Elm.İnfo.Az-ın redaktoru professor Mərziyyə Nəcəfova AJB-nin üzvü seçilmişdir Humanitar elmlər, MEDİA, Təbriklər 13 ноября 2026 83 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!.. Görkəmli alim, tanınmış jurnalist, çağdaş Azərbaycan ədəbiyyatşünaslığın sevilən simalarından və Azərbaycan mətbuatının daim izlənən imzalarından biri, yüzlərlə elmi əsərlərin və elmi-publisistik məqalələrin müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, AMEA-nın Ədəbiyyat İnstitutunun Seminar Şurasının və Sumqayıt Dövlət Universitetinin Müdafiə Şurasının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “ELM” İnformasiya Mərkəzinin – elm.info.az saytının redaktoru, filologiya elmləri doktoru, professor MƏRZİYYƏ NƏCƏFOVA 2016-cı il avqustun 30-da elm.info.az saytınının Redaksiya Heyətinin təqdimatı əsasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilmişdir. 2026-cı il oktyabın 30-da isə Azərbaycan Jurnalistlər Birliyinin N: AZE-2248 saylı üzvlük vəsiqəsi professor Mərziyyə Nəcəfovaya təntənəli şəkildə təqdim olunmuşdur.Bu münasibətlə, Redaksiya Heyətimiz adından bir daha sevimli həmkarımız,çox hörmətli redaktorumuz - görkəmli alim və tanınmış jurnalist,professor Mərziyyə Nəcəfovanı ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..MÜŞFİQ BORÇALI,Elm.İnfo.Az-ın Baş redaktoru,AYB-nin və AJB-nin üzvü,Filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.AzElm.İnfo.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.