Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında dərc olunub

Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında dərc olunubTƏBRİK EDİRİK!..

Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az”“Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-8684-2722 - [email protected]) Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “TƏDQİQLƏR” jurnalının 2026-cı ildə çap lunmuş 1-ci sayının (Cild 80) 47-65-ci səhifələrində “Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında akademik Mədəd Çobanovun rolu” adlı növbəti növbəti elmi məqaləsi dərc olunub.


DOI: https://doi.org/10.36719/2707-9538/122/47-65

Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında dərc olunubMəqalədə Azərbaycan-gürcü ədəbi əlaqələri araşdırılır. Qeyd olunur ki, ötən əsrin əvvəllərindən başlayaraq, Azərbaycan və gürcü ədəbi əlaqələri bədii düşüncədə, xüsusilə də, poeziya və nəsr ilə yanaşı, elm sahəsində də həmişə paralel olaraq inkişaf etmiş, XX əsrin 2-ci yarısında isə Azərbaycan-gürcü ədəbi əlaqələrinin akademik şəkildə tədqiqi və təbliği yeni bir mərhələyə qədəm qoymuşdur. Lakin bu əlaqələr inersiya ilə deyil, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılıq əlaqələri ilə formalaşmışdır. Ədəbi mühiti şəxsiyyətlər formalaşdırdığı kimi, ədəbi əlaqələri də şəxsiyyətlər formalaşdırmış və inkişaf etdirmişlər. S.Vurğun, K.Kaladze, G.Leonidze, İ.Həbibbəyli, E.Cavelidze, L.Eradze, D.Əliyeva və başqalarının böyük xidmətləri sayəsində istər elmi, istərsə də, bədii tərcümə və ədəbi əlaqələr müstəvisində ən yaxşı dövrünü yaşayan Azərbaycan-Gürcüstan dostluğu ötən əsrin II yarısında akademik Mədəd Çobanov (1937-2023) tərəfindən yeni bir kontekstdə davam etmiş, bu elmi, ədəbi-bədii tandem Azərbaycan və gürcü ədəbiyyatşünaslığında özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, bu dostluq əlaqələri qısa bir müddətdə, həm dilçilik, həm ədəbiyyatşünaslıq, həm poeziya, həm də bədii tərcümə və ədəbi əlaqələr müstəvisində yeni bir mərhələ təşkil etmişdir. Sözsüz ki, bunu doğuran müəyyən səbəblər vardı; hər şeydən əvvəl, akademik M.Çobanov Gürcüstanda doğulub boya-başa çatmış, orta və ali təhsilini Gürcüstanda almış, ömrünün təxminən 60 ilini Gürcüstanda yaşamış, uzun müddət vaxtilə ali təhsil aldığı Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan şöbəsində - Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim, dosent, professor, kafedra müdirinin müavini, kafedra müdiri və elmi-metodiki şuranın sədri vəzifələrində çalışmış, daha sonralar Bakıda yaşasa da, ömrünün sonuna kimi Gürcüstanla əlaqəni kəsməmiş, müntəzəm olaraq əlaqə saxlamış, hər il ən azı 4-5 dəfə Gürcüstana səfər etmiş, keçmiş gürcü həmkarları ilə, həmçinin Gürcüstanda yaşayan azərbaycanlı alim, şair və yazıçılarla görüşmüş, Tiflis ədəbi mühitində və buradakı ədəbi prosesdə yaxından iştirak etmiş, dəfələrlə Tbilisidə, Marneulidə, həmçinin dünyaya göz açdığı doğma Darbaz kəndində onun yubileylərinə həsr olunmuş təntənəli tədbirlər keçirilmişdir.
Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında dərc olunub Akademik Mədəd Çobanov dünyasını dəyişdikdən sonra isə Tbilisidə, eləcə də, Bolnisidə, Dmanisidə, Marneulidə, Qardabanidə və başqa bölgələrdə alimin anım günləri qeyd olunmuş, onun əziz xatirəsinə neçə-neçə şeirlər, poemalar, esselər həsr olunmuş, həyat və yaradıcılığı haqqında kitablar yazılmış, nəfis şəkildə çap olunaraq oxucular ixtiyarına verilmiş həmin kitabların Bakıda və Gürcüstanda təqdimatları keçirilmiş, Azərbaycan və Gürcüstan mətbuatında silsilə məqalələr dərc olunmuş, müxtəlif tədbirlər, müsabiqələr, olimpiadalar, yarışlar və s. təşkil edilmiş, həmin tədbirlər Azərbaycan və Gürcüstan mətbuatında, radio və televiziya verilişlərində, eləcə də, bir sıra internet saytlarında işıqlandırılmış və bütün bunlar Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrini daha da intensivləşdirmişdir.
Bir sözlə, akademik Mədəd Çobanovun yaradıcılığında Azərbaycan-Gürcüstan dostluğu mövzusunun xüsusi yer tutması hər iki iki xalqın ədəbi, mədəni, mənəvi irsini ortaya çıxarması ilə yanaşı, həm də ədəbi-mədəni əlaqələrin çoxcəhətliliyini, qarşılıqlı təsir və zənginləşmə prosesini sürətləndirmiş, qədimdən davam edən bu dostluğu yeni bir mərhələyə daşımışdır. Azərbaycan və gürcü xalqlarının dostluq və qardaşlığının ədəbi-bədii və elmi ədəbiyyatda təcəssümü və s. amillər M.Çobanovun yaradıcılığında yeni müstəviyə keçmiş, elmi təfəkkürdə öz geniş əksini tapmış və beləliklə də, Azərbaycan-gürcü ədəbi əlaqələri daha da zənginləşmişdir.
Açar sözlər: Azərbaycan-gürcü, ədəbiyyat, bədii tərcümə, ədəbi əlaqələr, dostluq, Mədəd Çobanov, Sevirəm Gürcüstanı, Dostluq nəğmələri

Biz də Redaksiya Heyətimiz adından dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti - Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “TƏDQİQLƏR” jurnalının 2026-cı ildə çap olunmuş 1-ci sayının (Cild 80) 47-65-ci səhifələrində “Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında akademik Mədəd Çobanovun rolu” adlı növbəti elmi məqaləsinin çap olunması münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

AYGÜN YAVƏRQIZI,
“NUR” İnformasiya Agentliyi
nur.info.az saytının redaktoru


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bolnisidə akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım tədbiri keç ...

Bolnisidə akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım tədbiri keç ...

Humanitar elmlər, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Müşfiq Borçalının daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap o ...

Müşfiq Borçalının daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap o ...

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalı

Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub

Turan, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi  ...

Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının  “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva ...

Müşfiq Borçalının “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov, Müşfiq Borçalı
Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Avropa, Gürcüstan, Müşfiq Borçalı
Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Gürcüstanın nüfuzlu qəzetində Azərbaycan alimi haqqında məqalə dərc olunub

Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Diqqət, diqqət:

Diqqət, diqqət: "VƏTƏN - YURDDAN BAŞLAYIR" adlı Yeni bir ƏDƏBİ MÜSABİQƏ.. ...

Ədəbiyyat, Gürcüstan, Tiflis, Borçalı, Elanlar, Mədəd Çobanov
BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

BORÇALIDAN BAŞLANAN ALİM ÖMRÜ

ADPU, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Bakıda məşhur gürcü yazıçısı Naro Kolxelinin kitabı çap olunub

Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Darvaz, Müşfiq Borçalı
Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Axundzadəşünaslığa daha bir dəyərli töhfə

Yeni nəşrlər, Humanitar elmlər, Başkeçid, Müşfiq Borçalı
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Azərbaycan-Gürcüstan ədəbi əlaqələri genişlənir

Gürcüstan, Mədəd Çobanov
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
Rəy yazın: