Müşfiq Borçalı "AMEA-nın Döş nişanı" ilə təltif olunub Humanitar elmlər, AzTU, "Zirvə", Gürcüstan, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı 22 июля 2026 346 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..2026-cı il iyulun 22-dəAzərbaycan Milli Elmlər Akademiyasının(AMEA-nın)Rəyasət HeyətindəAzərbaycan milli mətbuatının yaranmasının151-ci ildönümünəhəsr olunmuştədbir keçirilib.Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.Akademik İsa Həbibbəyli Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib.AMEA rəhbəri qeyd edib ki, milli mətbuat Azərbaycan dilinin saflığının qorunması, xalqın milli-mənəvi dəyərlərinin yaşadılması, ictimai fikrin formalaşdırılması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı tarixi qərarının ölkədə azad mətbuatın və demokratik mühitin inkişafına güclü təkan verdiyini söyləyib.Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət dəstəyi və diqqətin ardıcıl şəkildə davam etdirildiyini bildirib, bu baxımdan Şuşada keçirilən IV Qlobal Media Forumunun əhəmiyyətini xüsusi qeyd edib. O, həmçinin Akademiyada və ali təhsil müəssisələrində fəaliyyət göstərən çoxsaylı elmi jurnalların elmi fikrin, maarifçiliyin və elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynadığını deyib. Vurğulayıb ki, müstəqillik illərində elmi, dövlət, maarifçi, uşaq və digər ixtisaslaşmış media orqanlarının formalaşması ölkəmizdə mətbuatın inkişaf etdiyini və demokratik cəmiyyət quruculuğunun mühüm göstəricilərindən biri olduğunu təsdiqləyir.Akademik İsa Həbibbəyli bu gün milli mətbuatın elmin təbliğinə, cəmiyyətin maariflənməsinə və Azərbaycanın inkişafının işıqlandırılmasına mühüm töhfələr verməkdə olduğunu diqqətə çatdırıb.Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu , “525-ci qəzet”in baş redaktorunun müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev çıxış edərək müasir dövrdə medianın qarşısında duran vəzifələrdən, peşəkar jurnalistikanın inkişafının, eləcə də elm və media əməkdaşlığının əhəmiyyətindən danışıblar, milli mətbuat ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulayıblar.Daha sonra AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov çıxış edib. o, Azərbaycan milli mətbuatının 151 illik zəngin ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib.Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb.Mükafatlandırılanar arasında dəyərli həmkarımız - AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və “Turan.İnfo.Az” saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, 997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildən PREZİDENT TƏQAÜDÇÜSÜ, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan çox hörmətli MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) da olmuşdur.O, "AMEA-nın Döş nişanı" ilə təltif olunmuşdur."AMEA-nın Döş nişanı"nı Müşfiq Borçalıya AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev təqdim etmişdir. Biz də fürsətdən istifadə edərək,Redaksiya Heyətimiz vəYaradıcı kollektivimiz adındanəziz və sevimli həmkarımız,dəyərli ziyalımız,bacarıqlı qələm dostumuzçox hörmətli Müşfiq müəllimibir dahaAzərbaycan Milli Mətbuatının151 illiyi və "AMEA-nın Döş nişanı" ilətəltif olunması münasibətiləürəkdən təbrik edirik.Ona uzun ömür,möhkəm cansağlığı,şəxsi həyatında,ədəbi-bədii yaradıcılığında,eləcə də, şərəfli elmi-pedaqoji,həmçinin, jurnalistlik vəictimai fəaliyyətindəyeni-yeni uğurlar arzulayırıq!..Böyük hörmət və ehtiramla,“Ziya”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin,“Elm”, “Ziya”, “Zirvə”, “Zəfər”, "Yurd" və"Turan" İnformasiya Mərkəzlərinin,“Ziya”, “Nur” və “Dostluq” İnformasiya Agentliklərinin,“ZiM.Az”, “ZiA.Az”, “Elm.İnfo.Az”, “Zirve.info”,“Ziya.İnfo.Az”, “Zirve.İnfo.Az”, “Zefer.İnfo.Az”, “Yurd.İnfo.Az”, “Turan.İnfo.Az”, “Nur.İnfo.Az”,“Dostluq.İnfo.Az”, “Bolnisi.Az” və“Borcali.org” saytlarınınRedaksiya Heyətləri vəYaradıcı kollektivləriZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.