TANINMIŞ ALİM-ŞAİR-NASİR-FİLOSOF və PSİXOLOQ = ZƏRƏNGİZ ŞIXLI

TANINMIŞ ALİM-ŞAİR-NASİR-FİLOSOF və PSİXOLOQ = ZƏRƏNGİZ ŞIXLI TƏBRİK EDİRİK!..

Dəyərli ziyalımız, tanınmış alim, şair, nasir, filosof və psixoıoq, texnika elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, çox hörmətli ZƏRƏNGİZ XANIM ŞIXLI bu günlərdə ZiM.AzElm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ""ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvü seçilib.


Zərəngiz Şərif qızı Şıxlı (Mirzəyeva) - 21 yanvar 1934-cü ildə Qazax rayonun İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.
1940-cı ildə Qazax şəhərindəki 1 saylı orta məktəbə daxil olmuş və 1950-ci ildə 10-cu sinfi qızıl medalla bitirmişdir. 1950-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin) Neft və Qaz Texnologiyası fakültəsinə daxil olmuş və 1955-ci ildə ali təhsilini müvəffəqiyyətlə bitirmişdir.
1956-1962-ci illərdə Bakı Yeni Neftayırma Zavodunda mühəndis-texnoloq vəzifəsində çalışmış, sexin həmkarlar ittifaq komitəsinin sədri, zavodun radio şəbəkəsində diktor, “NEFTEPERERABOTÇİK” adlı divar qəzetinin əməkdaşı, eyni zamanda, Ümumittifaq ixtiraçılar və səmərələşdiricilər Cəmiyyətinin (VOİR) və Elmi-Texniki Cəmiyyətin (NTO) üzvü və kollektiv arasında qəzetin və cəmiyyətin ən fəal təşviqatçı olmuşdur (1957-1962). Bu barədə ZPTS-nin şöbə rəisi H.Əhmədova “BİZİM FƏXRİMİZ” sərlövhəli məqalə yazmış və zavodun çoxtirajlı “Neftepererabotçik – Neftayıran” qəzetinin 8 mart 1961-ci il tarixli sayında dərc etdirmişdir.

Zərəngiz Şıxlı 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasına daxil olmuş və burada kiçik elmi işçi kimi tədqiqatçı-mühəndis-texnoloq vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1970-ci ildə dissertasiya işini uğurla müdafiə edərək Texniki elmlər namizədi alimlik dərəcəsi almış və 1992-ci ilin sonuna kimi AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda Baş Elmi işçi vəzifəsində çalışmışdır.

Zərəngiz Şıxlı həm elmi fəaliyyəti, həm də bədii yaradıcılığı ilə tanınan azərbaycanlı alim, şair, nasir, filosof və psixoloqdur.
O, həm texniki elmlər sahəsində uğurlu araşdırmalar aparmış, həm də bədii yaradıcılıqla məşğul olaraq, Psixologiya və Fəlsəfə üzrə yeni elmi ideyalar kəşf edib, aşkarlayıbdı.
Zərəngiz Şıxlı ELM fəaliyyətli həm Bədii yaradıcılıq İSTEDADA, malik olan ALİMDİR.
O, İLAHİ qanunlarına əsaslanan YENİ ELMİ BİLİKLƏRİN MÜƏLLİFİDİR.

ELMİ FƏALİYYƏTİ:
Zərəngiz Şıxlı (gənc yaşından) elmə böyük maraq göstərmiş və bu sahədə uzun müddət - 1992-ci ilin sonuna qədər tədqiqatcı-mühəndis-texnoloq vəzifəsində çalışmışdır. O, 1974-1987-ci illərdə nüfuzlu jurnallarda dərc olunmuş 12 elmi məqalənin müəllifidir. Həmin məqalələr aşağıdakı jurnallarda çap olunmuşdur:

1. Azərb. Neft Xim. Jurnal. N5-6, 1974-cü il
2. ANX, N4, 1977-ci il.
3. Voprosu nefteximii, N 9, 1977-ci il
4. ANX, N10, 1978 - ci il
5. Azerb. Xim. Jurnal N 3, 1980-cı il.
6. Azerb. Xim. Jurnal N6, 1980-cı il.
7. Azerb. Xim. Jurnal N1, 1981-ci il.
8. Voprosı nefteximii N3, 1982-ci il.
9. RJX N 17, N 19, 1985-ci il.
10. Azerb. Xim. Jurnal N 11, 1987-ci il.
11. Obzor inostrannıx patentov vıpusk 11, 1987-ci il.
12. VİNİTİ B. U. N17, 1984 – cü il.

Zərəngiz Şıxlıya həm də 1969-1988-ci illərdə 7 əsərinə görə SSRİ Müəllif hüquqları Agentliyi tərəfindən aşağıda göstərilmiş nömrələrlə Müəlliflik Şəhadətnamələri verilmişdir:
1. N 256757, 1969.
2. N 943218, 1982.
3. N 213 419, 1984.
4. N 234030, 1985.
5. N 315249, 1986.
6. N 46994, 1987.
7. N 264038, 1988.

ƏDƏBİ YARADICILIĞI:

Zərəngiz Şıxlı Elmi fəaliyyəti ilə paralel olaraq bədii yaradıcılığa geniş yer ayırmışdır. O, gənc yaşlarından həm də bədii yaradıcılıqla da məşğul olmuşdur. 12 yaşından şeir yazmağa başlamışdır. İlk şeirini sevimli riyaziyyat müəlliminə həsr etmişdir. Elə həmin illərdə ilk şeirləri məktəbin divar qəzetində, sonralar isə rayon qəzetində və respublikanın müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur.
Zərəngiz Şıxlı həmçinin maraqlı hekayələr müəllifidir. Onun dövrü mətbuatda və ədəbi saytlarda işıq üzü görən "Mehribanın sirli xatirələri", "Müxtəlif talelər – Alın yazısı" kimi hekayələri insan psixologiyasını, mənəvi dəyərləri və həyat hekayələrini bədii dillə oxucuya çatdırır.
Zərəngiz Şıxlının əsərləri janr və mövzu baxımından rəngarəngdir: Dərin mənalı, dolğun məzmunlu, ötgün və məntiqlidir.
Onun şeirləri və hekayələri çox cəhətli, müxtəlif səpgilidir: Şairin Poeziyası - fəlsəfi, intellektual, mənsur, ünvanlı, ictimai siyasiət məzmunlu şeirlərdən ibarətdir.
Şairin "Fəlsəfi mülahizələrimin təhlili" (2015)adlı kitabı müəllifin çox şaxəli (fəlsəfi) bədii düşüncələrinin poetik şəkildə təhlilinə həsr olunub.
Kitabda həmçinin müəllifin "Xatirələrim" adlı bölməsi və intellektual şeirləri yer alıb.
Şairənin ruhunun şairlik istedad xassə xüsusiyyətinin fəaliyyəti olan poeziya toplusu fəlsəfi, təsviri, məntiqli, dolğun mənalı və geniş məzmunludur. Ətraf aləmdə gördüyü qavrayıb dərk etdiyi məfhumlar əsasında rəngarəng mövzular seçməyi bacaran, Fəlsəfi gerçəkliyi, həqiqi reallığı olduğu kimi açıqlayıb poetik janrda yazan şairədir.
Zərəngiz Şıxlının yaradıcılığında (sufi və mistik ideyalar, ruhun təhlili xüsusi yer tutur. Ədəbi tənqidçilər qeyd edirlər ki, o, klassik sufi-mistik düşüncəni müasir dövrün prizmasından keçirərək fərqli və yeni bir yanaşma ilə təqdim edir. Onun əsərlərində insanın "məni" onun ruhu olaraq qəbul edilir və ruh mövzusu həm dini (İslam fəlsəfəsi), həm də dünyəvi baxımdan araşdırılır.
Fəlsəfi fikirlərini şeriyyət dili ilə deməyi bacaran şairə 9 kitab müəllifidir. Xüsusilə də, sonuncu kitabları çox nadir kitablardır, həyatın ibrət kitabı, hikmət kitabıdır. Şairənin “HAMI ÜÇÜN” adlı 9-cu kitabı Müəllifin insanın daxili dünyasının səciyyəsi olan ruhun dərk edilməsinə yönəlmiş fəlsəfi-psixoloji yanaşmalarını ehtiva edən, Psixologiya üzrə RUH, ŞÜUR və ALIN YAZISI, Fəlsəfə üzrə, DÖVRÜ, VƏHDƏD və ƏKS LİK qanunları əsasında yaradılan ideyaları və Ruhun insanı necə fəaliyyətdə yaşatma mexanizmini aşkarlayan, bütün dünya xalqları üçün analoqu olmayan, YENİ ELMİ BİLİK mənbəyi olan Dərslik vəsaiti kimi MÜTLƏQ və ZƏRURİ olan MÜHÜM ƏSƏRDİR.

Texnika sahəsində tanınmış alim olan Zərəngiz Şıxlı həm də Psixologiya elmi üzrə “Ruh”, “Şüur”, “Alın Yazısı”, Fəlsəfə elmi üzrə “Kainatın”, “Canlı Təbiətin“ və “ Canlı - Cansız” varlığın - İLAHİNİN mövcud qanunları əsasında yaranmasını aşkarlayan YENİ Elmi İDEYALARIN müəllifidir. O. elmlə sənətin sintezini yaratmağı bacaran, əsərlərində dərin fəlsəfi və psixoloji qatlara enən ziyalılarımızdandır.

PSİXOLOGİYA ELMİ ÜZRƏ:
1. RUH - Beyin hüceyrələrinin fəaliyyət məfhumu , xassə və xassə xüsusiyyətlərinin cəmidir - İLAHİNİN üfürdüyü nəfəs.
2. Şüur - Ruhun tərkibində insani xassə xüsusiyyətlərinin cəmidir: ağıl, zəka, hafizə, təfəkkür, təxəyyül, idrak və s.
3. Alın Yazısı – Tale - Qismət Ruhun xassə xüsusiyyətləridir. Xassə və xassə xüsusiyyətlərinin hamısı ruhun tərkib məfhumları Alın Yazısıdır.

FƏLSƏFƏ ELMİ ÜZRƏ:
1. “DÖVRÜ” qanun: Kainat, canlı – cansız varlıqlar aləmi ümumu məkandır.
O zamanla vəhdətdə 365 gün Günəşin ətrafında dövr edir.
Dövr tamamlanır, dinamika təkrarlanır. Hərəkətin trayektoriyası sonsuzluq yaradan dairə cızır, əbədilik alınır.
Elm sübut edir ki, Kainat, DÖVRÜ qanun əsasında yaradılan
ƏBƏDİ Varlıq dərk edilə Fəlsəfədir!
2. VƏHDƏT qanunu
CANLI HƏYAT Vəhdət qanunu əsasında yaradılıb.
Günəşin qüdrətli ata hərarəti, ana torpağın bar vermə məharəti,
Təbiəti dirildən Suyun qeyrəti,
Nəfəs verən havanın hikməti, vəhdətdə yaradır
Canlı Həyat. Günəşdir bitirən, Torpaqdır yetirən, İnci Su dirildən,
Hava nəfəs verən. Bu varlıqdan hansı biri olmasa, həyatda canlı yaşaya bilməz əsla. Beləliklə
Əyanı isbat olunur ki, Canlı Həyat, Vəhdət qanunu əsasında yaradılıb.
3. ƏKSLİK qanunu:
İLAHİ kainatda olan varlıqları canlı, cansızları, böyük, kiçik hər nə var olanları, əks yüklü bəsit maddələrdən yaradıbdır.
Canlıları yaradır, müsbət erkək, mənfi dişi toxumlar.
Cansızları (bərk, maye, qaz ) yaradır mənfi müsbət ionlar.

Zərəngiz Şıxlı Fəlsəfi gerçəkliyi, həqiqi reallığı olduğu kimi açıqlayıb poetik janrda yazmağı bacaran şairdir.
O, 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, 2018-ci ildən isə “QIZIL QƏLƏM” Media Mükafatı laureatıdır.
Zərəngiz Şıxlı 2026-cı ildən həm də ZiM.Az və Elm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvüdür.


BƏDİİ ƏSƏRLƏRİ - KİTABLAR:
1. İnsan üçün həyatın mənası nədir? Birinci cild (2004)
2. İnsan üçün həyatın mənası nədir? İkinci cild (2005)
3. Həyat fəlsəfəsi (2011)
4. Qartal Görkəmli Azərbaycan (2013)
5. Fəlsəfi mülahisələrimin təhlili (2015)
6. Düşündürən düşüncələrim (2018)
7.Fəlsəfi ideyalar poeziya çələngində (2019)
8.Ruh, Şüur və Fəlsəfə (2022),
9.“HAMI ÜÇÜN” (2024)

Zərəngiz Şıxlının elmi fəaliyyəti və bədii yaradıcılığı haqqında bir neçə dəfə müsbət rəylər, məqalələr yazılmış və respublikanın müxtəlif mətbuat orqanlarında dərc olunmuşdur. Həmin rəylərdən və məqalələrdən bir neçəsindən bəzi parçaları aşağıda sizlərə təqdim edəcəyik, qalan bir neçəsinin isə sadəcə adlarını qeyd etməklə kifayətlənirik:

1. AMEA Fəlsəfə və Sosiologiya İnstitunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor ƏLİ ABBASOV tədqiqatçı, şair, nasir, AYB- =nın üzvü Zərəngiz ŞIXLININ “Hamı üçün“ adlı kitabının əlyazmasına verdiyi RƏYdə yazır:

