Müşfiq Borçalının daha bir məqaləsi AMEA Folklor İnstitutunun elmi jurnalında dərc olunub

Müşfiq Borçalının daha bir məqaləsi AMEA Folklor İnstitutunun elmi jurnalında dərc olunub TƏBRİK EDİRİK!..

Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az”“Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-8684-2722 - [email protected]) Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINA DAİR TƏDQİQLƏR” jurnalının 2026-cı ildə çap olunmuş 1-ci sayının (Cild 65) 157-180-ci səhifələrində “Koroğlu” eposunda Gürcüstan faktorunun folklor kontekstində təhlili” adlı növbəti elmi məqaləsi dərc olunub.


https://doi.org/10.59849/2309-7922.2026.1.157

Məqalədə məşhur Azərbaycan xalq və qəhrəmanlıq dastanlarından olan “Koroğlu”da Gürcüstan faktoru, Gürcüstanla bağlı süjet və motivlər tədqiq edilir. Göstərilir ki, şifahi xalq ədəbiyyatında bu iki xalqın dostluq münasibətləri müxtəlif şəkildə əks etdirilir. Tarix boyu qədim qonşu xalqların həyatında olduğu kimi, şifahi xalq ədəbiyyatında da dostluğun, qonşuluq münasibətlərinin izlərini görmək mümkündür. Xüsusilə, Azərbaycan dastanlarında, o cümlədən, “Koroğlu”da baş verən hadisələrdə Gürcüstanın da adı keçir, bu dastanların süjet və təsvirlərində bu yerlərin tərənnümünə rast gəlirik. Həm də ona görə ki, tarix boyu qədim türk torpağı Borçalı da bu ərazidə yerləşir, soydaşlarımızın gürcülərlə iç-içə ərazidə yaşaması onları daha da yaxınlaşdırır. Xalqın bədii düşüncəsi isə heç bir sərhəd tanımır. “Kitabi Dədə Qorqud”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Çaçaq Kərəm” və b. dastanlarda olduğu kimi, “Koroğlu”da da, Tiflis, Gürcüstan təsvirlərinə geniş yer verilir. Dastanda hadisələrin bir hissəsi məhz burada - Gürcüstanda baş verir. Dastanda Gürcüstanın müsbət obrazı, təbiət gözəlliklərinin təsviri və tərənnümü xalqlar arasındakı dostluq, qarşılıqlı etimaddan qaynaq-lanmışdır. Dastanın gürcü yazılı ədəbiyyatına təsiri araşdırılır. Bu mövzuda yazılmış gürcü poeziya, nəsr və dramaturgiyasından nümunələr tədqiqata cəlb olunur. Bir sözlə, dastanın öyrənilməsi, tədqiqi və təbliği Azərbaycan və gürcü xalqlarınının dostluğunun daha da möhkəmlənməsinə, Azərbaycan-gürcü ədəbi əlaqələrinin daha yüksək səviyyədə inkişafına xidmət edir.

Açar sözlər: Azərbaycan dastanları, xalq dastanları, qəhrəmanlıq dastanları, aşıq, yaradıcılıq, qaçaqlıq, Koroğlu, Tiflis, gürcü, yazıçı, əsər, nəsr, pyes, dram, dastan motiv, süjet, təsvir

Biz də Redaksiya Heyətimiz adından dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti - Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINA DAİR TƏDQİQLƏR” jurnalının 2026-cı ildə çap lunmuş 1-ci sayının (Cild 65) 157-180-ci səhifələrində “Koroğlu” eposunda Gürcüstan faktorunun folklore kontekstində təhlili” adlı növbəti elmi məqaləsinin çap olunması münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

AYGÜN YAVƏRQIZI,
“NUR” İnformasiya Agentliyi
nur.info.az saytının redaktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında  ...

Müşfiq Borçalının daha bir məqaləsi “TƏDQİQLƏR” Beynəlxalq elmi jurnalında ...

Humanitar elmlər, Darvaz, Təbriklər, Mədəd Çobanov, Müşfiq Borçalı
Salidə Şərifovanın DergiParkda yeni bir məqaləsi yayımlanıb

Salidə Şərifovanın DergiParkda yeni bir məqaləsi yayımlanıb

Humanitar elmlər, Turan, Təbriklər
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

SALİDƏ ŞƏRİFOVANIN YARADICILIĞI ELMMETRİK DIAPAZONDA

Yeni nəşrlər, Humanitar elmlər
Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Gülnar Səmanın “NAR” kitabı Türkiyədə çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Turan
Müşfiq Borçalının daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap o ...

Müşfiq Borçalının daha bir elmi məqaləsi Avropanın nüfuzlu jurnalında çap o ...

Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Humanitar elmlər, Təbriklər
Müşfiq Borçalının  “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Müşfiq Borçalının “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadənin yaradıcılığı ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi  ...

Müşfiq Borçalının “Azərbaycan ədəbiyyatında gürcü obrazları” adlı məqaləsi ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının  “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva ...

Müşfiq Borçalının “Çağdaş Azərbaycan-Gürcü ədəbi əlaqələri: Dilarə Əliyeva ...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov, Müşfiq Borçalı
Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Müşfiq Borçalının Praqanın nüfuzlu jurnalında daha bir elmi məqaləsi çap ol ...

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, AzTU, Avropa, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Müşfiq Borçalının Avropanın nüfuzlu jurnalında elmi məqaləsi çap olunub

Yeni nəşrlər, Humanitar elmlər, Elmi Məqalələr, Ədəbi əlaqələr, Avropa, Gürcüstan, Müşfiq Borçalı
Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Professor Yeganə İsmayılovanın tərtibatı ilə “Koroğlu” dastanının Vəli Xulu ...

Humanitar elmlər, BDU, Folklor, Ədəbiyyatşunaslıq
Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və  ...

Borçalıda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin tanıdılması və ...

Folklor, Bolus
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Gənc alimin məqaləsi “Kardaşlık” jurnalında dərc olunub

Naxçıvan, Folklor, Turan
“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Regionlar, Folklor
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Rəy yazın: