MİSİR MƏRDANOV: “MƏTBUATIMIZA NUR SAÇAN İMZA: NIZAMİ CƏFƏROV!..” Humanitar elmlər, BDU, Təbriklər 22 сентября 2026 70 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Əziz dostlar, sentyabrın 21-i görkəmli alim, ictimai-siyasi xadim, akademik Nizami Cəfərovun doğum günüdür. Onunla bağlı hazırladığım kiçik yazını Sizə təqdim edirəm.Mən onun imzasını özündən qabaq tanımışam. Təhsil nazirliyində şöbə müdiri işlədiyim vaxtlar, sonrakı illərə nisbətən qəzetləri, jurnalları çox oxumaq imkanım olan dövrlər idi. Xeyli fərqli, yüksək intellektdən, parlaq istedaddan xəbər verən yazıların müəllifini soruşmuşdum, demişdilər, universiteti bitirib, cavan bir oğlandır, adı da Nizami.Sonralar taleyim elə gətirdi ki, mən onunla bir kollektivdə işləməli oldum. O parlaq təfəkkür, yüksək intellekt, dərin zəka bütün məqamlarda hiss olunurdu. Mən Bakı Dövlət Universitetinin rəhbərliyində təmsil olunduğum zamanlarda Nizami Cəfərov BDU-nun Filologiya fakültəsinin dekanı idi. Zəngin tarixi ənənələri, həm də özünəməxsus daxili ixtilafları olan bu fakültədə gənc Nizami Cəfərov yeni mizan-tərəzi yaratmağa nail olmuşdu. Daxilən o qədər zəngin idi ki, söz-söhbətləri, intriqaları, dedi-qoduları çox xırda məsələ hesab edirdi, səmimiyyəti ilə, demokratlığı ilə hər şeyi bağışlayaraq öz hərəkətləri ilə (sözləri ilə yox ha!!!) hamını dostluğa, qardaşlığa dəvət edirdi. Bu təbii yanaşma isə öz nəticələrini verdi-qısa müddətdə ən böyük “intriqaların yuvası” olan Filologiya fakültəsində sağlam bir mühit yarandı-tələbədən akademikə qədər hamı bir-birini görəndə gülümsəməyə, xoş söz deməyə başladı. Çox gənc Nizami Cəfərov fakültənin ağsaqqalına çevrildi -indiyədək adının yanında “müəllim” deməyi özünə sığışdırmayanlar da gördülər ki, bu adama “Nizami müəllim” deməmək olmur. Az qala özünün yaşıdı olan tələbələr onun zəkasına (həm də səmimiyyətinə), intellektinə (həm də xeyirxahlığına), ağır yerişinə (həm də müsbət aurasına), parlaq diksiyasına (həm də mülayim xarakterinə) heyran olaraq bu insanı ata kimi, qardaş, dost kimi sevməyə başladılar. Tələbənin dostu olmaq ilk baxışda asan olsa da, onunla dostluğu qoruyub saxlamaq çox mürəkkəbdir, uşaq şıltaqlıqları, ərkyanalıq, bəzən özünü kiməsə göstərmək zərurəti çıxılmaz məqamlar yaradırdı-ancaq Nizami müəllim bunların hamısını təbii üsullarla həll edə bilirdi. Dekanlıq mərhələsi göstərdi ki, Nizami Cəfərov çox böyük potensiala malikdir, bu dövr onunçün güclü bir ağırlıqqaldıranın məşq otağında kiçik qantellərlə oynamağına bənzəyirdi.Həyat sübut etdi ki, həqiqətən belədir. Sonralar Milli Məclisin deputatı, parlamentin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın həqiqi üzvü oldu, Azərbaycanı bütün dünyada çox ləyaqətlə təmsil edən ictimai-siyasi xadimə, Türk dünyasının çox önəmli və görkəmli alimlərindən (xocalarından) birinə çevrildi, yüksək titullara layiq görüldü. Maraqlı budur ki, bütün dünyada məşhurlaşmış, hava limanlarında (xüsusən Türk dövlətlərində) böyük dəbdəbə ilə qarşılanan, bu şəxsiyyət əvvəlki Nizami Cəfərov zirvəsində qalır. Bu gün də fəhlədən nazirədək, tələbədən akademikədək hamıya ehtiramla, diqqətlə, qayğı ilə yanaşır, insanları vəzifəsinə, rütbəsinə, nüfuzuna görə bölmür, müstəsna hallar olmasa, boğazına qalstuk bağlayıb özünü dartmır, həmişə sadə, səmimi, mehriban oğlan (həm də görkəmli şəxsiyyət) təəssüratı yaradır. Ancaq milli mənafelərə, dövlət maraqlarına toxunan bir şərəfsizə rast gələndə aslan kimi nərə çəkən, ağzından od püskürən bu qeyrətli Azərbaycan oğlunun dərin zəkası ilə parlaq istedadının qovşağında çağlayan ahəngdar nitqinin gözəlliyində dəmir məntiqin, güclü hafizənin şahidi olub məəttəl qalırsan. Bu sakit, təmkinli, üzündən nur yağan insanda nə qədər böyük vətəndaşlıq varsa, bir o qədər də güclü potensial gizlənir. Dəfələrlə şahidi olmuşam, camaatın ensiklopediyalara, internetə müraciət etməyə məcbur olduğu anlarda Nizami Cəfərov həmən sualların cavabını bədahətən deyib, faktlarla, tarixi adlarla, rəqəmlərlə, gününə, ayına, saatına kimi dəqiqliklə deyib.Sonradan kitablara baxıb bu adamın az da yanılmadığını görüb heyrət ediblər.İndi də boş vaxtlarımda kitab, qəzet oxumağa, saytları səhifələməyə zaman ayıra bilirəm. Üstündən 35 ilə yaxın vaxt keçsə də, yenə də digər müəlliflərdən fərqlənən, bir addım öndə olan, ideoloji, elmi, siyasi, ictimai ideya mənbəyi kimi mətbuatımıza nur saçan bir imza var: Nizami Cəfərov! Allah qorusun!!!MİSİR MƏRDANOV,Bakı Dövlət Universitetinin Mexanika Riyaziyyat fakultəsinin "Ali riyaziyyat və riyaziyyatın tədrisi" kafedrasının müdiri,Azərbaycanın sabiq Təhsil naziri,BDU-nun sabiq rektoru,AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun sabiq direktoru,Əməkdar elm xadimi,AMEA-nın müxbir üzvü,fizika-riyaziyyat elmləri doktoru, professorREDAKSİYADAN:Biz də Redaksiya Heyətimiz adındanxalqımızın dəyərli ziyalısı,görkəmli türkoloq, tanınmış alim və ictimai xadim,Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, AAK-ın Rəyasət Heyətinin üzvü, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü,çox hörmətli akademik Nizami Cəfərovudoğum günü münasibətilə ürəkdən təbrik edir,ona uzun ömür, möhkəm cansağlığı,şəxsi həyatında, eləcə də,şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətindəyeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,Azərbaycan Texniki Universiteti“Ziya” qəzetinin baş redaktoru,AYB-nin və AJB-nin üzvü,Filologiya üzrə fəlsəfə doktoru,"Abdulla Şaiq", "Nəriman Nərimanov","Qızıl qələm", Zirvə" və "Zəfər"mükafatları laureatı,Prezident təqaüdçüsüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.