AzTU-da “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib Təhsil » AzTU 1 мая 2026 6 0 1 2 3 4 5 Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib.Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.Konfransda AzTU-nun rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatları Zahid Oruc və Ceyhun Məmmədov, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev çıxış ediblər.Qeyd olunub ki, ölkənin bütün həyati əhəmiyyətli sahələri kimi, respublikanın müdafiə qabiliyyətinin formalaşdırılması və gücləndirilməsi də ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə əsas prioritetlərdən biri olub. Onun hakimiyyəti dövründə hərbi-texniki potensialın inkişafı üçün ilkin baza yaradılıb, beynəlxalq hərbi əməkdaşlığa başlanılıb.Azərbaycanın müasir müdafiə sisteminin əsası məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub.Bu gün Ulu Öndərin siyasi xətti Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin müdafiə sənayesi sahəsində qoyduğu təməl hazırda daha sistemli və texnoloji hədəflərə uyğun şəkildə həyata keçirilir. Artıq Azərbaycanda müxtəlif növ yeni hərbi sənaye məhsulları istehsal olunur. O da qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın müasir hərbi texnologiyalardan istifadə edərək tarixi zəfər qazanması dünya ekspertlərinin araşdırma mövzusuna çevrilib.Bu gün regionda müdafiə sənayesi üzrə kadr hazırlayan qabaqcıl universitetlərdən biri olaraq AzTU-nun üzərinə böyük məsuliyyət düşür. Universitetdə bu istiqamətdə elmi-tədqiqat işləri aparılır.Çıxışlardan sonra Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunan "Dəmirin səsi" filmi nümayiş olunub.Daha sonra AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli “Heydər Əliyev siyasi irsində müdafiə sənayesi: milli təhlükəsizlikdən texnoloji suverenliyə doğru” və Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının professoru Rasim Bəşirov “Heydər Əliyevin dövlətçilik strategiyasında müdafiə sənayesi üçün kadr hazırlığı” mövzularında məruzə ilə çıxış ediblər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.