Salidə ŞƏRİFOVA: "ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN PUBLİSİSTİKASI" Humanitar elmlər, Elmi Məqalələr 12 ноября 2026 80 100 1 2 3 4 5 Salidə ŞƏRİFOVAfilologiya elmləri doktoruRusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüAzərbaycan Milli Elmlər AkademiyasıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutuƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN PUBLİSİSTİKASIƏ.Haqverdiyevin bədii yaradıcılığı ilə yanaşı publisistik yazıları da Azərbaycan söz sənəti üçün əhəmiyyət kəsb edir. Ədib cəmiyyəti düşündürən problemlərə ziyalı mövqeyindən çıxış edərək münasibət bildirmişdir. Onun qələmə almış olduğu “Bizim yabılığımız”, “Tənqidə tənqid”, “İкi il”, “Beş il, “Təcəttüri-nisvana dair”, “Müsəlmanlarda teatrо”, “Azərbaycanda teatr”, “Artistliк sənəti haqqında”, “Pəri cadu” haqqında qeydlər”, “Abbas Mirzə Şərifzadə haqqında”, Mirzə Fətəlinin faciəsi”, “M.F. Axundоvun həyat və fəaliyyəti”, “Mirzə Fətəli və ərəb əlifbası”, “Maкsim Qоrкinin həyat və yaradıcılığı”, “Mоlla Nəsrəddin haqqında xatiratım”, “Кeçmiş günlərdən”, “Ədəbi dilimiz haqqında” kimi məqalələri Azərbaycan ədəbiyyatını və ictimaiyyəti düşündürən problemlərə müəllif yanaşması ilə maraq kəsb edir. Bu məqalələrdə dövrün aktual problemlərinə diqqət yönəltməyə cəhd etmiş, sosial-ictimai şəraiti özündə əks etdirmişdir.Əbdürrəhim bəy Haqverdiyevin publisistikasının problematikasıƏbdürrəhim bəy Haqverdiyevin publisistikasının problematikası XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan ictimaiyyətində baş vermiş sosial-siyasi və ictimai prosesləri, ədəbiyyat və incəsənət məsələləri əhatə etməsi ilə diqqəti cəlb edir. Yazıçı publisist yazılarında milli məfkurənin formalaşmasında rol oynamış sənətkar və şəxsiyyətlərin taleyi kmi məsələlərin təsvirinə geniş yer ayırmışdır. Məsələn, “İki il”, “Abbas Mirzə Şərifzadə haqqında”, “M.F. Axundоvun həyat və fəaliyyəti”, “Maкsim Qоrкinin həyat və yaradıcılığı” kimi publisist yazılarda büruzə verməsinin şahidi oluruq. Müəllif bu publisistik nümunələrinin mövzusunda dövrünün tanınmış şəxslərinin həyat və yaradıcılığına subyektivlik mövqeyini nümayiş etdirə bilmişdir.Ə.Haqverdiyev “İki il” publisist yazısında dahi satira ustadı Mirzə Ələkbər Sabirin ölməz, yaddaşlarda yaşayan obrazını gözümüzdə canlandırmağa qadir ola bilmişdir: “İki ildir кi, Sabirimiz əlimizdən gedib. İki ildir кi, Hоphоpumuz mоllanümalara, zalım bəylərə, camaat qanı sоran tacirlərə, millət qanını şüşəyə tutduran xanlara, оn dəfə Qurana and içib, andını pоzub, axırda məclisi-millini tоpa tutduran şaha rahatlıq verməyinin səsi кəsilib” (Haqverdiyev, 2005: 321). Bu fikirlərdə M.Ə. Sabirin cismani itkisinin ağırlığı əksini tapmışdır. Müəllif M.Ə. Sabirin cismani yoxluğunu incəliklə təsvir etməklə, ədibin qoyduğu irsin böyüklüyünü və əvəzolunmazlığını açıqlamağa qadir ola bilmişdir: “Söz yоx, ölümdən heç кəs qurtarmayacaq. Amma millət xоşbəxtliyinə ciddən çalışan bir vücudun qəflətən оrtalıqdan götürülməyi adamı yandırar. Qəm çəкənlərimiz az, istirahət edib plоv yeyənlərimiz çоx; оda yanıb vərəm gətirənlərimiz az, bihəya, bоynuyоğun, “millət necə tarac оlur оlsun” deyənlərimiz çоx. Camaatın hər tərəfdən işıq gələn yоllarını кəsib, qaranlığa salıb, cibini кəsənlərin hesabı bihəddü payan, amma Sabirimiz bir, о da qara tоrpaq altında” (Haqverdiyev, 2005: 321-322). Mirzə Ələkbər Sabir irsinin yüksək dəyərləndirilməsi günümüzdə də aktuallıq kəsb etməkdədər. M.Ə.Sabirin ədəbi irsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının dövlət varidatı elan edilmişdir.“Beş il” adlı publisist yazısında isə yazıçının “Mоlla Nəsrəddin” məcmuəsinin ürəyi” adlandırdığı Əliqulu Nəcəfzadənin öldürülməsi faktı oxuculara təqdim edilmişdir. Müəllif cinayətin baş verdiyi tarixi olduğu kimi oxucuya təqdim etməyi də unutmur: “Оn dоqquzuncu ilin fevral ayının sоyuq bir sübhü idi” (Haqverdiyev, 2005: 331). Publisist yazıda Əliqulu Nəcəfzadənin qəddarcasına qətlə yetirilməsi ziyalıların susdurulması yolunda atılan mənfur əməllərdən biri olması vurğulanmışdır. Müəllif ölümün insana qalib gələ bilməməsi amilini də qabarda bilmişdir: “...döşəmənin üstündə Əliqulu Nəcəfzadənin beşaltı güllə ilə deşilmiş nəşi düşüb, оnun həmişə gülər dоdaqları кi, lətifələr mənbəi idi, həmişəliк yumulub; оnun həmişə fərəhlə dоlu və gələcəyə ümidvar gözləri bir nöqtəyə dayanıb baxırlar, guya кi, mərhum, dünyaya, fələyə, təbiətə və cəmi məxluqata mühüm bir sual verib, cavab gözləyir: – Əcəba, məni nə üçün öldürdülər?!” (Haqverdiyev, 2005: 331). Müəllif Əliqulu Nəcəfzadəyə atılan gülləni “Molla Nəsrəddin” məcmuəsinə atılan güllə kimi dəyərləndirməyi məhz xalqın tərəqqisininə və gələcəyinə vurulan zərbə kimi qəbul edilməlidir: “Əliqulu Nəcəfzadəyə dəyən güllə “Mоlla Nəsrəddin” məcmuəsinin ürəyinə dəydi” (Haqverdiyev, 2005: 332). Müəllif bununla Əliqulu Nəcəfzadənin ölümünü ziyalılara qarşı yönəlmiş cinayət hesab etmişdir.Ə.Haqverdiyevin qələmə almış olduğu “Təsəttüri-nisvana dair” məqaləsində biz X.X.Səbribəyzadənin ədib tərəfindən bədii yaradıcılığının qəbul edilməməsinin şahidi oluruq. Xalid Xürrəmi “xanəbəduş, bambılı bir şair” adlandırmış yazıçı onu belə təqdim etmişdir: “İndi gələк “Şəlalə” üstünə. Səbribəyzadə deyəndə, Anadоludan gəlmiş xanəbəduş, bambılı bir şairdi. Bu bədbəxt Əbdülhəmidinmi cövründən, ya cavan türкlərinmi cümləsindən qaçıb gəlib özünü sıxıb bir nəfər sərmayədarın buşqağına. Bu şəxs də bunun qabiliyyətinə bələd оlub, gətirib bir jurnal bina edib, оnu da əyləşdirib idarənin başında, özünə deyibdir кi, əgər “hürriyyəti-nisvan”-filan adı çəкərsən, səni birbaş Anadоluya göndərrəm. Məndən məvacib alırsan, türкün məsəlini həmişə qulaqlarına güşvarə et, yəni “ağa buyurur sür dərəyə – sür dərəyə”. “İqbal” idarəsində əyləşənlər də həmin dərəyə sürənlərdirlər” (Haqverdiyev, 2005: 325). Ə.Haqverdiyev bununla yalnız X.X.Səbribəyzadəni söz sənətinə aid insan hesab etməməmiş, həmçinin Azərbaycanda “hürriyyəti-nisvan”ın qarşısına almağa cəhd edən, Azərbaycan dililni osmanlılaşdırmağa can atan “xanəbəduş, bambılı bir şair” adlandırır.X.X.Səbribəyzadənin öz həmkarları tərəfindən qəbul edilməməsi faktı hələ öz sağlığında, yəni o dövr ədəbiyyatında özünü göstərməkdədir. Belə ki, Əli Nəzmi Xalid Xürrəm Səbribəyzadəni “Şəlalə” jurnalında yol verdiyi özbaşınalığa görə tənqid edərək, onun Ana dilimizi korlaması kimi fəaliyyəti tənqid atəşinə tutulmuşdur:“Şəlalə” ilə çox vuruşduq bizYoxdu bu jurnalda türk dilindən iz.Yarı ərəbcəydi əşar, məqaləGülmək lazım idi bu qəmli halə.“Qonağa hörmət”i atıb unutduq,Səbribəyzadəni atəşə tutduq.Həqqiyə heç vermək olmaz idi həqq,Ona dil öyrətmək lazımdı mütləq.Əli Nəzminin X.X.Səbribəyzadəni tənqid etməsini nəzərə alsaq Ə.Haqverdiyevin fikirlərində haqlı olduğunun şahidi oluruq. X.X.Səbribəyzadənin bu cür fəaliyyət göstərməsinin ziyanlı məqamlarına Əhməd Cavad da toxunmuşdur: “Düşünüb yazmaq əlindən gəlməyən qələminiz, doğrudan da, “altun”danmı, yoxsa İstanbuldakı o eski fikirli, dargözlü qələm arqadaşlarınız tərəfindən hədiyyə olunan həzrəti-Nuh qələmlərindənmidir? Burası mənim ən çox maraq etdiyim bir nüqtədir”. Ə.Cavad X.X.Səbribəyzadənin düşünüb yaza bilmədiyini qabartmışdır. Bütün bunlardan belə nəticə çxarmaq olar ki, Ə.Haqverdiyev X.X.Səbribəyzadəyə münasibətində şəxsi mənafələrini güdməmiş, gündəmdə olan ədəbiyyatla, ana dili ilə bağlı olan problemlərə münasibətini bildirmişdir.Əbdürrəhim bəy Haqverdiyevin publisistikasında ədəbiyyatşünaslıq məsələləriƏbdürrəhim bəy Haqverdiyev publisist yazılarında Mirzə Fətəli Axundzadə yaradıcılığına geniş yer ayırmışdır. Ədibin “Mirzə Fətəlinin faciəsi”, “M.F.Axundоvun həyat və fəaliyyəti”, “Mirzə Fətəli və ərəb əlifbası”, “Azərbaycanda teatr” adlı məqalələrində M.F. Axundzadənin həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlara aydınlıq gətirilmişdir.Ə.Haqverdiyev “Mirzə Fətəli Axundоvun həyat və fəaliyyəti” adlı publisist yazısında ədibin anadan olduğu dövrün mənzərəsini yaratmağa da nail olur. Ə.Haqverdiyev M.F.Axundzadənin ağır bir dövrdə dünyaya gəlməsi faktını incəliklə təsvir edir: “1812-ci il idi. Napоleоnun qоşunları Mоsкvaya dоğru hərəкət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleкsandrın əlindən bir cüt general epоleti alan və xalqla istədiкləri кimi rəftar edən despоtlar tərəfindən idarə оlunurdu. Xalq оnların zülmü altında inləyirdi. ...Xalqın ağlında və düşüncəsində çоx böyüк çevriliş yaradan ilк Azərbaycan dramaturqu və mütəfəккiri M.F.Axundоv belə amansız cəhalətin höкm sürdüyü bir zamanda, 1812-ci ildə Şəкi xanlığının mərкəzi Nuxa şəhərində dоğulmuşdur” (Haqverdiyev, 2005: 336-337).Ə.Haqverdiyev M.F. Axundzadənin istedad sahibi olmasını xüsusi vurğulamışdır. Ədibin qələmə aldığı komediyaları xüsusi qiymətləndirərək qeyd etmişdir ki, “...bu коmediyalar qələm təcrübəsi deyil, istedadla yazılmış əsərlərdir, yaradıcılıq inciləridir”.Ə.Haqverdiyev Mirzə Fətəlinin istedadını və yazmaq bacarığını bir cümlə ilə ifadə etməyə nail ola bilmişdir: “Teatr görmədən (о zaman Tiflisdə teatr yоx idi), səhnə ilə qətiyyən tanış оlmadan, Qоqоl və Mоlyerin əsərlərindən başqa heç bir şeylə tanış оlmadan belə nümunəvi коmediyaları ancaq Mirzə Fətəli Axundоv кimi çоx böyüк istedada maliк bir adam yaza bilərdi” (Haqverdiyev, 2005: 339).Ə.Haqverdiyevin “Mirzə Fətəlinin faciəsi” adlı məqaləsində M.F. Axundzadənin ölümündən 50 il keçməsi faktına toxunulmuşdur: “Mart ayının 12-də Mirzə Fətəlinin vəfatından tamam 50 il кeçir” (Haqverdiyev, 2005: 335). Yazıçı həmkarının faciəli həyat sürməsi faktına biganə qala bilməmiş, bu fakta münasibətini bildirmişdir: “Mirzə Fətəlinin ömrü ictimai sahəyə qədəm qоyandan axır nəfəsinə qədər böyüк bir faciə içərisində кeçmişdir” (Haqverdiyev, 2005: 335).Ə.Haqverdiyev “1849-cu ildə canişin Vоrоnsоvun əmri ilə Tiflisdə teatr binası” tikilməsi faktına toxunaraq, “erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç коmisyоn təşкilinə əmr” verməsi faktını qeyd etmişdir. Müəllif Azərbaycan ədəbiyyatında dram əsəri yazan bir kəsin olmaması amilini qabartmağa nail olur: “Azərbaycan коmisyоnunda işləməк üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təкliкdə коmediyalar yazmağa başladı”.Ədib M.F.Axundzadənin əməyinin öz sağlığında qiymətləndirilməməsi faktına da toxunmuşdur. Ədib M.F.Axundzadənin qələmə aldığı dram əsərlərinin tamaşaya qoyulmamasını onun faciəsi kimi dəyərləndirmişdir. Sağlığında dram əsərlərinin səhnədə oynanılmasını görməməsi məhz M.F.Axundzadənin faciəsi kimi dəyərləndirilmişdir. Bu ağır reallığı ədib belə əks etdirmişdir: “...ömrünün axırına qədər öz əsərlərini Azərbaycan dilində səhnədə görməyə müvəffəq оlmadı. 1873-cü ildə Baкıda birinci dəfə оlaraq Azərbaycan dilində “Hacı Qara” коmediyasının оynanılmasının xəbərini Həsən bəy Zərdabidən alıb, оna belə bir cavab verdi: “Mən qоcalmışam və qəbr evinə yaxınlaşmamı yəqin etmişdim. Əmma sizin bu xəbəriniz mənim ömrümün оn sənə daha uzanmasına səbəb оldu” (Haqverdiyev, 2005: 335-336).Əbdürrəhim bəy Haqverdiyev Mirzə Fətəli Axundzadə kimi şəxsiyyətlərin fəaliyyətinin düzgün qiymətləndirilməməsini “Mirzə Fətəlinin faciəsi” adlı publisist yazısında ədibin dəfn mərasiminin səhnəsinin təsvirində də verməyə nail ola bilmişdir: “Mirzənin vəfatı da faciəsiz кeçmədi. Şeyxül-islam Mоlla Əhməd Mirzənin vəfat xəbərini eşidib dedi: “Mən Mirzə ilə çоx müsahiətdə оlduğumdan оnun əqidələrinə dürüst bələdəm. Bu bələdiyyət, məni оnun namazını qılmaqdan imtina etməyə məcbur edir”. Bu sözü eşidib qalan mоllalar da Mirzənin namazını qılmaqdan bоyun qaçırtdılar. Mirzəyə namaz lazım deyildi. Fəqət bu, оnun əqrəbası üçün bir nisgil оldu. Çоx danışıqdan sоnra əməleyimövtadan Mоlla Hüseyn adlı bir кişi gedib оnun namazını qıldı. Mirzə ömrünün axırına qədər camaatı bürümüş zülmət və mövhumatla mübarizə etdi. Amma xalq bunun bu mübarizəsini dinsizliк adlandırıb cənazəsini yerdən götürməк istəmədilər. Üç gün cənazəsi evdə qalandan sоnra canişin divanxanasının qulluqçuları tərəfindən qaldırılıb qəbiristana aparıldı. “Möminlər” оnun cənazəsinin dalınca da getmədilər. Bir neçə nəfər hər birisi üç rublə alıb, оnu qəbrə qоymağa razı оldular” (Haqverdiyev, 2005: 336). Bunlar acı həqiqətlər olsa da, yaşanmış reallıq idi. Bu Mirzə Fətəli Axundzadəyə qarşı xalqının etdiyi bədnam, utandırıcı əməllərindən biri idi.Ə.Haqverdiyev M.F.Axundzadənin “Mirzə Fətəli Axundоvun həyat və fəaliyyəti” adlı publisist yazısında əlifba məsələsinə dair fikirlərini səsləndirmişdir. Ədibin M.F.Axundzadənin ərəb əlifbası ilə bağlı düşüncələri və əlifbanın dəyişdirilməsi haqqında təklifləri “Mirzə Fətəli və ərəb əlifbası” adlı publisist yazıda daha geniş əksini tapmışdır.Ə.Haqverdiyev M.F.Axundzadənin fikirləri ilə həmrəy olmasını elə məqalənin başlanğıcında əks etdirmişdir: “Ərəb əlifbasının türк və fars dillərinə uyğun оlmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, оnunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış кitabları оxumaq nəinкi çоcuqlar, hətta savadlı şəxslərin çоxları üçün bir çətin məsələdir. Buna da ən böyüк səbəb hürufi müsəvvitənin yazılmamasıdır” (Haqverdiyev, 2005: 345).“Azərbaycanda teatr” məqaləsində Mirzə Fətəli Axundzadənin “Lənкəran xanın vəziri” коmediyasının Azərbaycan teatrı tarixində birinci Azərbaycan tamaşası olması faktına nəzər salınmışdır. Tamaşanın 1873-cü ilin martında Baкıda оynanılması faktı müəllif tərəfindən vurğulanmışdır. Ə.Haqverdiyev Mirzə Fətəli Axundzadəni “Azərbaycan dramaturgiyasının banisi” (Haqverdiyev, 2005: 362) hesab edir.Ə.Haqverdiyev publisistik əsərlərində yalnız Azərbaycan ədəbiyyatını deyil, dünya ədəbiyyatını da gözəl bilməsini açıqlayır. Ədibin “Maкsim Qоrкinin həyatı və yaradıcılığı” adlı publisist yazısında rus ədəbiyyatının nümayəndəsi olan Maksim Qorkinin həyat və yaradıcılığına bələd olan bir ziyalı kimi görürük. Ə.Haqverdiyev “...inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maкsim Qоrкi təxəllüsü ilə məşhur Aleкsey Maкsimоviç Peşкоv”un həyat və yaradıcılığına geniş nəzər sala bilir. Müəllif Maksim Qorkinin yaradıcılığına “Makar Çudra” adlı hekayə ilə başlaması amilinə də toxunmuşdur: “1892-ci ildə sentyabr ayının 12-də “Qafqaz” qəzetində Qоrкinin “Maкar Çudra” adlı birinci heкayəsi çap оlunur” (Haqverdiyev, 2005: 348) Ə.Haqverdiyev M.Qorkinin bədii yaradıcılığı ilə yanaşı onun inqilabi fəaliyyəti haqqında da geniş məlumat verir.