- "Zərəngiz Şıxlı hələ işıq üzü görməmiş “Hamı üçün“ adlı kitabının əl yazmasına rəy vermək üçün mənə təqdim etmişdir. İlk sətirlərdən bu iş məndə maraq doğurdu. Bu əsər həqiqətən bəzi yeni fəlsəfi ideyalar kəsb edir. Kitabın birinci hissəsində Psixologiya elmi üzrə Ruh, Şüur, Alın Yazısı və Fəlsəfə üzrə, Dövrü, Vəhdət, Əkslik qanunları haqqında aşkarlanan ideyalar mövzusu dərc olunub. Zərəngiz Şıxlı, müasir zamana qədər haqqında az məlumat olan varlıqları aşkarlayıb. Bəzi yeni ideyalar artaya qoyub.
“Hamı üçün“ adlanan bu kitab gənc nəsl üçün tövsiyə oluna bilər. Zərəngiz Şıxlı Ruh, Şüur, Alın Yazısı nədir və Fəlsəfə nədir suallarını özünəməxsus əsaslarda sübut edir. Bu istiqamətdə Zərəngiz Şıxlı yazır: Ruh beyin hüceyrələrinin fəaliyyət məfhumu, xassə və xassə xüsusiyyətlərinin cəmidir. Ruhun ana bətni beyin hüceyrələridir. İnsanı fəaliyyətdə yaşadan Ruhun xassə xüsusiyyətləridir. Şüur Ruhun tərkibində insana xas olan xassə və xassə xüsusiyyətlərinin cəmidir. Alın Yazısı beyin hüceyrələrinin özüdür, orada yazılır ruh xassə xüsusiyyətlərinin hamısı. Insan təfəkkürünün ideya yaradıcı fəaliyyəti ilə ruhun tərkib xassələrini, hər xassə xüsusiyyətinin fəaliyyətini və onların rolunu isbat edib. Fəlsəfədə kainat, canlı təbiət, canlı - cansız bütün olan varlığın hamısı ilahi qanunları (dövrü, vəhdət, əkslik) əsasında yaradılma ideyasının təhlilini edib.
Kitabın ikinci hissəsində ibrətamiz, hikmətli və müdrik kəlamlar, üçüncü hissədə hər tərəfli, çox cəhətli tərbiyəvi intellektual şeirlər toplusu yer tutub. Bir sözlə, deyə bilərəm ki, Zərəngiz Şıxlı psixologiya sahəsi üzrə Ruh, Şüur, Alın Yazısı məfhumlarını öyrənmiş və fəlsəfə üzrə müəyyən fikirlər irəli sürmüş, İlahi qanunlara əsaslanan yeni biliklər müəllifidir. Tədqiqatçı, ruhun xassə və xassə xüsusiyyətlərini başa düşülən şəkildə qeyd etmiş, həm də sübut etmişdir ki, fəlsəfə gözlə görünən (kainat, təbiət, canlı həyat...) və görünməyən (Ruh, Şüur, Alın yazısı...) təbii varlığı öyrənir. Təbii varlığın hər biri həqiqi gerçək reallığını dərk edilən fəlsəfədir. Varlıqlar haqqında olan biliklər nəzəri fəlsəfədə öz əksini tapmışdır.
Tədqiqatçı Zərəngiz Şıxlı bu məsələlərə aydınlıq gətirib qeyd edir ki, “Antik fəlsəfə”- qədim Yunan və qədim Roma fəlsəfəsi, istər Klassik Alman fəlsəfəsi, istərsə də onlardan sonra indiyə qədər ki fəlsəfənin daşıyıcıları və görkəmli mütəfəkkirlər tərəfindən yürüdülən müxtəlif fikirlər, mülahizələr, nəzəriyyələr, təsəvvürlər onun məntiqinə görə həqiqi gerçəkliyi tamamlamır. Ruh, Şüur, Alın Yazısı haqqında müasir zamana qədər olan məlumatlar mürəkkəb problem kimi müvafiq axtarışların aparılmasını zəruri edir.
Zərəngiz Şıxlının aşkarladığı ideyalar ilahi qanunlara əsaslanan aksioma kimi qəbul etmək olar. Müəllifin özünəməxsus formada Ruh haqqında irəli sürdüyü ideyalar, onun yaradıcılıq fəaliyyətində müvafiq qiymətini tapmalıdır. Bu kitabdakı mövzular üzrə məsələlər orta və ali təhsil müəssisələrində əlavə tədris vəsaiti kimi istifadə oluna bilər."

2. AYB üzvü, şair-dramaturq, ”Səməd Vurğun" və “Qızıl Qələm" mükafatları laureatı Hacı Zaməddin Ziyad oğlu Həmişəyev yazır:
- "Tədqiqatçı mühəndis, texnika elmləri namizədi, alim, şair, nasir, filosof Zərəngiz ŞIXLI xanım, hər tərəfli dərin biliyə, yüksək zəka və təfəkkürə malik, mövzu dairəsi geniş silsiləli, hər tərəfli, çox cəhətlidir. HƏQİQİ GERÇƏKLİYİ, olduğu kimi açıqlayıb poetik janrda yazmağı bacaran şairədir.
Onlarca kitabın ön söz müəllifi və redaktoru olmuşam, ancaq filosof şairəmiz Zərəngiz Şıxlının seçilmiş əsərlərini təşkil edən “Fəlsəfi İdeyalar Poeziya Çələngində” adlı yeddinci, həm də “RUH, ŞÜUR və Fəlsəfə“ adlı səkkizinci kitabı kimi kitab oxumamış və redaktoru olmamışam.
Şairənin ”Ruh“, “Şüur“, “Alın Yazısı“ kimi gözə görünməyən varlıqlar haqqında yaratdığı qeyri-adi ideyaları həqiqi gerçəklikdir, dərk edilən fəlsəfə, psixologiya elmi üçün dərslikdir. Şairə, Kainat, Təbiət və Canlı həyat , “Dövrü Qanun“ əsasında, Canlı və Cansız varlıqlar “Əkslik Qanun” əsasında yaranmasını sübut edən ideyaların müəllifidir. Adları çəkilən kitabdakı mövzular Ali və orta məktəb şagirdləri və tələbələr üçün tədris olunması mütləq və zəruridir!.."

