NATELLA NUR (1956) Poeziya, Təbriklər 7 июля 2026 5 100 1 2 3 4 5 İxtisasca müəllim olan, Natella Nur təxəllüslü şair - Natella Müslüm Qızı Əhmədova 1956-cı ildə Bərdə şəhərində anadan olmuşdur. 1979-cu ildə indiki Azərbaycan Dillər Universitetinin İngilis-Azərbaycan dili fakültəsini bitirmişdir. Ədəbi yaradıcılığa gənclik illərində başlamış Natella Nur "Nə gözəlsən, ay Allah", "Ruhun nəğməsi", "Sözün nuru", "Xan qızı Natəvan", "Haqqın yolu", "Allahın hədiyyəsi" adlı roman, poema və şeirlərdən ibarət altı kitabın müəllifidir.Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Yazıları davamlı olaraq ölkə mətbuatında dərc olunur. Hazırda Bakı şəhərində yaşayır. Ailəlidir, iki övladı var. Natella Nur elə bu günlərdə həm də "NUR" İnformasiya Agentliyinin - nur.info.az saytının redaktoru təyin olunub.Biz də Redaksiya Heyətimiz adından dəyərli həmkarımız, tanınmış şair-müəllim və çox hörmətli xanım Natella Nuru ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..MÜŞFİQ BORÇALI,ZiM.Az XAN QIZININ QARI İLƏ GÖRÜŞÜMay ayında, Şuşanın bir kəndində,Meşəli-bulaqlı dağ ətəyində,Dedilər: - Xan Qızı burdan keçəcək,Şuşadan Ağdama bu gün gedəcək.Qarı eşidəndə, Xan Qızı gəlir,Düşündü Allahdan "çarəsi" gəlir.Yoxsulluqdan külfət əzab çəkirdi,Əkib- biçdiyini çölə səpirdi.Yolun kənarında, arxın böyründə,Çinar kölgəsində, güllü çəməndə,Xalça sərib, yasdıqlarla bəzədi,Üzə gülən çay süfrəsi düzəltdi.O, həvəslə samovara od saldı,Yolla gedən faytonu tez saxladı:--Xoş gəlmisən, qadan alım Xan Qızı!Gəlişinlə gətirmisən sən yazı!Yol gəlmisən, yorulmusan, bəri gəl,Çinar altda məxmər çay iç, bir dincəl.Xurşudbanu gülümsədi, əl etdi,Faytondan düşərək oraya getdi.Xoş sözlərdən yorğunluğu sovuşdu,Hal- əhvalı, vəziyyəti soruşdu:Qarı dedi:-- Allahımdan razıyam,Xan sağ olsun!, qulluğunda hazıram.Kasıb qarı öz dərdini unutdu,Əydi başın, bir anlığa duruxdu.Həssas şair, dərdi gözdən oxudu,Anladı ki, ehtiyacı lap çoxdu.Xan Qızı çay içib, söhbət eylədi,Çox maraqlı, əhvalatlar söylədi.Qarı çəmənlikdən bənövşə dərdi,Onu, Xan Qızına sevinclə verd.- Qadan alım, deyirlər sən şairsən,Təbiəti, gül- çiçəyi sevirsən.Şairi məst etdi, bənövşə ətri,Səpdi qəlbindəki gözəl sözləriQarı ona heyran- beyran baxırdı,Şeirindən qəlbinə nur axırdı.Xan Qızı gedəndə, qarını öpdü,O da, arxasınca sərin su tökdü.Qayıdıb yastığı yerdən götürdü,Altında bir neçə, qızıl pul gördü.Qarının sevincdən gözləri doldu,Sanki, yoxsulluqdan o, xilas oldu.Heyran qaldı, ağlına, kamalına,Şükür dedi, yardan Allahına.3 May 2024ÇİNAR KÖLGƏSİNDƏGözəl yay səhəri Günəş çıxanda,Sevincindən nur çiləyib baxanda,Xan Qızı kəndləri gəzməyə getdi,Dəyişdi libasın, heç kəs bilmədi.Fayton yavaş-yavaş Şuşadan endi,Sərin mehlər əsdi, uğurlar dedi.O, seyr etdi zümrüd rəngli dağları,Al yanaqlı alma- armud bağları.Fayton gəlib kənd yolunda dayandı,Şair ruhu gözəlliyə boylandı.Rəngbərəng gül- çiçək ətir saçırdı,Buz bulaqlar şırıldayıb axırdı.Çinar ağacları kölgə salanda,Quşların nəğməsi könül açanda,Xan Qızı su içib, çəməndə gəzdi,Həssas şair gözü ətrafı gəzdi.İki gənc əyləşib, söhbət edirdi,Biri, qəmli- qəmli dərdin deyirdi.- "Kəndxuda" lar kəndlilərə zülm edir,Allah, bizim səsimizi eşidir?!Sözlər Xan Qızını yamanca tutdu,Dəyişdi əhvalı, ürəyi vurdu.Yaxınlaşıb bu söhbətə qoşuldu,Vəziyyəti, dərdi- səri soruşdu.- Vergilər hamını salıbdır dara,Hər kəs çabalayır, düşübdür tora.Deyirlər, bu bəla şimaldan gəlir,Çarın azarıdır, milləti əzir.- Zalımlar kəndləri çapıb- talayır,Yazıq kasıb, boşqab dibi yalayır.Dərdini deməyə adam tapılmır,Yaşamağa ümidin də heç qalmır.Üzüldü Xan Qızı, yaşardı gözü,Qurudu boğazı, saraldı üzü.Danışmaq istədi, gəlmədi sözü,Nə desin, bu gənclər söyləyir düzü.Get- gedə artırdı vergi şimaldan,Bezirdi insanlar candan, həyatdan.Xan Qızı düşünüb, yol axtarırdı,Millətin halına, o çox yanırdı.Yadına düşdü Zakirin şeiri,Qəlbindən keçirdi, gəlmişdi yeri."Qarabağda nə day qaldı, nə dana,Bu gün sabah hərə qaçar bir yana."- Kəndxuda yediyi qaymaqdı, baldı,Şah pulov üstündə kəklik, turacdı.Qızıl yığmaq üçün hey yarışırlar,Məzluma zülm edib həddin aşırlar.- Deyirlər, Xan Qızı yaxşı adamdır,Millətin dərdinə o, çox qalandır.Kaşki, bircə dəfə kəndə gələydi,Bu elin dərdini özü görəydi.Xan Qızı diqqətlə gənclərə baxdı,Şairin qəlbindən qara qan axdı.Palçığa batmışdı yalın ayaqlar,Nimdaş idi əynindəki paltarlar.Gənclər alovlanıb, xeyli danışdı,Xan Qızı qəlbində yandı- alışdı.Özünü toplayıb, təsəlli verdi,- Tək Allah kərimdir, inamla dedi.Yol boyu düşündü, qəlbi üşüdü,Saraya gələrək, tədbirlər gördü.Dəvət etdi ağsaqqalı, gəncləri,Əzab çəkən, o yoxsul kəndliləri.Gənclər Xan Qızını görüb çaşdılar,O günkü xanıma çox oxşatdılar.Məsələnin səbəbini bildilər,Sevinib Allaha şükür dedilər.- Danış dedi: o həminki gənclərə,Nəzər saldı, harınlamış bəylərə.Ağsaqqallar müdrik fikir söylədi,Haqq sözünü hər kəs təsdiq eylədi.Xan Qızı öz qəti qərarın verdi,Zalımları dərhal kənar eylədi.Bu işi tapşırdı qoçaq gənclərə,Sevinc bəxş eylədi, bütün kəndlərə.12 Avqust 2024 BakıXAN QIZI NATƏVANNatəvan Şuşada, Novruz şənliyindəŞıltaq qış vuruşub taxtından getdi,Yerinə füsünkar şən bahar gəldi.Rəngarəng libasın geydi təbiət,Yaradan bəxş etdi yenə bir cənnət.Dağların qoynunda Şuşa bəzəndi,Yaşıl "tuman", güllü "köynək"geyindi.Xarıbülbül ətir saçdı hər yana,Qaranquşlar uçub gəldi Şuşaya.Xan Qızı "Novruza" hazırlıq gördü,Qarabağı xoş bir ovqat bürüdü.Meyvəli ağaclar, güllər əkildi,Dağlardan Şuşaya bulaq çəkildi.Yoxsullara bayram sovqatı verdi,Nisgilli gözlərə sevinc gətirdi.Novruz şənliyinə görüşə gəldi,Xoş sözlər söylədi, təbrik eylədi.Novruz günü el şənliyə yığışdı,Cıdır düzdə köhlən atlar yarışdı.Küsüşənlər bir- biriylə barışdı,Sevinc dolu baxışları sayrışdı.Xanəndələr gözəl muğam oxudu,Zənguləyə bülbüllər də qoşuldu.Xan Qızı səslərin sehrinə düşdü,Heyranlıq hissləri onu bürüdü:- İsdedadlar yetişirlər Şuşada,Möcüzə var havasında, suyunda.Rəbbimiz yaratmış gör necə nemət?Baxdıqca ruh verir, burda təbiət!Nazlı qızlar şirniyyat bişirdilər,Səmənili xonçalar bəzədilər.Oğlanlar evlərə torba atdılar,Deyib- gülüb, bayram payı yığdılar.Subaylar da, fal açıb bölüşdülər,Bir-birinə söz atıb gülüşdülər.Gizlincə qapını tək- tək pusdular,Deyilən sözləri yaxşı yozdular.Şən musiqi dalğa-dalğa ucaldı,Xoş havadan hər kəs qanad, güc aldı.Qol götürüb qəşəng-gəşəng süzdülər,Naz-- neməti süfrələrə düzdülər.Xan Qızı baxdıqca fərəhlənirdi,Qəlbində arzular çiçəklənirdi...Onu yaşadırdı xalq məhəbbəti,Bu yolda çəkirdi hər bir zəhməti...12 Sentyabr, 2024 Bakı***Hər naxışda bir yalnış var,Hər yanlışda bir naxış varNaxışlı qar rəqs eyləyib yağırdı,Rəbbim Yerə bərəkət paylayırdı.Gözəl Şuşa, ağ libasın geyirdi,Uca dağlar baxıb fərəhlənirdi.Məscidlərdən azan səsi ucalır,Bacalardan tüstü boylanıb qalxır.Təndir- çörək ətri gəlir evlərdən,Xeyir- dua eşidilir dillərdən.Arabalar, bər- bəzəkli faytonlar,Yavaş- yavaş diki enib, qalxırlar.Yem axtaran ala- qara qarğalar,Qar- qar qarıldayıb, səs- küy salırlar.Xan Qızı faytonla şəhərə çıxdı,Şuşanın halına, yoluna baxdı.Donmuş kəmərləri təmir etdirdi,Sürüşən yollara əncam çəkdirdi.Hava soyuq idi, şaxta kəsirdi,Sübhan üşüyürdü, tir- tir əsirdi.Doşab dolu bardaq, belin əyirdi,On iki yaşında nələr çəkirdi...Keçən il atası vəfat etmişdi,"Anana yaxşı bax oğlum," demişdi.Çıxmayır yadından ata sözləri,Ona əziz olan, doğma gözləri.İndi də, anası xəstə yatırdı,Evin hər işinə, o tək baxırdı.Hərdən bir bazarda doşab satırdı,Yığdığı pullara ərzaq alırdı.Bu gün də çıxmışdı, doşab satmağa,Xəstə anasına dərman almağa.Sürüşdü ayağı, yerə yıxıldı,Sındı bardaq, bütün doşab dağıldı.O sınan bardağa, kədərlə baxdı,Tökülən doşabı, bərk qucaqladı.Üst- başı doşaba bulaşdı-batdı,Atalı günləri anıb ağladı...Atam sağ olsaydı, belə olmazdı,Anam da, bu qədər xəstə yatmazdı.Düşünüb göylərə ümidlə baxdı,Göz yaşı üzünə sel kimi axdı...Xan Qızı, ağlayan uşağı gördü,Elə bil şairi alov bürüdü.Cəld gedib uşağın əlindən tutdu,Faytona mindirdi, suala tutdu...Xan Qızı, Sübhana təsəlli verdi,Paltar alıb, üst- başını dəyişdi.Soruşdu hər şeyi, halı dəyişdi,Gəl gedək anana baş çəkim, dedi.O da, atasını erkən itirmiş,Ömür boyu həsrətini çox çəkmiş.Övlad üçün, ata arxa- köməkdir,Hər yaşında, ana kimi gərəkdir."Ata- analının özü böyüyür,Ata- anasızın sözü böyüyür."Müdriklər əzəldən belə söyləmiş,İnsanları savab işə kökləmiş...Xan Qızı, anaya təbib gətirdi,Sağaldıb iş ilə təmin eylədi.Göstərdi hər zaman Sübhana qayğı,Çox işlərdə oldu onun dayağı.Sınmasaydı, doşab dolu o bardaq,Yıxılanda, ağlamasaydı uşaq,Bəs necə, Xan Qızı kömək edərdi?!Sübhanı dərdlərdən, xilas edərdi...Qüdrətli Allahın sirləri çoxdur,Heyif ki, nadanın xəbəri yoxdur..."Hər naxışda, bir yalnış var, deyiblər,Hər yanlışda, bir naxış var, görüblər."19 Avqust 2024 BakıBÖYÜK QƏLBİN SƏDASIYay axşamı ulduzlar sayrışırdı,Ay da bədirlənib şölə saçırdı.Sərin- sərin meh əsdikcə dağlardan,Nəğmə səsi hey gəlirdi uzaqdan.Qərib oxuyurdu nisgil bir səslə,Zəngulə vururdu hərdən həsrətlə.Eşq odundan o alışıb yanırdı,Məcnun kimi Leylasını anırdı.Bu səs Xan Qızını pərişan etdi,Qəribi saraya dəvət eylədi.Soruşdu dərdini, halını bildi,Kömək üçün ona nəsihət verdi.- Möhkəm ol, sevginin əsiri olma,Məcnun tək özünü bəlaya salma.Ağılla hər işi qazanar insan,Sadəlöv çox şeyi itirər inan.- Xan sağ olsun, nə desəniz razıyam,Ömür boy hər qulluğa hazıram.Bu həsrətdən tez qurtarım, sovuşum,Mələk üzlü Nigarıma qovuşum.Vəfat etmiş onun ata- anası,Yox idi dərdinə çarə qılası.Bir zalımın qızına bənd olmuşdu,Heyva kimi saralmışdı, solmuşdu.Xan Qızı həvəslə elçilik etdi,O zalım atanı yola gətirdi.Nişan taxıb toya hazırlıq gördü,Bu şad xəbər el- obanı bürüdü.Sonra Qərib üçün bir ev tikdirdi,Sevdiyi iş ilə təmin eylədi.Qanad verdi, dərdli gəncə uçmağa,Həyatına gülər üzlə baxmağa.Qızıl payız Şuşanı bəzəyəndə,Al yanaqlı alma- armud dəyəndə,Ağaclar rəngbərəng xalı sərdilər,Toy edənə xeyir- dua verdilər.Bir payız səhəri Günəş çıxanda,Göydən yerə nur, məhəbbət yağanda,Xan Qızı bir gözəl toy- büsat qurdu,Şuşa əhli bu şənliyə vuruldu.Bəzənmiş faytonlar gəlin gətirdi,Ürək açan şən musiqi səsləndi.Cavan- qoca qol götürüb süzdülər,Şah plovu süfrələrə düzdülər.Qəribin sevincdən gözləri doldu,Xan Qızına, o çox minnətdar oldu.Natəvan saf eşqə qəzəl söylədi,Ən ülvi hissləri tərif eylədi.Qarabağın bülbülləri oxudu,Qız- gəlinlər bəyə xalı toxudu.Ulduzlar sayrışıb təbrik etdilər,Bəy- gəlinin nigahını kəsdilər.Xan Qızını əməlləri sevdirdi,Ona hörmət, böyük şöhrət gətirdi.Olmuşdur çox yerdə xeyirxah əli,Parisdə ucalır onun heykəli.23. 10. 2024ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.