Şair qəlbli Şəfqət bacısı - ƏSLİ İLYASQIZI Poeziya, Darvaz 20 октября 2026 397 100 1 2 3 4 5 Haqqında söhbət açmaq istədiyimiz şair qəlbli Şəfqət bacısı - Əliyeva Əsli İlyas qızı - 1954-cü il aprelin 7-də qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində anadan olmuşdur. 1961-ci ildə Darvaz kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1971-ci ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Məktəbinə daxil olmuş, 1975-ci ildə oranı bitirmişdir. Həmin il oktyabrın 1-də Bakı şəhəri 6 nömrəli uşaq xəstəxanasında əmək fəaliyyətinə başlamışdır. Palata tibb bacısı və Baş tibb bacısı vəzifələrində çalışmışdır. 1985-ci ildən etibarən Akademik M.A. Topçubaşov adına Eksperimental Cərrahiyyə İnstitutunda əməliyyat tibb bacısı kimi əmək fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə dəfələrlə Səhiyyə Nazirliyinin təşkil etdiyi kurslarda fəal iştirak etmişdir. Daha sonra əməliyyat blokunda Baş tibb bacısı, daha sonra isə Anestezist tibb bacısı kimi fəa-liyyət göstərmişdir. 2016-cı ildə Sertifikasiya imtahanını müvəffəqiyyətlə verərək Sertifikasiya Şəhadətnaməsi almışdır.Əsli xanım həm də gözəl ana və mehriban nənədir. Ömür-gün yoldaşı Adil Ömərovla birlikdə iki ləyaqətli övlad böyüdüb boya-başa çatdırmışdır. Böyük oğlu Şahin Ömərov - Tümen Dövlət Universitetini bitirib. Hazırda Tümen şəhərində yaşayır. Bizneslə məşquldur.Kiçik oğlu Yaşar Ömərov - BDU-nu bitirib, biologiya üzrə fəlsəfə doktorudur, uzun müddət Elm və təhsil Nazirliyinin aparatında məsul vəzifələrdə çalışıb. Hazırda Azərbaycan Texnologiya Unuversitetinin rektorudur.Əsli İlyasqızı həm də poeziya vurğunudur. Boş vaxtlarında özü də şeirlər yazır.Şeirləri müxtəlif mətbuat orqanlarında və bir sıra ədəbi məcmuələrdə, həmçinin, internet saytlarında dərc olunub. Oxucular tərəfindən böyük maraqla qarşılanıb. Biz də Əsli xanıma uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və onun bir neçə şeirini aşağıda dəyərli oxucularımıza təqdim edirik.MÜŞFİQ BORÇALI,ZiM.AzANA VƏTƏNİMƏzəməti, vüqarı o dağlardan almısan,Saflığı büllur kimi bulaqlardan almısan.Sən bizə unudulmaz babalardan qalmısan,Uca dağlar keşikçin, sən dağlar balasısan.Neçə ərlər, ərənlər səndən ilham alıbdır,Neçə iğid atının Dağda izi qalıbdır,Adınla şöhrət tapıb, adınla ucalıbdır,İgidlər əfsanəsi, alınmaz qalasısan.İlk addımı həyatda bu torpaqda atmışam,Təmiz hava-suyunla boya-başa çatmışam,Olub ki, yorulanda göy ot üstə yatmışam,Xatirimdə hər zaman bax belə qalasısan.Uşaqlığım, gəncliyim qoynunda keçib sənin,Hər an sənlə döyünür qəlbim, ana vətənim,Çəmənin, çölün, dağın oylağım olub mənim,Sən könlümün füsunkar, sehirli, qalasısan.Laylasına yatdığım əziz anam, nənəm də,Atam, qardaşım Rizvan uyuyurlar sinəndə,Onlar qədər əzizsən, mənə doğmasan sən də,Səni sevənlər ilə firavan olasısan!22 iyul 2026.DARVAZIMGözəldir hər fəslin gözəl DarvazımHeyrandır hüsnünə hər oğlun, qızın.Sənə qovuşmaqdır ən böyük arzum,Doymaram hüsnündən bir an Darvazım.Vuruldum quşların xoş nəğməsinəBillur bulaqların zümzüməsinəİsindim günəşin xoş istisinəQoyma həsrətindən yanam Darvazım.Meşələrin ətrafında bir orduEllər dağlarında binələr qurduUnutmaq olarmı bu cənnət yurduMənim yaşıl başlı sonam Darvazım.1 iyun 2026 QOŞA ARMUDQəlbi dağlar sıralanıb yan-yanaGözəlliyi fərəh verir insana.Bulaq suyu, saf havası dağlarınSağlam edir bu kəndin insanların."Qoşa armud" kəndə bir yaraşıqdırƏzəl gündən könlüm ona aşiqdir.Gül, çiçəklər bürüyübdür zirvəniHeyran edir bura gəlib, gedəni.Zirvəsindən lay-lay buludlar keçərBurda güllər buludlardan su içər.Qoşa ağac zirvəni bəzəyirdiKeşik çəkən əsgərə bənzəyirdi.Nadanlar kəsdilər Qoşa armuduLakin yaddan çıxmaz onların adı.Dağa "Qoşa armud" deyirlər yenəGözəllik bəxş edir onu görənə."Böyük qaya" gücün ondan alıbdırYerdən baxan başdan papaq salıbdır.Zirvədən baxanda qaya dibinəİnsanı bürüyür qorxu, vahimə.Qucağında "Daşdəmirin bulağı"Suyu sərinlədir gələn qonağı.Bir yanında "Mehdiqıran" meşəsiƏtirlidir nərgizi, bənövşəsi.Bol bərəkətlidir bu gözəl diyarÇöllərində qoyun, Quzu otlayar.Xoşbəxtdir bu yerin oğulu, qızıBu yerlər dağlara səsləyir bizi.23 avqust 2026 YAMAN KÖVRƏK OLMUŞUQBACIM GÜLŞƏNİN ƏZİZ XATİRƏSİNƏFələk səni vaxtsız aldı, apardı,Qaysaqlanan yaramızı qopardı.Bu nə müşkül, bu nə acı, məlaldı,Həsrət qoydu güllü - Gülşən üzünə.Ayrı saldı bizi aylar həm illər,Bir-bir otüşdükcə günlər, fəsillər,Sızıldayır sənsiz qalan könüllər,Həsrət qaldıq bircə şirin sözünə.Ayrılıqdan saralıban solmuşuq,Qara bulud kimi elə dolmuşuq,Sən gedəli yaman kövrək olmuşuq,Kədərlə baxmaqdan yola, izinə.25 fevral 2025 QUYUBULAQQuyu bulaq, Quyu bulaq Salamım var qucaq-qucaq. Yada düşür ötən illər Şirin, əziz xatirələr. Hər tərəfin meşə, orman Suyundur xəstəyə dərman. Bir yanında binə qurar Yayı qoynunda qalarlar. Çiçəklidir çəmənləri Heyran edir gələnləri. Hər günün toy - büsatlıdır Xoş arzu, xoş muradlıdır. Bura gəlir bəy - gəlin də And içməyə xoş günündə. Çalın oynasın bəy - gəlin Yallı gedək biz də gəlin! Quyu bulaq, Quyu bulaq Səsinə asdıqca qulaq Su səsi, quş cəh-cəhəsi Bir təbiət möcüzəsi. Xatırladıqca mən hərdən Ürəyimdə yurd salır qəm. Gör kimlər yox aramızda Seyrəkləşir sıramız da. 22 dekabr 2025. ƏSLİ İLYASQIZI ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.