Qarayazılı Mədinə Mustafayeva qardaş Türkiyədə liseyi əla qiymətlərlə bitirib və universitetə qəbul olub

Qarayazılı Mədinə Mustafayeva qardaş Türkiyədə liseyi əla qiymətlərlə bitirib və universitetə qəbul olubTƏBRİK EDİRİK!...

Bu günlərdə qardaş Türkiyədən
daha bir şad xəbər almışıq:

Əslən qədim Qarayazıdan,
indiki Gürcüstanın
Qardabani şəhərindən olan
Mədinə Mustafayeva orta məktəbi
əlaçı olaraq bitirib və ali məktəbə
daxil olub.


Mədinə Mustafayeva 9 il Qardabanidə təhsil aldıqdan sonra təhsilini Türkiyənin Bursa şəhərindəki liseydə davam etdirib.
O, burada 3 illik lisey təhsilini əla qiymətlərlə başa vuraraq sinif birincisi olub və Nevşehir Hacı Bekteş Veli Üniversitesinin Ədəbiyyat fakültəsinə daxil olub.

Onu da qeyd edək ki, Mədinə Mustafayeva hələ Qardabanidə orta məktəbdə oxuduğu illərdə təhsil sahəsində göstərdiyi yüksək nəticə ilə diqqət çəkib.
O, lisey təhsili müddətində də yüksək akademik göstəriciləri ilə seçilib və əlavə müəllim yanına getmədən uğurlu nəticə əldə edib.

Böyük fəxr və qürur hissi ilə onu da bildirmək istəyirik ki, Mədinə Mustafayeva hələ gənc yaşlarından nəinki Qarayazıda, bütün Borçalıda və Gürcüstanda, həmçinin keçmiş SSRİ-də məşhur olan və hazırda Moskvada yaşayan, eyni zamanda, bizim Redaksiya Heyətimizin Fəxri üzvü olan dəyərli soydaşımız Səməd Şahverdiyevin nəvəsidir.

Qarayazılı Mədinə Mustafayeva qardaş Türkiyədə liseyi əla qiymətlərlə bitirib və universitetə qəbul olub Səməd Hüseyn oğlu Şahverdiyev - 1962-ci il oktyabırın 15-də qədim Qarayazıda (indiki Gürcüstanın Qardabani şəhərində) anadan olmuş, 1970-ci ildə 3 saylı Qardabani məktəbinə getmiş, 1981-ci ildə 10 saylı texniki-peşə məktəbini bitirmişdir. O, Məktəbin komsomol komitəsi katibinin müavini olmuş, 1981-1983-cü illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan Respublikasında hərbi xidmər keçmiş, Vzvod komandirinin müavini, batalyon komsomol komitəsi katibinin müavini olmuş, kommunist partiyası sıralarına qəbul edilmişdir.

Səməd Şahverdiyev keçmiş SSRİ-nin "Hərbi xidmətlərə görə" medalı ilə, Əfqanıstanın “İgidliyə görə” medalı ilə, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Döş nişanı ilə təltif olunmuş, adı qızıl hərflərlə SSRİ Komsomolu Mərkəzi Komitəsinin Şərəf jurnalına yazılmış, təhsil aldığı məktəbə xidmət etdiyi alay rəhbərliyi tərəfindən minnətdarlıq məktubu göndərilmişdir.
O, 1983-1987-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində ali təhsil almış, İnstitutu qırmızı "Fərqlənmə diplomu" ilə bitirmiş, oxuduğu müddətdə İnstitut Elmi Şurasına seçilən iki tələbədən biri, fakultənin komsomol komitəsinin katibi, institut partiya komitəsinin üzvü və Gürcüstanda ilk dəfə Əfqanıstan Veteranlar Birliyinin yaradıcısı olmuşdur. Adı komsomolun 33-cü qurultayında yüksək tribunadan çəkilmiş, SSRİ Kommunist Partiyasının 27-ci qurultayının ən gənc nümayəndəsi, Tbilisi şəhərinin deputatı olmuşdur. Respublika və mərkəzi qəzetlərdə onun haqqında dəfələrlə geniş məqalələr yazılmışdır.
1989-cu ildə Qardabani komsomol komitəsində, sonralar rayon kinolaşdırma idarəsinin direktoru və başqa vəzifələrdə çalışmış, daha bir neçə medalla təltif olunmuşdur.
Səməd Şahverdiyev hazırda Moskvada yaşayıb işləsə də, doğma Ata yurdunu unutmur, tez-tez Qarayazıya baş çəkir, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda böyümələri və yüksək səviyyədə təhsil almaları üçün əlindən gələni əsirgəmir.

Biz də Redaksiya Heyətimiz adından həm dəyərli soydaşımız Səməd Şahverdiyevi, həm də nəvəsi Mədinə Mustafayevanı ürəkdən təbrik edirik və onlara yeni-yeni uğurlar arzulayırıq!..

Əminik ki, Mədinə Mustafayeva gələcək təhsil və karyera yolunda qazandığı yeni-yeni nailiyyətləri ilə həm babası Səməd Şahverdiyevi, həm də bizləri sevindirəcək!..


MÜŞFİQ BORÇALI,
SEVDA AYXAN,

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
NƏRİMAN QURBANOV (1937-2024)

NƏRİMAN QURBANOV (1937-2024)

Qarayazı, TDPİ-nin Azərbaycan bölməsi, Nekroloqlar
SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA

SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA

Başkeçid
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

Filologiya üzrə fəlsəfə doktoru Zəminə Mustafayeva (1955)

"XXI əsrin Ziyalıları", Başkeçid
Sabir İSAYEV (1919-1997)

Sabir İSAYEV (1919-1997)

Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
ZÜLMƏT QARANLIĞIN PARLAQ ULDUZU VƏ YAXUD HƏRBİ ANDA SADİQ ƏSGƏR - SƏMƏD ŞAH ...

ZÜLMƏT QARANLIĞIN PARLAQ ULDUZU VƏ YAXUD HƏRBİ ANDA SADİQ ƏSGƏR - SƏMƏD ŞAH ...

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı
Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Həsən Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Əsas xəbər, "XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xid ...

Dəyərli eloğlumuz Gömrük polkovniki Səməd Qaralov 3-cü dərəcəli “Vətənə xid ...

Başkeçid, Təbriklər
Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

Məhəmməd İsa oğlu Səfərov (1896-1972)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ

GAMİ-nin İDARƏ HEYƏTİNİN ÜZVÜ

Qarayazı
YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

Qarayazı, Təbriklər
Əslən Qarayazıdan olan soydaşımız FƏRHAD SƏMƏDOV Rusiyada Baş nazirin müavi ...

Əslən Qarayazıdan olan soydaşımız FƏRHAD SƏMƏDOV Rusiyada Baş nazirin müavi ...

Qarayazı, Təbriklər, Rusiya, Diaspora
TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

BMU, Təbriklər
Bəkir DƏMİRÇƏLOV (1952)

Bəkir DƏMİRÇƏLOV (1952)

"XXI əsrin Ziyalıları", Borçalı
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
MAHMUD QURBAN OĞLU   QƏLƏNDƏROV

MAHMUD QURBAN OĞLU QƏLƏNDƏROV

"XXI əsrin Ziyalıları", Başkeçid
Ümummilli lider

Ümummilli lider

Prezident
Rəy yazın: