AMEA Ədəbiyyat İnstitutunda Almaniyadan gələn ziyalılarla görüş olub

AMEA Ədəbiyyat İnstitutunda Almaniyadan gələn ziyalılarla görüş olubAMEA Ədəbiyyat İnstitutunda Almaniyadan gələn ziyalılarla görüş olub AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Almaniyanın Maqdeburg şəhərində yerləşən İCATAT institutunun ziyalıları ilə görüş və fikir mübadiləsi olub.

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Peter Yens-Kristian Qişke, Dominik Yakub Napivodski, Doğan Aydın, İlknur Şenol-Baysu, Daniel Adler, Kristel Hotopp, Anne Katrin Han, Kristian Volt, Mieste Hotopp-Rieke iştirak ediblər.


Tədbiri giriş nitqi ilə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədli açıb. O qonaqların təmsil etdiyi institutun tədqiqat istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, həmin elm ocağı türkologiya, etnologiya, şərqşünaslıq, mədəniyyətlərarası tərcümə (dilçilik) və digər ixtisaslardan olan araşdırmaları özündə birləşdirir. Qurumun 25 ildən artıqdır ki, tatar araşdırmaları sahəsində aparıcı mövqe tutduğunu, özlərinin nəşriyyat, arxiv və kitabxanasının olduğunu da bildirib. Vurğulayıb ki, bu görüşün əsas məqsədi gələcək əməkdaşlığın əsasının qoyulmasıdır. Bədirxan Əhmədli birgə konfranslar təşkil etməyi, kitab və məqalə çapını təklif edib. Müəllifi olduğu “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” (3 cilddə) kitablarını qonaqlara hədiyyə edib.

İCATAT-ın direktoru, türkoloq Mieste Hotopp-Rieke çıxışında tədbirin təşkili üçün minnətdarlığını bildirib. Azərbaycana səfərlərinin sonunda alman və Azərbaycan dillərində kitab hazırlayıb Frankfurtda Maurer nəşriyyatında nəşr edəcəklərini də diqqətə çatdırıb. İnstitutları tərəfindən çap edilən beş dildə tərtib olunmuş, həmçinin müxtəlif ixtisasları əhatə edən kitabları AMEA-nın kitabxanasına hədiyyə edib.

Tədbirdə filologiya elmləri doktorları Abid Tahirli, Gülər Abdullabəyova, filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı, Leyla Həsənzadə və Folklor İnstitutunun əməkdaşı Əli Şamil də çıxış edərək almanların Azərbaycandakı fəaliyyətlərindən danışıblar.

Görüşün təşkilində və alman dilindən tərcümədə dr. Elnurə Qurbanova köməklik göstərib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Bədirxan Əhmədli “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olun ...

Professor Bədirxan Əhmədli “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olun ...

Humanitar elmlər, Başkeçid
Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Bədirxan Əhmədlinin 70 illik yubileyi və kitablarının təqdimatı keçirilib

Humanitar elmlər, Başkeçid
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablar ...

İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablar ...

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", Turan
AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçi ...

AMEA MEK-də tanınmış şair, yazıçı, professor Hamlet İsaxanlı ilə görüş keçi ...

Elm, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş ...

Ədəbiyyat İnstitutunda Azərbaycan-Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş ...

Humanitar elmlər
“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

“Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı keçirilib

Humanitar elmlər, Dünya
Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib

Koreya-Azərbaycan III Humanitar Forumu keçirilib

Humanitar elmlər, Dünya
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Dünya şöhrətli yapon yazıçısı Haruki Murakaminin 70 illiyinə həsr olunmuş t ...

Humanitar elmlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda İngilis dili kursları

Humanitar elmlər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

İctimai elmlər
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutu ...

Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutu ...

Elm, "Zirvə"
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
Rəy yazın: