NAZİR ZİYADOVun ŞEİRLƏRİNDƏN NÜMUNƏLƏR Ədəbiyyat » Poeziya 16 июня 2026 42 100 1 2 3 4 5 VƏTƏNDİR Dünyada mənimçün ən müqəddəs yer Qibləgahim və and yerim Vətəndir! Torpağıdır hər dərdimin dərmanı Müqəddəs ocağım pirim Vətəndir! Dünyaya sığmayan şanim şöhrətim Qəlbimin təpəri gücüm qüvvətim Tükənməz sərvətim varım dövlətim Ləlim cəvahirim zərim Vətəndir. Məni cəzb eyləməz qurbətin varı Yesəmdə vətəndə hər gün suxarı Odur bu könlümün sevgili yarı Vüqarım şərəfim fəxrim Vətəndir. Bir an tərk etməyib məni doğrusu Vətənimi bütöv görmək arzusu Qaçıb gözlərimin şirin yuxusu Gecə-gunduz dərdim-sərim Vətəndir!.. DÜNYANI NEYNİRƏM SƏNDƏ ÖLƏCƏM Hələ yaşayıram narahat olma Nə vaxtki sən ölsən məndə öləcəm. Mən ömrüm sənin ömrün deməkdir Mən səninlə eyni gündə öləcəm. Soruşmursan sənsiz halım necədir Sənsiz ömrüm zülmət dolu gecədir Evim səni ilk gördüyüm küçədir Mən həmin küçədə tində öləcəm. Qəlbinin küncündə mənə qəbir qaz Axıt göz yaşını ora sən bir az Baş daşımda nə yazırsan özün yaz Dünyanı neynirəm səndə öləcəm. MƏHƏBBƏT Ömrüm bir gözəli sevməkdə keçdi Ağlımı başımdan aldı məhəbbət. O məni sevmədi başqasın seçdi Məni daşdan daşa çaldı məhəbbət. Saldı saçlarıma cavankən dəni Tökübdur üstümə dumanı çəni Yandırıb kül etdi sonrada məni Məcnun tək çöllərə saldı məhəbbət. Məhəbbət sözünün özü gözəlmis Təpədən dırnağa qəmmis kədərmis İçdim eşq badəsin acı zəhərmis Mən elə bilirdim baldı məhəbbət. Nə insaf varıymış nə mürvət onda Çoxları can verdi onun yolunda Sənə rəhm etmədi Nazir sonunda Gözündə yaş olub qaldı məhəbbət. ANA Baxanda bağrımın başı odlanir Qırışib əlləri üzü anamın Zalım zaman artıq öz işin görüb İynəni saplamir gözü anamın. O bir şam tək yolumuzda əriyib Xəstələnsək üzün kədər bürüyüb Həzin laylasiyla qana yeriyib Şəkərdi sərbətdi sözü anamın. Çay süzür baxıram əsir əlləri Ağappaq ağarıb qara telləri Taqətdən salıbdır ömrün illəri Daha gücdən düşüb dizi anamın. Bilmirəm hardan bu qədər güc alıb Əməliylə el içində ucalıb Böyüdə-boyudə bizi qocalib Düşməyib yadına özü anamın. YAXŞIDIR Şah olunca nadanlar ölkəsində Bir qanana nökər olsan yaxşıdır. Namərd üçün tər töküb isləyincə Ömrü boyu bekar olsan yaxşıdır.Dar gündə nakəsdən umma sən kömək Bu dünyanın qəm sələsin özün çək Dərini soysalarda Nəsimi tək Haqsızlığa sipər olsan yaxşıdır. Tamahın etməsin sənə ağalıq Kiməsə irisib etmə yaltaqlıq Yurd salmasın ürəyində paxıllıq Dost təsubun çəkər olsan yaxşıdır. Nazirəm sözümü başa düş anla Öyünmə heç zaman dövlət varinla Halal ömür sürüb təmiz vicdanla Bu dünyadan köçər olsan yaxşıdır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.