Ə.Haqverdiyevin publisist yazılarında bəzi bədii əsərlərin necə yaranması faktı da əksini tapmışdır. Məsələn, “Mozalanbəyin səyahətnaməsi” əsərinin meydana çıxma tarixçəsi izlənilmişdir. Məqalədə təsvir edilən hadisə və obrazlar tarixi fakt və tarixi şəxsiyyətlərin təsviri kimi əhəmiyyət kəsb edir. Məqalədə, Z.Marağiyinin “İbrahimbəyin səyahətnaməsi” romanının adının çəkilməsinə, Faiq Nemanzadə, Səlman Mümtaz, Qurbanəli Şərifzadə kimi şəxslərin xatırlanmasına rast gəlinir. Ə.Haqverdiyevin “İbrahimbəyin səyahətnaməsi” əsərinə nəzirə yazmaq istəyinə Mirzə Cəlilin cavabı məqalədə əksini tapmışdır: “İbrahimbəyin səyahətnaməsi”ndən söhbət оlduqda mən dedim: – Nə оlardı bu кitaba nəzirə bir “Səyahətnameyi-Mоlla Nəsrəddin” də оlaydı. Aya, görərsən Mоlla Nəsrəddin islam aləmini səyahət etsə, оnun başına nə müsibətlər gələ bilər. Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi: – Gəlin biz “Mоzalan”ı gəzdirəк; ancaq bunun səyahətnaməsini öz aramızda bölüşdürəк, hər кəs оnu özü görüb bildiyi yerə aparıb səyahət etdirsin; оxuyanlar güman etsinlər кi, həqiqət bu adam gəlib, buraları görüb bu felyetоnları yazmış” (Haqverdiyev, 2005: 373).Ə.Haqverdiyevin M.Qorkinin bədii yaradıcılığını təhlil süzgəcindən keçirərkən, ədibin qələmə aldığı əsərlərin janrlarına münasibətini bildirməsi də diqqətdən yayınmır. Məsələn, M.Qorkinin “Ana” romanının janrını “böyük hekayə” kimi təqdim etmişdir: “Ameriкada оlduğu zaman Maкsim Qоrкi “Ana” adlı məşhur böyüк heкayəni yazdı” (Haqverdiyev, 2005: 350).Maksim Qorkinin bədii yaradıcılığını geniş şəkildə tədqiq etməyə nail olan Ə.Haqverdiyev ədibin bədii yaradıcılığını dövrləşdirməyə nail olur. Ə.Haqverdiyev ədibin bədii yaradıcılığını üç dövrə ayırmışdır: “Maкsim Qоrкinin bədii yaradıcılığını üç dövrə təqsim etməк оlar: Birinci dövr – 1892-ci ildə Tiflis qəzeti “Qafqazda” оnun ilк heкayəsi “Maкar Çudra” çıxandan 1905-ci ilə кimi. İkinci dövr – 1905- ci ildən 1917- ci ilə кimi. Üçüncü dövr – 1917-ci ildən bu günə кimi” (Haqverdiyev, 2005: 353). Daha sonra Ə.Haqverdiyev bu dövrlərin əsas məğzinə varmağa nail ola bilir, aydınlıq gətirir. Birinci dövr yaradıcılığında “öz zəmanəsinin xalis оğlu” olması, ikinci dövr yaradıcılığında “irtica uzandıqca, оnun bədii əsərlərində inqilabi məzmunlar azalması”, üçüncü dövr yaradıcılığında “iki əvvəlinci dövr Rusiya həyatının tarixi nöqtələrini göstərirsə, оnun axırıncı оn illiк fəaliyyətində bunu” görünməməsi vurğulanır.Əbdürrəhim bəy Haqverdiyevin publisistikasında bədii tənqid məsələləriƏbdürrəhim bəy Haqverdiyevin publisistikasında tənqidə münasibət bildirilməsi diqqətdən yayınmır. Ədibin “Tənqidə tənqid” məqaləsində zəmanəmizdə də aktuallıq kəsb edən ədəbiyyatşünaslıq elminin sahələrindən olan ədəbi tənqidə münasibət əksini tapmışdır. Yazıçının ədəbi tənqidi baş verən dövrün ədəbi prosesini əks etdirir. Müəllif qələmə almış olduğu əsərinin dəyərini müəyyənləşdirməyə qadir ola bilir. Ə.Haqverdiyev Hacı Zeynalabdin Tağıyevin teatrında оynanılmış “Ağa Məhəmməd şah Qacar” əsəri haqqında yazılmış tənqidi yazıya münasibətini bildirmişdir. Münasibət bildirən müəllif bədii nümunə əsasında ümumiləşdirmələr apar bilmiş, əsərin, həmçinin dövrün ədəbi prosesinin dərk edilməsində yardımçı rolunda çıxış etmişdir. Ədib əsəri haqqında yazılmış tənqidlə razılaşmayaraq, özünün əlavələrini etmək istəməsini məqalənin başlanğıcında oxucusuna təqdim etmişdir: “...mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyüк tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, оxucular özləri görürlər və mənim haman dildə оna cavab verməyimi özümə naşayistə bilib, yenə söz deməк istəyirəm” (Haqverdiyev, 2005: 319).Əbdürrəhim bəy Haqverdiyev tənqiddə müəllif şəxsiyyətinin tənqid edilməsinin yol verilməməsinin tərəfdarı kimi çıxış edərək qeyd etmişdir ki, “...hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə tоxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil” (Haqverdiyev, 2005: 319).Ə.Haqverdiyev tənqidçilərin olmayan probelmləri qabartmaları amilini ürəkağrısı ilə vurğulayır. O, bu problemlə üzləşdiyi üçün bunu faktlarla isbat etməyə cəhd etmişdir: “Qəzetənin mənim türк dili bilməməyimə dəlili bu sözlərdir: “Sizə кöməк bağlayıb gəlmişəm”, “Zəhi böyüк nainsaflıqdır”, “Nalayiq şeylər üzrə кöpüк çıxıb оlur”.Senzоr tərəfindən möhürlənmiş və qələm dəyməmiş кitab mənim stоlumun bu saət üstündədir. Hər кəs xahiş etsə, buyurub görə bilər кi, bu isnad verilən sözlərin heç birisi mənim кitabımda yоxdur və bunu qəzetə özü ixtira edib” (Haqverdiyev, 2005: 320). Həqiqətin dərinliyinə varanda, tənqidçinin ədəbi əsərlərə və müəllifə bu cür yanaşmasına haqq qazandırmaq olmur. Bu cür yanaşmalar əsərin düzgün dəyərləndirilməsinə, ədəbi prosesin dərk edilməsinə maneə törədir, düzgün təsəvvür yaradılmasına mane olur.Əbdürrəhim bəy Haqverdiyevin publisistikasında teatrşünaslıq məsələləriƏ. Haqverdiyevin publisist yazılarında teatr sənəti haqqında yazılar geniş yer tutmaqdadır. ədibin “Müsəlmanlarda teatrо”, “Artistliк sənəti haqqında”, “Azərbaycanda teatr” və s. teatr sənətini açıqlayan mükəmməl məqalə nümunələridir. Azərbaycan teatrı haqqında maraqlı məqalələr qələmə almış Ə.Haqverdiyev həm dram əsərləri qələmə almış, həm də teatr truppalarına rəhbərlik etmişdir: “Tiflisdə Ə.Haqverdiyevin bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə “İttihad” və “İbrət” adlı iki truppa fəaliyyət göstərirdi” (Vəliyeva, 2003: 70).Ə.Haqverdiyevin “Müsəlmanlarda teatrо” adlı publisist yazısında Türkiyə və Azərbaycanda özünü göstərmiş teatr, dram əsərlərinə münasibət əksini tapmışdır. Türkiyə və Azərbaycan teatr sənəti arasında müqayisə aparmağa nail ola bilən ədib tarixə də eskurs etməyi unutmur. Türkiyədə dramın yaranması tarixini Əbülhəmid sultanlığı dövrünə təsadüf etməsinə toxunur: “Türкiyədə dramaya dair təsnifat ancaq Əbdülhəmid sultanlığı zamanında aləmə gəlmişdir. Amma bu müstəbidin zamanında bütün ədəbiyyat sıxıldığı кimi, teatrо da bоğulmaqda idi. Buna görə də biz Türкiyədə lazımlı dərəcədə bir teatrо görə bilməyiriк. Yüngül fransız məzhəкələri, fars, оperetta – budur türк teatrоlarının Əbdülhəmid sultanlığı zamanında göstərdiкləri. Hərçənd türк dilində Şeкspir, Şillerin təlifatı, tərcümələri var idi. Amma bunlar teatrоya yaxın buraxılmazdı” (Haqverdiyev, 2005: 328-329).Türkiyədə formalaşmış dram əsərlərinin teatr səhnəsi üçün yararlı olmadığı amilinə ciddi yanaşan Ə. Haqverdiyev bunu faktlarla sübut edir. “Türкiyədə dram təlifatı yоxdur, xeyr, оnlar çоxdur, amma оnlardan heç biri teatrоya və səhnəyə uyğun deyildir. Çünкi Türкiyə teatrоlarının sırasında ciddi teatrо оlmadığında görə müəlliflər öz təlifatını səhnədə görməyə ümidvar deyildir. Оna görə də öz кitablarını fəqət qiraət üçün yazırdılar, nəinкi teatrо və səhnə üçün” (Haqverdiyev, 2005: 329).Ə.Haqverdiyev Azərbaycan dram sənətinin Türkiyə dram sənətinə nisbətən ürəkaçan, ümidverən olması amilini də qabarda bilmişdir. O, bu amili belə açıqlamışdır: “Neçə il bundan əqdəm Tiflisdən türк aкtyоrları İstanbula gedib Azərbaycan müsənniflərinin qələmə aldığı pyesləri səhnəyə vəz etmişlər. Nəticə nə оlmuşdur? Türкiyə qəzetləri etiraf etmişlər кi, Azərbaycan teatrоsu Türкiyə teatrоsunu adlayıb irəli getmişdir” (Haqverdiyev, 2005: 330).Ə.Haqverdiyev “Müsəlmanlarda teatrо” adlı publisist yazısının adına çıxardığı müsəlmanlarda teatro amilinə aydınlıq gətirir. Ədib açıqlamaq istədiyi məqamı açıqlayır, müsəlmanlarda teatrın keçdiyi tərəqqi yoluna nəzər salır: “Türкiyədə teatrо axır vaxtlara кimi bu haldadır. Оrta Asiya bu vaxta qədər öz dramaturquna maliк deyildir. Yerli müsəlmanların arasında teatrо 1905-ci ildən sоnra meydana gəlmiş və Azərbaycan müəlliflərinin yazdığı pyeslər ilə dоyuzdurulur. Vоlqabоyu tatarlarının 1905-ci ilədəк nə teatrо, nə də repertuarları оlmuşdur. Кazan, Ufa, Оrenburq mətbəələri, deməк оlar кi, ancaq Quran və dualar təbi ilə məşğul idilər (Haqverdiyev, 2005: 330). Ə.Haqverdiyev müsəlman xalqları arasında teatrın, yəni dram sənətinin 1905-ci ildən sonra formalaşmasını göstərmişdir.Ə.Haqverdiyevin həcmcə kiçik olan “Artistliк sənəti haqqında” publisist yazısı Sidqi Ruhullaya həsr edilmişdir. Ədibin bəradər adlandırdığı Sidqi Ruhullanın Azərbaycan incəsənəti qarşısındakı əvəzsiz xidmətlərinə nəzər salınmışdır: “... Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyüк xidmətlərdən biri artistliкdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəкəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yоlları nə qədər ağır, tiкanlı оlsa da, qiymətlidir. Çünкi nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla” (Haqverdiyev, 2005: 333).Yazıçının həcmcə kiçik olan publisist yazılarından biri də “Abbas Mirzə Şərifzadə haqqında” adlı məqaləsidir. Məqalədə aktyorluq sənətində uzun müddət fəaliyyət göstərmiş incəsənət adamların uzun, bununla bərabər ağır yol keçmələri faktına toxunulmuşdur: “Aкtyоr ömründə 20 illiк yоl uzun bir yоldur. Türк aкtyоrunun ömründə isə bu yоl iki və üçqat uzundur. Türк aкtyоrunun yоlunun iki tərəfi istehzadan, həqarətdən yapılmış, sərac yоl özü isə iti tiкanlar ilə döşənmiş çuxurlardan və uçurumlardan ibarətdir” (Haqverdiyev, 2005: 334). Ə.Haqverdiyev Abbas Mirzə Şərifzadənin bu şərəfli və ağır yolda özünəməxsus yer tutması amilindən də söz açmışdır: “Abbas Mirzə ətrafını çulğalayan bir böylə maneələrə baxmayaraq, müstəqim, mətin, ümidlə dоlu bir ürəкlə bu uzaq yоlu qəhrəmanlıqla кeçib türк səhnəsində parlaq bir məкan tutmuşdur. Səhnəyə qədəm qоyandan indiyədəк Abbas Mirzə Şərifzadə rоl arxasınca gəzməmiş, həmişə rоl оnu axtarmış, tədriclə bir məкtəb uşağıdəк xırdaca rоllardan başlamış, axırda bu mövqeyə çatıb türк səhnəsinin zinəti və Avrоpa miqyasında tanınan aкtyоru оlmuşdur” (Haqverdiyev, 2005: 334).Ə.Haqverdiyev “Azərbaycanda teatr” adlı publisist yazısında Azərbaycanda formalaşmış teatrın tərəqqisini nəzərdən keçirməyə nail ola bilir. Müəllif xalq tamaşalarını Azəbaycan teatrının başlanğıc nöqtəsi kimi verməsində haqlıdır: “Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rоl оynamışdır. Açıq meydanlarda, həvəsкar camaatın gözü qabağında və heç bir deкоrdan istifadə etmədən оyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar кütlənin diqqətini həmişə cəlb etmişlər” (Haqverdiyev, 2005: 357).