AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb

AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb Azərbaycan Texniki Universiteti (AzTU) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında anlaşma memorandumunun imzalanmasına həsr olunan tədbir keçirilib.

NDU-nun rektoru Elbrus İsayev universitetin son illərdə elm, təhsil və beynəlxalq əməkdaşlıq sahələrində əldə etdiyi nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib. Bildirib ki, AzTU ilə əməkdaşlıq çərçivəsində kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və rəqəmsal dayanıqlılıq sahələrində birgə tədris, elmi-tədqiqat və innovasiya layihələri həyata keçiriləcək.

Rektor qeyd edib ki, təhlükəsizlik əməliyyat mərkəzləri, təhlükə kəşfiyyatı, bulud təhlükəsizliyi, süni intellektin təhlükəsizliyi və məlumatların qorunması istiqamətlərində də tərəflər arasında əməkdaşlıq nəzərdə tutulur.

AzTU-nun rektoru Vilayət Vəliyev isə qeyd edib ki, əməkdaşlığa əsasən süni intellekt, maşın və dərin öyrənmə, generativ süni intellekt, agent əsaslı sistemlər, qərar dəstəyi sistemləri və məsuliyyətli AI (süni intellekt) sahələrində birgə tədqiqat və tədris fəaliyyətləri təşkil olunacaq. Eyni zamanda, doktorantların elmi fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə elmi rəhbərlik, dissertasiya tədqiqatları, seminarlar və mentorluq proqramları reallaşdırılacaq.

Qeyd olunub ki, universitetlər Türk Dövlətləri Təşkilatı, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər donor qurumların maliyyələşdirdiyi beynəlxalq və regional qrant proqramlarında birgə iştirak imkanlarını da araşdıracaqlar.

Daha sonra AzTU ilə NDU arasında anlaşma memorandumu imzalanıb.

Memorandum əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və innovativ layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Sənəddə beynəlxalq və milli qrant proqramları çərçivəsində birgə layihələrin hazırlanması, məqalələrin birgə nəşri, energetika, telekommunikasiya, süni intellekt, böyük verilənlər və kibertəhlükəsizlik istiqamətlərində birgə laboratoriyaların və innovasiya mərkəzlərinin yaradılması imkanları da əksini tapıb.

Tərəflər həmçinin elmi konfransların, simpoziumların, qısamüddətli kursların təşkili, ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris təcrübələrinin paylaşılması və elmi-metodik nəşrlərin mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

AzTU, Turan
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
Qazi Universitetinin professoru AzTU-da seminar keçib

Qazi Universitetinin professoru AzTU-da seminar keçib

AzTU, Turan
AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU, Turan
Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başla ...

Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başla ...

AzTU, Turan
AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

Gəncə, Digər ali məktəblər
AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Microsoft Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Texniki Universiteti arasında əmək ...

AzTU
MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

MDB PAA DİMBİ Bakı filialı ilə AMEA Hüquq və İnsan Haqları İnstitutu arasın ...

Milli Məclis, İctimai elmlər
AzTU ilə Selçuk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU ilə Selçuk Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

AzTU
AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı

AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı

AzTU
AzTU ilə “İdrak Texnoloji Transfer

AzTU ilə “İdrak Texnoloji Transfer" MMC arasında əməkdaşlıq memorandumu im ...

AzTU
AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

AMEA və “AzerGold ” QSC ARASINDA MEMORANDUM İMZALANIB

"Zirvə"
AzTU ilə Şimali Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi  ...

AzTU ilə Şimali Qafqaz Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi ...

AzTU, Rusiya
AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzala ...

AzTU və Ulyanovsk Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzala ...

AzTU
Rəy yazın: