BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM

BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.... Bu bizim müstəqil dövlətimizin rəmzidir.... Ona görə də, gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin və qiymətləndirsin.
Ümummilli lider HEYDƏR ƏLİYEV


Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurduma öz hakimliyim.

Bəxtiyar VAHABZADƏ


Bu gün Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Ordumuzun 44 gün davam edən şanlı mübarizəsi nəticəsində bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız qürurla dalğalanır. Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır. Hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri onun Dövlət bayrağıdır. “Bayraq” sözü ümumtürk mənşəlidir və Mahmud Kaşğarinin “Divanü-lüğat-it-türk” əsərində bayraq, batrak fonetik şəkillərində işlədilmişdir. Qədim dövrlərdən başlayaraq hər bir dövlət öz xalqını bir bayraq altında toplamışdır. Tarixi mənbələrə görə keçmişdə Azərbaycan ərzisində mövcud olan dövlətlərin də, üzərində heyvan təsvirləri və ya müxtəlif yazı və nişanələrdən ibarət bayraqları olmuşdur. Dövlət bayrağı xalqımızın milli müstəqilliyini, milli azadlığını əks etdirir. Dövlət bayrağı xalqımız üçün hər zaman müqəddəs sayılıb. Azərbaycan Prezidenti andiçmə mərasimində ilk olaraq Dövlət bayrağı önündə diz çökür və onu öpür, sonra ölkə Konstitusiyasına və müqəddəs Qurani-Şərifə əl basaraq and içir.
Dövlət bayrağı Xalq Cümhuriyyəti dövründə yaradılmış milli dövlətçilik atributlarından biridir. 21 iyun 1918 – ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq idi. 1918-ci il 9 noyabrda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası, hökümətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli – mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edir. Bu gün Azərbaycan Respublikası üzərində məğrur- məğrur dalğalanan bayrağımız ilk dəfə 1918 – ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının yerləşdiyi binada dalğalanmışdır. Dövlət Bayrağımız hər bir Azərbaycan vətəndaşının qüruru, mənliyi, şərəf və ləyaqətidir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng – islam sivilizasiyasına mənsubluğu ifadə edir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2 – dir. Dövlət bayrağının istifadəsi 8 iyun 2004- cü il tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

İşğal altında olan torpaqlarımızın geri qaytarılması və həmin torpaqlarda Azərbaycan bayrağının dağlanması uğrunda canından keçən iğidlərimiz – ruhunuz şad olsun! Vətən torpağının hər bir qarışı üçün tökdüyünüz qanlar, Vətənin dağlarında, düzlərində çiçək olub açıblar.

Şəhanə Rizvan qızı ƏSGƏROVA
ADPU, Xarici dillərin tədrisi kafedrasının müəllimi

ZiM.Az


.


Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"MƏN VƏTƏN QIZIYAM, VƏTƏN MƏNİMDİR" - Nazlı Hacılı

Humanitar elmlər, Elmi Məqalələr
BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM!

BAYRAQ MƏNLİYİMDİR, BAYRAQ KİMLİYİM!

Köşə yazılar
Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Köşə yazılar
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

Yeni nəşrlər, Humanitar elmlər
168 nömrəli məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

168 nömrəli məktəbdə Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Məktəblər
AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitututunda Azərbaycan Xalq Cü ...

Biologiya və tibb elmləri
Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan elminin inkişafında müstəsna xid ...

Elmi Məqalələr
9 noyabr – “Milli bayraq günü”dür!..

9 noyabr – “Milli bayraq günü”dür!..

Əsas xəbər
AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU
SAZIN QALXAN BAYRAĞI

SAZIN QALXAN BAYRAĞI

UNUTSAQ, UNUDULARIQ!....
Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Üçrəngli bayrağımızın əbədi qayıdış günü adlı tədbir keçirilib

Naxçıvan
Bizi dünyaya tanıdan Bayraq

Bizi dünyaya tanıdan Bayraq

Regionlar, Siyasət, Köşə yazılar
Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” - 2016

Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü” - 2016

Nazirlik, BMU, AzTU, BDU
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
Ramiz ABDULLAYEV: Bayraq!..

Ramiz ABDULLAYEV: Bayraq!..

Bakı, Tv, Ramiz Abdullayev
Dövlət rəmzləri

Dövlət rəmzləri

Azərbaycan, Prezident, Milli Məclis
Dövlət Rəmzləri və Prezident hakimiyyəti

Dövlət Rəmzləri və Prezident hakimiyyəti

Prezident
“Bayraq yürüşü”

“Bayraq yürüşü”

Əsas xəbər, Azərbaycan, Nazirlik, AzTU, Arxiv
Rəy yazın: