AĞASƏF İMRAN (1942) Ədəbiyyat » Poeziya 7 июля 2026 3 0 1 2 3 4 5 Ağasəf Məhəmməd oğlu İmran - 15 Yanvar 1942-ci ildə Masallı rayonunun Əhmədli kəndində anadan olmuşdur. 1948-1958-ci illərdə Əhmədli kənd yeddiillik məktəbində və Təklə kənd orta məktəbində, 1959-1964-cüillərdə Аzərbaycan Politexnik İnstitutunda təhsil almışdır.1967-ci ildə, Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda fəaliyyətə başlamış və 1991-ci ilə kimi bu institutda hesablayıcı maşınların operatoru vəzifəsindən mühəndis, böyük mühəndis, bölmə rəhbəri, laboratoriya müdiri və elmi şöbənin müdiri vəzifələrinə yüksəlmişdir.1986-cı ildə “iqtisad elmləri namizədi” alimlik dərəcəsi, 1991-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “Baş elmi işçi” eimi adını almışdır.1991-ci ildən 2019-cu ilədək Azərbaycan Dövlət Neft Akademiyasında dosent vəzifəsində çalışmışdır.1998-ci ildə “İqtisadi fikir” İctimai Birliyini təsis etmiş və 18 il ərzində onun Prezidenti olmuşdur. 2005-2011-ci illərdə TQDK-da “İqtisadiyyat” bölməsi və “Menecment” ixtisası üzrə ekspert kimi fəaliyyət göstərmişdir.150-dən artıq elmi əsərin - məqalə, tezis, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. “Мenecment”, “İdarəetmə terminlərinin tzahlı lüğəti”, “ İnvestisiya layihələri üzrə biznes-plan”, “Мüştərək müəssisə və sahibkarlıq”, “Мenecmentdə motivləşdirmə“, “İdarəetmədə klassik və müasir prinsiplər”, “İqtisadi İnformatika” və digər (16 adda) kitabların və dərsliklərin müəllifidir.Elmi-pedaqoji fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məş-ğul olmuşdur. 2000-ci ildən 2022-ci ilədək 18 bədii-publisistik kitabları nəşr olunmuşdur. “Qönçə çələngi” (2000-ci il, “Gənclik”),”Rübailər” (2006; 2010; 2015, 2021), “Arzunamə-1 və-2” (“Naşir”, 2006; 2012), “Qəzəllər” “Azərnəşr”, 2008), “Bayatılar” “Naşir”, 2012), “Ümid” (“Naşir”, 2012), “Qəlbimin harayı” (“Naşir”, 2012), “Biganəlik”(ADNA,2013) və“Fani dünya”(2017),“Həyatnamə”(2021) və başqa kitablar.Ailəlidir, bir oğlu, bir qızı və 5 nəvəsi vardır.Biz də Redaksiya Heyətimiz adından tanınmış alim-şair, çox hörmətli Ağasəf İmrana yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..MÜŞFİQ BORÇALI,ZiM.AzOYANIN!Oyan Ulu Turan, oyan qoca nər!Qeyrətinə heyran olsun qoy bəşər!Qoy oyansın türk xalqları, ərənlər,Üç yüz illik bir əsarət bəs edər!Oyanın, toparlanın, silahlanın!Azadlıq cəsarətilə alovlanın!Rusiya əsarətinə son qoyun!Bitsin işğal, köləlik, hər cür oyun!Bəs deyilmi düzdən gəlib dağ aldı?Bəs deyilmi Qafqaz qanda boğuldu?Bəs deyilmi, qan ağladı Türküstan?O Rusiya - işğalçı. həm hiyləgər,Türk xalqların etdi özünə nökər!Bilən varmı, nə səbəbə, bəs nədən,Qoca Qafqaz dərs almadı Şamildən?Hanı Qızıl Orda, hanı Çingiz xan?Hanı Başqırdıstan və Tatarıstan?Niyə işğaldadır Kalmık çölləri,Rusa xidmət edir Yakut elləri?Oyan Ulu Turan, oyan Türk yurdu!Barış, birləş, yarat qüdrətli ordu!Savaşsız heç bir xalq azad olmayıb!Dünyaya bax: müstəmləkə qalmayıb!Vuruşmasan azad ola bilməzsən,Bunun üçün daim güclənməlisən!Sən bilirsən Rusiyanın fitnəsin,Kölə xalqın daima kəsir səsin.Zor işlədir, işə salır hiyləsin.Bu hiyləni mən deyim dünya bilsin:Əsarətə ad qoyubdur - “azadlıq”,Viranəyə o söyləyir - “abadlıq”,Xalqın sevən adlanır-“xalq düşməni”,Vətənpərvər olur - “vətən xaini”Rus deyilsə ziyalı da “avamdır”Din xadimi ya xətadır, ya xamdır!Repressiya maşını görür “işin!”O Rusiya dəyişibmi vərdişin?!Yenə eyni yanaşmadır, rəftardır,Doğru deyən, təqibə giriftardır!Ağıllılar zindandadır, qaçaqdır,Səfeh qullar mənsəb alıb- qoçaqdır!Rus rejimi həqiqətdən uzaqdır,Ədalətdən, ləyaqətdən iraqdır!O, qəsbkar, riyakar, yalançıdır,Xislətində - işğalçı, talançıdır!Qoy oyansın bütün dünya xalqları,Tanısınlar, qınasınlar onları!28.02.26ƏSARƏTİN “BƏHRƏSİ”Yeddi övlad böyütmüşdü anamız,Sağlam idik, xoşbəxt idik hamımız!Amma, anamızın nisgili vardı,Ömrü boyu “qardaş”-deyib ağlardı!Yeganə qardaşı olub- Süleyman,Onu da əlindən alıbdır dövran!Əsgər aparıblar - müharibəyə,Ömrünü “vətənə” borclusan - deyə!Beləcə düşübdür birbaş cəbhəyə,Gedib, qayıtmayıb bir də geriyə!Bir-iki üçbucaq məktubu gəlib,Az sonra qəflətən, o da kəsilib!O gündən bu günə, illərdən bəri,Yoxdur o illərin “qara xəbəri!”Dəqiq xəbər budur: əsir düşməyib,Nə də, partizantək o, döyüşməyib!Deməli, səngərdə, vuruşda ölüb,Elə məzarı da, o səngər olub!O ağır döyüşlər “ zəfərlə” bitib,Amma, o cəbhədə yüz minlər” itib”.Gedib qayıtmayıb üç yüz min övlad,Necə etməyəsən bu yerdə fəryad!?.Üstündən keçsə də artıq yetmiş il,Mənə bir məsələ heç aydın deyil:Qərbdə vuruşursa rus ilə alman,Niyə ölməliydi orda müsəlman?Bu yerdə yüksəlir əsarət səsi,Ölümdür, işğalın barı-bəhrəsi!Müstəqil olsaydı can Azərbaycan,Yad eldə ölməzdi dayım Süleyman!İşğalçı, əvvəlcə sərvəti sordu,Sonra, övladları“qurban”apardı!Budur əsarətin gizli qanunu:Həm sərvəti alır, həmdə ki, canı!Nə qədər işğal var, əsarət varsa,O xalq qurban verib batacaq yasa!,Onun övladları qul olacaqlar,Cəlladın əlində ”lal” qalacaqlar!Təkcə çıxış yolu - üzə durmaqdır,Vuruşla zalımdan xilas olmaqdır!Azad xalqın oğlu qandalda qalmazZülmün, əsarətin qurbanı olmaz!6.02.25AÇIQ MƏKTUB(bir məmura)Atan, baban - əcdadın, olmayıblar bəy, ya xan,Çox güman ki, olublar ya nökər, ya da dehqan!Şura hökumətində bəy - xana yer olmayıb,Onların həm özləri, həm izləri qalmayıb!Nökərlərdən qurulub “Lütkomlar” idarəsi,O vaxt Sibirdən gəlib qolçomaqların səsi!Tutulub, həbs edilib, səbəbsiz güllələnib,Düşünən ziyalının başına ” kül ələnib!”Mənsəbə ucaldılıb onda, lütlər - nökərlər,Əmlakı talan olub, köləyə dönüb- ərlər!Mənsəb sahibi olub, o vaxt, pinəçi baban,Əlinə sərvət düşüb, heç də doymayıb ondan!Ruslsr alışdırıblar babanı da, rüşvətə,Haram yolla varlanıb, çatıb vara-dövlətə!Atan ondan öyrənib daim haram yeməyi,Eləcə də dövlətə, xalqa yalan deməyi!Sən niyə etməyəsən, atan-baban edəni?Oğru ikən özünü sanmayasan mədəni?Ədalət axtaranlar indi türmələrdədir,Məddahlar və yaltaqlar uca zirvələrdədir!Olmasaydın saxtakar, kölə ruhlu bir insan,İndi səsin gələrdi uçuq, dar bir komadan!İndi sənin sarayın, bağ evin, maşının var,Arxanda dayağındır sənin tayın - iqtidar!Xalqın aclığındadır sənin ağzının dadı,Qoy inləsin, bağırsın, ərşə qalxsın fəryadı!Başının üstündəki “ağan” nə desə, odur,Məddahlıq et, yaltaqlan, öz yerində lal otur!Axı hamı bilir ki, “nə yuvanın quşusan”,Viranədən çıxıbsan - viranə bayquşusan!Ola bilməzsən heç vaxt tamahı az, gözü tox,Sən görməmiş nəslisən, əslin-nəcabətin yox!Soy-tala öz qövmünü, imkan verirsə dövran,Vicdanın yox, arın yox, çünki, zatıqırıqsan!Papağın varsa əgər, qoy qarşına, bir düşün,Xalqın coşan qəzəbi, səni də yıxar bir gün!24.04 26.QAYIDA BİLƏYDİMKaş bircə günlüyə uşaq olaydım,Qayıda biləydim uşaqlığıma.Kaş bircə günlüyə qanad çalaydım,Uçaydım, dönəydim o çağlarıma.Kaş bircə günlüyə uşaq olaydım,Atamı, anamı qucalayaydım.Nahar süfrəsində, şam süfrəsində,Bacı – qardaşlarla birgə olaydım.Süfrə kənarında sonbeşik kimi,Onlardan ən dadlı tikə alaydım.Kaş bircə günlüyə uşaq olaydım,Köhnə evimizdə tənha qalaydım.Minəydim çapaydım qarğı atımı,Ötəydim, keçəydim yaşıdlarımı.Qayıdıb gələydim, tapıb anamı,Soraydım, bir tikə yaxmac olvarmı?Alıb yaxmacımı ana əlindən,Həyətə qaçaraq “ura!”- deyəydimGecə, ləyəndəki camış südünün,Qaymağın barmaqla xəlvət yeyəydim.Kaş bircə günlüyə uşaq olaydımGülləri dərmədən hey qoxlayaydım.Evin arxasında - çay qırağında,Oturub, qıçımı suya salaydım.Körpə balıqların oynaşmasından,Sevinib, şadlanıb razı qalaydım!Çayın döşündəki kolun dibindən,Nanə toplayaydım, turşəng yığaydımDərəydim, siyirib təmizləyəydim,Əvəlik özəyin baltək yeyəydim.Kaş bircə günlüyə uşaq olaydım,Sərçə yuvasından pərvaz salaydım.Gedib tövlədəki ana qoyundan,Quzusun ayırıb, onu sağaydım.Camış otaraydım çay qırağında,Elə həmin çayda balıq tutaydım,Qoşulub tay-tuşa, yaşıdlarıma,Kəpənək tutaydım, aşıq ataydım.Arabir qoşulub böyük qardaşa,“Qatar ayağında” pendir sataydım.Qayıda biləydim - cavan olaydım,Məktəbə gedəydim-təhsil alaydımƏlaçı bitirib orta məktəbi,Bir ali məktəbə qəbul olaydım.Uğurla bitirib ali məktəbi,Oradan qırmızı diplom alaydım.Sevinclə, fərəhlə mütəxəssistək,Əmək aləminə qədəm qoyaydım.“Çağırış” gələydi - əsgər gedəydim,Milli ordumuzda xidmət edəydim.Qayıda biləydim cavanlığıma,Vətənə və elmə xidmət edəydimGəzəydim ölkənin şəhərləriniElmi kürsülərdən çıxış edəydim.Bir ali məktəbdə müəllim kimi,Gənclərə həvəslə elm öyrədəydimGecəli-gündüzlü cavan ömrümü,Büsbütün təhsilə fəda edəydimUnudub rifahı, sağlamlığımı,Qəfil qocalığa gəlib yetəydim.Kaş bircə günlüyə uşaq olaydım,Kənardan baxaydım qocalığıma.Götürüb rəfdəki kitablarımı,Nəvələrim kimi vərəqləyəydim.Tapıb içəridə foto - şəklimi,Baxıb sevinəydim, fərəhlənəydim.Elmi kitablarım- on səkkiz adda,Bədii kitablar - eyni bu sayda.Götürüb birbəbir vərəqləyəydim,Özümə ürəkdən”əhsən!”- deyəydim.Qayıda biləydim uşaqlığıma,Uşaqtək baxaydım qocalığıma.Elmi və bədii kitablarımı,Məzmunca qısaca xatırlayaydım.Övladtək sevdiyim “ balalarıma”,Bir daha məntiqi nəzər salaydım.Baxıb kitablara - əsərlərimə,Gərgin əməyimdən razı qalaydım.Əlimi qaldırıb uca Tanrıya,Gizli “varlığıma” şahid olaydım!8-10.06.26 ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.