Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası işıq üzü görüb

TƏBRİK EDİRİK!..

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənlinin “Türk dünyasında roman” monoqrafiyası (Bakı, “Max Ofset”, 2026, 648 s.) nəşr olunub.

Monoqrafiyada Türk dünyasında roman janrının meydana çıxması, təşəkkülü və inkişaf mərhələləri 23 türk ədəbi-mədəni arealı üzrə üzrə 100-ə yaxın roman nümunəsi əsasında araşdırılıb.

Tədqiqatda Azərbaycan, Türkiyə, Türkmənistan, Qaqauz, Axıska, İraq və Suriyada yaşayan türkmanlar, Şimali Kipr, Balkan türkləri (Bolqarıstan, Şimali Makedoniya və Kosovo), Özbəkistan, Uyğur, Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar, Krım, Çuvaş, Saxa və Tuva ədəbi mühitlərində roman yaradıcılığının formalaşması və inkişaf xüsusiyyətləri təhlil edilib.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, Beş fəsildən ibarət tədqiqatda Türk dünyasının roman ənənəsi Oğuz, Karluk, Qıpçaq, Çuvaş və Sibir türklərinin ədəbi irsi kontekstində sistemləşdirilib. Müəllif ayrı-ayrı türk xalqlarının roman yaradıcılığını tarixi-tipoloji yanaşma əsasında araşdıraraq janrın milli ədəbiyyatlarda formalaşma yollarını və özünəməxsus inkişaf istiqamətlərini müəyyənləşdirib.

Monoqrafiyanın Oğuz türklərinin roman ənənəsinə həsr olunmuş fəslində Azərbaycan romanının yaranması və inkişaf mərhələləri, Türkiyə romanında narrativ strukturun təşəkkülü, Türkmən romanında sosial motivlər və tarixi qəhrəman problemi araşdırılıb. Bununla yanaşı, Qaqauz romanında etnogenez, Axıska türklərinin romanında sürgün mövzusu, İraq və Suriya türkmanlarının roman yaradıcılığında milli kimlik, Şimali Kipr və Balkan türklərinin romanlarında tarixi proseslərin bədii inikası təhlilə cəlb edilib.

Karluk türklərinin roman ənənəsinə həsr olunan fəsildə özbək romançılığında milli ideya və tarixilik, uyğur romanlarında tarixi xronika və milli təfəkkür məsələləri nəzərdən keçirilib. Qıpçaq türklərinin roman yaradıcılığı isə mifoloji təmayüllər, üslubi transformasiyalar, repressiya, milli özünüdərk, tarixi-sosial problemlər və estetik axtarışlar baxımından araşdırılıb. Fəsildə Qırğızıstan, Qazaxıstan, Tatarıstan, Başqırdıstan, Qumuq, Qaraçay-Malkar və Krım türklərinin roman ənənələri təhlil edilib.
Tədqiqatın son fəslində Çuvaş və Sibir türklərinin roman yaradıcılığına diqqət yetirilib. Aleksandr Artemyevin “Salambi”, Nikolay Yakutskayın “Cüzzam və eşq” və Kızıl Enik Kudajının “Tənha bucaq” romanları əsasında bu ədəbi mühitlərdə etnomədəni kontekst, yazılı ədəbiyyatın təşəkkülü, məhəbbət mövzusunun ontoloji semantikası və Tuva nəsrinin ümumtürk ədəbi məkanındakı yeri araşdırılıb.

Monoqrafiya Türk dünyasının müxtəlif ədəbi mühitlərində roman janrının təşəkkülü və inkişafını vahid tədqiqat çərçivəsində araşdıran, milli roman ənənələrinin tarixi-tipoloji xüsusiyyətlərini sistemli şəkildə təhlil edən elmi əsərdir. Tədqiqat Türk xalqları ədəbiyyatının tarixi, roman nəzəriyyəsi və müqayisəli ədəbiyyatşünaslıq sahələrində aparılan araşdırmalar üçün elmi mənbə kimi əhəmiyyət daşıyır.

Biz də Redaksiya Heyətimiz adından, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənlini “Türk dünyasında roman” adlı yeni monoqrafiyasının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yen-yeni uğurlar arzulayırıq!..

MÜŞFİQ BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BEYNƏLXALQ ELMİ KONFRANS: “Özbəkistan və Azərbaycan arasında elmi və mədəni ...

BEYNƏLXALQ ELMİ KONFRANS: “Özbəkistan və Azərbaycan arasında elmi və mədəni ...

Humanitar elmlər, Orta Asiya, Elanlar
Ədəbiyyatşünas alim Salidə Şərifovanın Almaniyada yeni monoqrafiyası nəşr e ...

Ədəbiyyatşünas alim Salidə Şərifovanın Almaniyada yeni monoqrafiyası nəşr e ...

Yeni nəşrlər
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

Yeni nəşrlər, Humanitar elmlər
XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİ HAQQINDA  MONOQRAFİYA YAYINLANDI

XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİ HAQQINDA MONOQRAFİYA YAYINLANDI

Yeni nəşrlər, Humanitar elmlər
Professor Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalibi oldu

Professor Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalibi oldu

Turan, Borçalı
Professor Bədirxan Əhmədli “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olun ...

Professor Bədirxan Əhmədli “Türk Dünyasına xidmət” mükafatı ilə təltif olun ...

Humanitar elmlər, Başkeçid
Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Professor Salidə Şərifova X Türk Kültürü Konqresində məruzə etmişdir

Humanitar elmlər, Turan
ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

Yeni nəşrlər, Milli Məclis, Humanitar elmlər
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kit ...

Yeni nəşrlər, Humanitar elmlər
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səma “İlin gənc alimi” seçilib

Gülnar Səma “İlin gənc alimi” seçilib

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Filologiya Problemləri üzrə Elmi Şuranın iclasında 18 dissertsiya mövzusu t ...

Humanitar elmlər
Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Gülnar Səmanın Latviyada monoqrafiyası çap olunub

Yeni nəşrlər
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Rəy yazın: