Müşfiq Borçalı "USTAD YAZIÇI" medalı və “ZƏRDABİ İRSİ” mükafatı ilə təltif olunub Humanitar elmlər, MEDİA, Turan, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı 21 июля 2026 479 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Bu günlərdə, AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və “Turan.İnfo.Az” saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan çox hörmətli MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) – Milli Mətbuatımızın 151 illiyi münasibətilə daha bir - daha iki fəxri mükafata layiq görülüb.O, Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi naminə göstərdiyi böyük xidmətlərə görə "YENİ SƏS" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqı və "ƏMİR TEYMUR" Beynəlxalq İctimai Xeyriyyə Fondu tərəfindən təsis olunmuş "TURAN BİRLİYİ" - "USTAD YAZIÇI" MEDALI ilə təltif olunub və “ZÜMRÜD – M Production” tərəfindən Milli Mətbuatımızın 151 illiyi münasibətilə təsis edilmiş “MƏTBUATI YAŞADANLAR” naminasiyası üzrə “ZƏRDABİ İRSİ” Mükafatına layiq görülüb. Medalı 2026-ci il iyulun 21-də - Milli Mətbuat günündən bir gün əvvəl Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, tanınmış şair, AYB-nin üzvü və Prezident təqaüdçüsü İlqar Türkoğlu, “ZƏRDABİ İRSİ” Mükafatını isə “ZÜMRÜD – M Production”un rəhbəri Zümrüd Məcidova təqdim edib. İlqar Türkoğlu öz adından, eləcə də, "YENİ SƏS" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqı və "ƏMİR TEYMUR" Beynəlxalq İctimai Xeyriyyə Fondunun rəhbəri cənab J.A.Monoldorovun adından Azərbaycan Milli Mətbuatının 151 illiyi, həmçinin, "TURAN BİRLİYİ" - "USTAD YAZIÇI" MEDALI ilə təltif olunması münasibətilə, Zümrüd Məcidova isə “ZƏRDABİ İRSİ” Mükafatına layiq görülməsi münasibətilə Müşfiq Borçalını ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, elmi axtarışlarında, ədəbi-bədii yaradıcılığında, həmçinin, ictimai və jurnalistlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.Bu dəyərli təltifə, yüksək səviyyədə təqdimata və xoş arzulara görə çox hörmətli İlqar Türkoğluna, "YENİ SƏS" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və "ƏMİR TEYMUR" Beynəlxalq İctimai Xeyriyyə Fondunun rəhbərliyinə, həmçinin, “ZÜMRÜD – M Production”un rəhbəri Zümrüd Məcidovaya öz minnətdarığını və dərin təşəkkürünü bildirən Müşfiq Borçalı sonda öz fikrini belə tamamlayıb:"Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması, dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi bu gün böyük əhəmiyyət kəsb edir, bu yolda şərəflə xidmət etmək isə mənim üçün böyük fəxrdir və olduqca qürurvericidir! Elə buna görə də, bundan sonra da Türk xalqlarının birliyini naminə var gücümlə çalışacağam!..” Qeyd edək ki,1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin,1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin,2015-ci ildən Turan Yazarlar Birliyinin,2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü,2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, həmçinin,"Abdulla Şaiq", "Həsənbəy Zərdabi","Nəriman Nərimanov", "Ömər Faiq Nemanzadə","Zirvə", "Zəfər", "Qafqaz", "Ustad", "Qızıl Qələm","Peşəkar jurnalist", "Cəsarətli qələm sahibi","Kamil sənətkar" və s. mükafatların laureatı olanMüşfiq Borçalı (Müşviq Mədəd oğlu Çobanov)Azərbaycan Respublikası Milli MəclisininTəhsil və Mətbuat haqqında qanunlar hazırlayanişçi qruplarının üzvü olmuş və qanunlarınhazırlanmasında yaxından iştirak etmiş,dəfələrlə Fəxri Fərman, Fəxri diplom vəmüxtəlif mükafatlarla, o cümlədən,Azərbaycan Respublikası Təhsil Nazirliyinin,Mədəniyyət və Turizm Nazirliyinin,Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyininDiplom və sertifikatlarına,2024-cü ildə AYB-nin təqdimatı əsasında PREZİDENT TƏQAÜDÜnə layiq görülmüş,2025-ci ildə isə anadan olmasının 55 vəAzərbaycan Milli Mətbuatının150 illik Yubileyi münasibətiləTürk Dünyası və türk xalqları arasındaədəbi-mədəni əlaqələrin qurulması,dostluq və qardaşlıq əlaqələrinin daha dainkişaf etdirilməsi naminə göstərdiyiböyük xidmətlərə görə,qardaş Türkiyə CumhuriyyətininÇukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi"MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının Yubiley medalı ilə təltif olunmuşdur. Həmin medal - Müşfiq müəllim üçün olduqca əziz və əlamətdar olan bir gündə, 35 ildir ki, şərəf və ləyaqətlə çalışdığı, dəfələrlə Fəxri Fərman və mükafatlarla təltif olunduğu Azərbaycan Texniki Universitetinin 75 illik yubiley günündə Medianın İnkişafı Agentliyində təqdim edilmişdir.Müşfiq Borçalı Jurnalistlərimizə, ümumilikdə mediamıza verdiyi dəyərə, göstərdiyi diqqətə və etimada görə möhtərəm Prezidentimiz - cənab İlham Əliyevə, Prezidentin sərəncamı ilə Medalı təltif etmək səlahiyyətinə malik olan Medianın İnkişafı Agentliyinin rəhbərliyinə, Agentliyn icraçı direktoru Əhməd İsmayılova, Azərbaycan Texniki Universitetin rektoru, Əməkdar Elm xadimi, professor Vilayət Vəliyevə və Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar Mədəniyyət işçisi Rəşad Məcidə təşəkkür etmiş, bundan sonra da mətbuatımızın, elmimizin və təhsilimizin inkişafı naminə var qüvvəsi ilə çalışacağını bildirmişdir. REDAKSİYADAN: Biz də fürsətdən istifadə edərək,Redaksiya Heyətimiz vəYaradıcı kollektivimiz adındanəziz və sevimli həmkarımız,dəyərli ziyalımız,bacarıqlı qələm dostumuzçox hörmətli Müşfiq müəllimi bir dahaAzərbaycan Milli Mətbuatının 151 illiyi, "TURAN BİRLİYİ" - "USTAD YAZIÇI" MEDALI ilə təltif olunması və “ZƏRDABİ İRSİ” Mükafatına layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik.Ona uzun ömür, möhkəm cansağlığı,şəxsi həyatında, ədəbi-bədii yaradıcılığında,eləcə də, şərəfli elmi-pedaqoji, həmçinin, jurnalistlik və ictimai fəaliyyətindəyeni-yeni uğurlar arzulayırıq!..Böyük hörmət və ehtiramla,“Ziya”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin,“Elm”, “Ziya”, “Zirvə”, “Zəfər”, "Yurd" və "Turan" İnformasiya Mərkəzlərinin, “Ziya”, “Nur” və “Dostluq” İnformasiya Agentliklərinin,“ZiM.Az”, “ZiA.Az”, “Elm.İnfo.Az”, “Zirve.info”, “Ziya.İnfo.Az”, “Zirve.İnfo.Az”, “Zefer.İnfo.Az”, “Yurd.İnfo.Az”, “Turan.İnfo.Az”, “Nur.İnfo.Az”, “Dostluq.İnfo.Az”, “Bolnisi.Az” və “Borcali.org” saytlarınınRedaksiya Heyətləri vəYaradıcı kollektivləriZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.