WUF13 gənc tədqiqatçılar üçün mühüm beynəlxalq platformadır

WUF13 gənc tədqiqatçılar üçün mühüm beynəlxalq platformadır Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində şəhərdaxili hərəkətlilik (mobillik) planlarının hazırlanması üzrə məsləhət xidmətləri göstərib.

Layihənin icrasına Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi, eləcə də Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedralarının əməkdaşları cəlb olunub. Bununla yanaşı, Nəqliyyat və logistika fakültəsinin 80-ə yaxın tələbəsi və müvafiq ixtisaslar üzrə təhsil alan 40-a yaxın magistrant şəhərlərdə aparılan sorğu və monitorinqlərdə iştirak ediblər.

Layihənin nəticələri WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təqdim olunub. Sərgidə Azərbaycan Texniki Universitetinin Logistika və Nəqliyyat İnstitutunun elmi işçiləri Röyal Allahverdiyev və Məmməd Məmmədov “Şəhərdaxili hərəkətlilik planı” layihəsini nümayiş etdiriblər.


Bu barədə AZƏRTAC-a AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova məlumat verib. O qeyd edib ki, təqdim olunan mobillik planlarının hazırlanması zamanı müasir proqram təminatlarından geniş istifadə olunub. Layihənin əsas məqsədi şəhərlərdə ictimai nəqliyyat sisteminin və avtobus marşrut şəbəkəsinin təkmilləşdirilməsi, sərnişin və piyadaların təyinat məntəqəsinə daha operativ çatdırılması, piyada və velosiped infrastrukturlarının yaradılması, yol hərəkətinin təşkilinin optimallaşdırılması və şəhər nəqliyyat sisteminin dinamikliyinin artırılmasıdır.

Layihə çərçivəsində, həmçinin şəhər ərazisində yerləşən istirahət, ticarət, təhsil və iş mərkəzlərinə rahat çıxış imkanlarının təmin olunması, eləcə də nəqliyyat mübadilə mərkəzlərinin yaradılması üzrə tədbirlər planının hazırlanması nəzərdə tutulur.

Sevinc İsgəndərova qeyd edib ki, WUF13 çərçivəsində əldə olunan beynəlxalq təcrübə və qurulan əlaqələr tələbə və tədqiqatçıların elmi fəaliyyətinə mühüm töhfə verir. Onun sözlərinə görə, belə platformalar Azərbaycan alimlərinin innovativ ideyalarının beynəlxalq auditoriyaya təqdim olunması və yeni elmi əməkdaşlıqların formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-nun Dayanıqlı İnkişaf Komitəsinin növbəti iclası keçirilib

AzTU-nun Dayanıqlı İnkişaf Komitəsinin növbəti iclası keçirilib

AzTU
Elmin Məmmədov Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Elmin Məmmədov Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Rəsmi Xəbərlər, Təbriklər
Allahverdi Şərifov  AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

Allahverdi Şərifov AzTU Nəqliyyat və logistika fakültəsinin dekanı vəzifəs ...

AzTU, Təbriklər
Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Müşfiq Əmirov Respublika Nəqliyyat, Rabitə və Yuksək Texnologiya İşçiləri H ...

Təbriklər, QHT
AzTU tələbələri Azərbaycanda ilkə imza atıblar

AzTU tələbələri Azərbaycanda ilkə imza atıblar

AzTU
AzTU ilə Bakı Limanı arasında əməkdaşlığa dair memorandum imzalandı

AzTU ilə Bakı Limanı arasında əməkdaşlığa dair memorandum imzalandı

AzTU
AzTU-nun rektoru Bakı Limanına səfər edib

AzTU-nun rektoru Bakı Limanına səfər edib

AzTU
Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Təhsil naziri Azərbaycan Texniki Universitetində olub

Nazirlik, AzTU
AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU məzununun uğur hekayəsi: RAMİN ABDULLAYEV

AzTU-nun MƏZUNLARI, AzTU
“Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn semina ...

“Logistikada innovasiyalar və praktiki yanaşmalar” mövzusunda onlayn semina ...

AzTU
Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

AzTU, Elanlar
AzTU-nun əməkdaşları Fransanın Valansyen Universitetində treninqdə iştirak  ...

AzTU-nun əməkdaşları Fransanın Valansyen Universitetində treninqdə iştirak ...

AzTU
AzTU-da yeni təyinat

AzTU-da yeni təyinat

AzTU
Azərbaycan aliminə elmi nailiyyətlərinə görə Rumıniyada diplom təqdim olunu ...

Azərbaycan aliminə elmi nailiyyətlərinə görə Rumıniyada diplom təqdim olunu ...

AzTU
AzTU müəllimləri Berlin Texniki Universitetinin təlimlərində iştirak ediblə ...

AzTU müəllimləri Berlin Texniki Universitetinin təlimlərində iştirak ediblə ...

AzTU
Zəkay Şayev “Nəqliyyat” fakültəsinin müvəqqəti dekanı təyin edilib

Zəkay Şayev “Nəqliyyat” fakültəsinin müvəqqəti dekanı təyin edilib

AzTU
Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başla ...

AzTU
Professor FAZİL HƏSƏNOVa ağır itki üz verib

Professor FAZİL HƏSƏNOVa ağır itki üz verib

AzTU, Nekroloqlar
Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

Azərbaycan Texniki Universitetində Ustadlıq Mərkəzi açılıb

AzTU
AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalan ...

AzTU
Rəy yazın: