəkişmələr, torpaqlarımızı işğal etmək üçün, daim gözləri təbii sərvətlərlə zəngin olan Azərbaycan torpaqlarında olan, bədxah qonşularımıza imkan yaratdı. Belə çətin bir vəziyyətdə, 1993-cü il iyunun 9-da Azərbaycan xalqının xahişi ilə Bakıya gələn və xalqın xilaskarı olan Heydər Əliyev, 15 iyunda Milli Məslisin sədri seçilir. 1993-cü il 24 iyunda Heydər Əliyevə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri verilir. Uzaqgörən siyasətçi Heydər Əliyevin ilk qaldırdığı məsələ məhz ordu quruculuğu ilə bağlı olur. 1991–ci ildən sonra hər il 9 oktyabrda Silahlı Qüvvələr günü qeyd olunurdu. Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı Prezident sərəncamı ilə 26 iyun – Silahlı Qüvvələr günü kimi qeyd olunmağa başlamışdır. Soy kökünə, öz xalqının milli mənəvi dəyərlərinə bağlı, hər zaman Azərbaycan xalqının mənafeyi uğrunda çalışmış Heydər Əliyev bu tarixi əbəs yerə seçməmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 1918–ci il 26 iyunda ölkənin Milli Ordusunun yaranması haqqında qərar qəbul edir. Qısa müddət yaşamasına baxmayaraq Heydər Əliyev, Azərbaycanın ilk demokratik hökümətinin ordu quruculuğu sahəsində gördüyü işləri hər zaman yüksək qiymətləndirmişdir. Azərbaycanın qəhrəman oğulları tarix boyu igidliyi, mərdliyi ilə dastan qəhrəmanlarına çevrilmişlər. Azərbaycan Milli diviziyası Sovet dövründə, 1941–1945-ci illər müharibəsində də öz məharəti ilə seçilmiş və adlarını tarixə qızıl hərflərlə yazdırmağı bacarmışdılar. Ulu Öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Prezident İlham Əliyevin rəşadətli Azərbaycan Ordusuna inamı sonsuzdur. Azərbaycan Ordusu göstərilən etimadı hər zaman doğrultmuşdur. Bunu ən bariz nümunəsi isə 44 günlük Vətən müharibəsi olmuşdur. Cənab prezident ilham Əliyevin uğurlu, uzaqgörəsn siyasətinin nəticəsidir ki, bu gün biz, bütöv Azərbaycanın qürurlu vətəndaşlarıyıq.Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və Vətən torpaqlarının işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin ruhu şad olsun! Vətən torpağı uğrunda canlarını qurban verməyə hazır olan, Qazilərimizə Allahdan şəfa diləyirik.Bayramınız mübarək, Rəşadətli Azərbaycan Ordusu! Şəhanə Rizvan qızı ƏSGƏROVA,ADPU-nun müəllimiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.