3. İnsan üçün həyatın mənası nədir? “Alternativ” qəzeti, 19-25 may 2004-cü il. N (324)
4. Möhtəşəm Azərbaycanım. “Vışka” qəzeti, 25.8.2017.
5. Zaməddin Ziyadoğlu. İbrətlə dolu kitab və ya fəlsəfənin poeziyası. “Dəli Kür” qəzeti, 31.3.2018.
6. İnsanlar mətinləşir. Neftçi alim. “Vişka” qəzeti, 19.7.2019.
7. “İnsanın ağılı”. “Müstəqil Respublika” qəzeti, N 11 (227), 9.11.2019.
8. “Qartal görkəmli Azərbaycan”. Müstəqil Respublika qəzeti N 12 (228), 10 - 31 Dekabr 2019-cu il
9. Gülnar Qəmbərova. “Fəlsəfi ideyalar poeziya çələngində”. Kitabının təhlili. “Bütöv Azərbaycan” qəzeti 16 (369), 26.11.2020.
10. Ceyhun Zallı. “Fəlsəfi ideyalar poeziya cələngində”. “Kredo” qəzeti, 22.12.2020
11. Şəhid - İgid Akif eşq olsun Ruhuna. “Kredo” qəzeti, N 14, 18.11.202.
12. Əhmədli Ayna. Ənənəvi sufi-mistik düşüncə çağdaş təqdimatında. “525-ci qəzet", 21.08.2025.


Biz də Redaksiya Heyətimiz adından dəyərli ziyalımız, tanınmış alim, şair, nasir, filosof və psixoıoq, texnika elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” Media Mükafatı laureatı, ZiM.Az və Elm.İnfo.Az saytlarının, "ŞƏRQİN SƏSİ" və "ELM və TƏHSİL" qəzetlərinin Redaksiya Heyətinin üzvü, çox hörmətli Zərəngiz xanım Şıxlıya uzun ömür, möhkəm cansağlığı, bədii yaradıcılığında, elmi və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...

Müşfiq BORÇALI,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Junalistlər Birliyinin və
Turan Yazarlar Birliyinin üzvü,
"Ziya", “Şərqin səsi” və
"Elm və Təhsil" qəzetlərinin,
ZiM.Az, Ziya.info.az, Elm.info.az və
Turan.info.az saytlarının
Baş redaktoru,
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yubileyiniz mübarək, çox hörmətli professor İSA XƏLİLOV!..

Yubileyiniz mübarək, çox hörmətli professor İSA XƏLİLOV!..

AzTU, Bolus, Təbriklər
“HAMI ÜÇÜN” - YENİ ELMİ İDEYALAR MÖVZUSU

“HAMI ÜÇÜN” - YENİ ELMİ İDEYALAR MÖVZUSU

Yeni nəşrlər
Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Salidə Şərifova AYB-nin Fəxri diplomu ilə təltif olunub

Humanitar elmlər, Təbriklər
Vahid Ömərovun 70 yaşı tamam olur

Vahid Ömərovun 70 yaşı tamam olur

İctimai elmlər, Qarayazı, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏHMƏD MÜƏLLİM!..

Təbriklər
“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Afaq ŞIXLI (1969): Rübailər...

Afaq ŞIXLI (1969): Rübailər...

RÜBAİLƏR, Rusiya
Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Zərəngiz Dəmirçi Qayalının 55 illik yubileyi Neftçala şəhərində qeyd olunub

Regionlar, Təbriklər
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
Rəy yazın: