Gənc Şərqşünas və ictimai fəal – SEVİNC ABDULLAYEVAnın Uğur Yolu BDU, Gənclik 15 июня 2026 135 0 1 2 3 4 5 Hər bir insanın həyat yolu onun zəhməti, əzmkarlığı və qarşısına qoyduğu məqsədlərlə formalaşır. Gənc yaşlarından elmə, təhsilə və şəxsi inkişafına böyük önəm verən Sevinc Anar qızı Abdullayeva da bu gün əldə etdiyi uğurlarla seçilən ziyalı gənclərimizdən biridir.Sevinc Abdullayeva 05 noyabr 2004-cü ildə ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlıq illəri ailəsinin yaşadığı qonşu Rusiya Federasiyasında keçmişdir. İlk təhsilinə də məhz orada başlamış, birinci sinfə Rusiyada qədəm qoymuşdur. Sonralar ailəsinin Azərbaycana qayıtması ilə təhsil həyatını doğma vətənində davam etdirmişdir.Azərbaycana köçdükdən sonra orta təhsilini Bakı şəhərində yerləşən 14 nömrəli tam orta məktəbdə almışdır. Məktəb illərindən etibarən elmə və xarici dillərə xüsusi maraq göstərən Sevinc müəllimlərinin və sinif yoldaşlarının rəğbətini qazanmış, müxtəlif məktəbdaxili və ictimai tədbirlərdə fəallığı ilə seçilmişdir. O, məktəb həyatında yalnız dərsləri ilə deyil, həm də mədəni-kütləvi tədbirlərdə iştirak etməsi, səhnə mədəniyyəti və nitq qabiliyyəti ilə diqqət çəkmişdir. 2022-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olan Sevinc Abdullayeva ali təhsil illərində də öz fəallığını davam etdirmişdir. 2022–2026-cı illər ərzində universitetdə aldığı təhsil ona Şərq xalqlarının tarixi, mədəniyyəti və dilləri haqqında geniş biliklər qazandırmışdır. Xüsusilə də, ərəb dilinə olan marağı və bu sahədəki bacarığı onun universitet həyatında yaxşı mənada fərqlənməsinə səbəb olmuşdur.Təhsil aldığı müddətdə keçirilən elmi, mədəni və ictimai tədbirlərdə müntəzəm iştirak edən Sevinc Abdullayeva ərəb dilində çıxışlar etmiş, müxtəlif tədbirlərdə şeirlər səsləndirmiş və auditoriya qarşısında sərbəst nitqi ilə seçilmiş və dəflərlə mükafatlara layiq görülmüşdür. Onun ərəb dilində etdiyi çıxışlar iştirakçılar və təşkilatçılar tərəfindən maraqla qarşılanmış, gənc şərqşünas kimi bacarığı yüksək qiymətləndirilmişdir. İctimai fəaliyyətə böyük önəm verən Sevinc Abdullayeva könüllü olaraq bir çox layihə və tədbirlərdə yaxından iştirak etmiş, dəfələrlə Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunmuşdur. Bu fəaliyyətlər onun təşkilatçılıq qabiliyyətinin, ünsiyyət bacarığının və liderlik keyfiyyətlərinin inkişafına mühüm töhfə vermişdir. Gənc yaşlarından cəmiyyətə faydalı olmağa çalışan Sevinc müxtəlif sosial və mədəni layihələrdə yaxından iştirak edərək ətrafında nümunəvi bir gənc obrazı formalaşdırmışdır. Onun uğurlu fəaliyyətinin mühüm mərhələlərindən biri də Misir Ərəb Respublikasının Azərbaycandakı Mədəniyyət Mərkəzi və Səfirliyi ilə bağlı olmuşdur. Sevinc Abdullayeva burada praktika keçərək həm nəzəri biliklərini təkmilləşdirmiş, həm də diplomatik və mədəni fəaliyyət sahəsində təcrübə qazanmışdır. Praktika dövründə keçirilən tədbirlərdə fəal iştirak etmiş, ərəb dilində yüksək səviyyəli və qüsursuz çıxışları ilə diqqət çəkmişdir. Nümunəvi fəaliyyəti, məsuliyyətli yanaşması və uğurlu təqdimatlarına görə müxtəlif sertifikatlarla təltif edilmişdir. Əldə etdiyi bu nailiyyətlər onun gələcək peşəkar fəaliyyətində mühüm rol oynayacaq dəyərli təcrübə hesab olunur. Bu gün Sevinc Abdullayeva həm savadlı bir gənc mütəxəssis, həm də ailə dəyərlərinə bağlı bir xanım kimi həyatını davam etdirir. O, ailəlidir və bir qız övladın anasıdır. Sevinc Abdullayeva ali təhsilini uğurla başa vurmaqla yanaşı, ailə məsuliyyətini də yüksək səviyyədə dərk edir, analıq vəzifəsini layiqincə yerinə yetirərək adət-ənələrimizi şərəflə yaşadır, ləyaqətlə davam etdirir, bir sözlə, gənc Azərbaycan qadınının ən gözəl nümunələrindən birini nümayiş etdirir. Nənəsi Məryəm xanım da Sevincin uğurlarını gördükcə çox sevinir və onunla qürur duyur... İnanırıq ki, qazandığı bilik, təcrübə və həyat enerjisi Sevinc Abdullayevanın gələcək fəaliyyətində yeni-yeni uğurlara yollar açacaqdır. Elmə, təhsilə və öz üzərində çalışmağa olan sevgisi onun qarşısında geniş üfüqlər açır. Ona gələcək həyatında, peşə fəaliyyətində və ailə səadətində yeni-yeni nailiyyətlər, möhkəm cansağlığı və bol-bol uğurlar arzulayırıq.Uğur yolunuz daim açıq və işıqlı olsun, Sevinc Abdullayeva!Raziyə KamilqızıAYB və AJB-nin üzvü,"ZƏFƏR" İnformasiya Mərkəzinin vəzefer.info.az saytının redaktoru15.06.2026ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.