Müşfiq Borçalının daha bir məqaləsi “AXTARIŞLAR” elmi jurnalında dərc olunub Naxçıvan, Humanitar elmlər, Elmi Məqalələr, "Gürcüstan", Gürcüstan, Tiflis, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı 1 июля 2026 17 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin, “ZiM.Az”, “Ziya.İnfo.Az” və “Elm.İnfo.Az” saytlarının baş redaktoru, AYB-nin, AJB-nin və Turan YB-nin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü Müşfiq Borçalının (Müşviq Mədəd oğlu Çobanovun - ORCİD 0009-0008-8684-2722 - [email protected]) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda nəşr olunan “AXTARIŞLAR” elmi jurnalının 2025-ci ildə işıqüzü görmüş 4 (54)-cü (cild 19) sayının 50-69-cu səhifələrində “TİFLİS ƏDƏBİ MÜHİTİNDƏ AZƏRBAYCAN MİLLİ MƏTBUATI” adlı növbəti növbəti elmi məqaləsi dərc olunub.https://doi.org/10.59849/2311-8482.2025.4.50Məqalədə Tiflis ədəbi mühitində yaranmış milli mətbuatımız araşdırılır. Göstərilir ki, Qafqaz canişinliyi Tiflis şəhərində yerləşdirildiyindən bura həm də müxtəlif xalqların mədəni mərkəzinə çev-rilmişdir. Məktəblərin, teatrların, qəzet və nəşriyyatların yaradılması getdikcə intensivləşmişdir. Doğrudur, bu proses digər xalqlara baxdıqda bizdə bir qədər ləng getmişdir. Ancaq bu da aydındır ki, bir çox mədəni hadisələrdə Tiflis ədəbi mühiti milli ədəbi mühiti - yəni Azərbaycandakı ədəbi mü-hiti qabaqlamışdır. Tiflisdə Azərbaycan mətbuatının işıq üzü görməsi təkcə burada yaşayan azər-baycanlıların maariflənməsini deyil, bütövlükdə Azərbaycanda və kənarda yaşayan digər azərbay-canlıların da ədəbi, mədəni mühitdən xəbər tutmasını şərtləndirmişdir. Belə ki, bu mətbuat orqan-larının bir çoxu nəşr olunduğu coğrafiyanın hüdudlarını aşmış, Orta Asiya, Osmanlı, Sibirdə yaşayan türk xalqlarının həyatında mühüm rol oynamışdır. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” kimi mətbuat orqanları xalqın böyük bir kəsimində milli mənlik və dini şüurunu formalaşdırmışdır. “Şərqi-Rus” qəzeti və “Molla Nəsrəddin” jurnalı Tiflsidə nəşr edilməsinə baxmayaraq, Azərbaycanın ilk gündəlik qəzeti kimi Azərbaycandan gedən məqalələri də nəşr etmiş və Azərbaycan ədəbi prosesinin bir parçasına çevrilmişdir. Bu ənənə sonralar da Gürcüstanda nəşr olunan Azərbaycan dilli mətbuat orqanlarında davam etmiş və bu günün özündə də 105 yaşlı “Gürcüstan” qəzetinin timsalında lə-yaqətlə davam edir.Açar sözlər: Azərbaycan, milli, mətbuat, Tiflis, ədəbi mühit, ədəbi əlaqələrBiz də Redaksiya Heyətimiz adından dəyərli həmkarımız – tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru, çox hörmətli Müşfiq Borçalını yeni nailiyyəti - Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda nəşr olunan “AXTARIŞLAR” elmi jurnalının 2025-ci ildə işıqüzü görmüş 4 (54)-cü (cild 19) sayının 50-69-cu səhifələrində “TİFLİS ƏDƏBİ MÜHİTİNDƏ AZƏRBAYCAN MİLLİ MƏTBUATI” adlı növbəti növbəti elmi məqaləsinin çap olunması münasibəti ilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..AYGÜN YAVƏRQIZI,“NUR” İnformasiya Agentliyinur.info.az saytının redaktoruZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.