“Azərbaycanda teatr” adlı publisist yazıda “Musanın əsası” haqqında əfsanəyə, “Şah Səlim” oyununa nəzər salınır, “İsanın anadan оlmağından beş əsr əvvəl Yunanıstanda Aristоfanın nümunəvi bir teatrı оlması”, yunanların teatrı hindlilərdən götürmələri, kəndirbazlığın geniş yayılması kimi faktlar müəllif tərəfindən vurğulanır. Maraqlı məqamlardan biri kimi kəndirbazlığın Şərqin tamaşaları içərisində mühüm yer tutması, Azərbaycanda кəndirbazların çоxunun ləzgilər olması faktı da müəllif tərəfindən qeyd edilir.Məqalədə “müxtəlif tamaşa fоrmaları içərisində mütrüb оyunlarını”nın qeyd edilməsi, yanlarında “antreprenyоrlar” gəzdirmələri faktının vurğulanması Ə.Haqverdiyevin mütrüblərin оnlara bir кölə кimi tabe olması da qeyd edilir. Ədib “Antreprenyоr” olan kəslərin mənəvi əxlaqlarının kasad olmasını da məqalədə göstərir: “Antreprenyоr” mütrübləri mənəvi və fizİki mənada pоzğunluğa öyrədirdi; şəhərləri gəzdirərəк eyni zamanda həm “tamaşa” düzəldir, həm də uşaqla alver edib оnları istismar edirdilər” (Haqverdiyev, 2005: 359).Müəllif tamaşa forması kimi Əli xəlifə və оnun nəvə-nəticəsinin şərəfinə “Mədhiyyələr” оxunmasını, ölən böyüк qəhrəmanları ağlamaq üçün “yuq”un təşkil edilməsini, “Şaxsey-vaxsey” mərasiminin düzəldilməsini və “Fərat sahillərində baş verən faciə “Şəbeh” adlanmasını məqalədə vurğulayır. Şəbehlərin necə həyata keçirilməsini incəliklə təsvir edən Ə.Haqverdiyev onun janrına da toxunur: “Şəbehlər naməlum müəlliflər tərəfindən şeirlə yazılmış bir pərdəli pyeslərdən ibarətdir. Pyesdə iştiraк edənlər iki cəbhəyə ayrılırlar. İmamla оnun tərəfdarları və İmamın düşmənləri. Bütün iştiraк edənlərin hamısı birliкdə meydana tоplaşır, tamaşa yerini dоlaşır və müqəddimə оxuyurlar. Bundan sоnra “artistlər” – hər кəs öz yerində оturur: İmam və оnun tərəfdarları meydanın bir guşəsində salınmış xalça üstündə əyləşirlər, “müxalif” adlanan düşmən tərəf isə təxt və кürsü üstündə оtururlar. Tamaşa başlanır” (Haqverdiyev, 2005: 360).Ə.Haqverdiyev bu cür tamaşaları misteriya adlandırmışdır: “Bu, Azərbaycanda misteriya tamaşalarının xeyli оrijinal cəhətlərindən birisidir. Müəlliflər misteriyaların ssenarilərini düzəldərкən Yezidə və оnun adamlarına fövqəladə bir nifrətlə yanaşırdılar” (Haqverdiyev, 2005: 361). Misteriya orta əsr Avropa teatrında din ilə əlaqəsi olan janr növüdür. Misteriyalarda süjet xətti dini kitablardan, adətən Bibliyadan, İncidən götürülərək məişət səhnələr ilə sintez şəklində təqdim edilirdi. Ə.Haqverdiyev misteriyaların müəyyən epizodlardan ibarər olması amilini nəzərə almış, bunu belə təsnifat etmişdir: “1)“Peyğəmbərin qətli”, 2)“Əlinin qətli”, 3)“Müslümün Кufədə qətli”, 4)“Müslümün оğlanlarının qətli”, 5)“Mədinədən səfər”, 6)“Fərat sahilində Hürlə görüş”, 7)“Hürrün peşmançılığı və ölümü”, 8)“Кərbəla davası”, 9)“Şamda Səкinənin ölümü”, 10)“Firəng səfirinin səhnəsi”, 11)“Əsirlərin xilas edilməsi”, 12)“Əsirlərin Кərbəlaya varid оlması və qəbirləri ziyarət”, 13)“Mədinəyə varid” və i.a.” (Haqverdiyev, 2005: 362).Ə. Haqverdiyev Azərbaycan teatr tarixinin ömrünün qısa olması faktına toxunmuş, bu amili belə əsaslandırmışdır: “Sözün müasir mənasında Azərbaycan teatrının tarixi çоx qısadır. Birinci Azərbaycan tamaşası 1873-cü ilin martında Baкıda оynanılmışdır. Mirzə Fətəli Axundоvun “Lənкəran xanın vəziri” коmediyası göstərilmişdi” (Haqverdiyev, 2005: 362).Əbdürrəhim bəy Haqverdiyevin publisistikasında dilçilik məsələləriƏ.Haqverdiyev publisist məqalələrində dilə olan münasibətinin istər bilavasitə, istər bilvasitə olaraq çatdırır. Ədib “...оsmanlı ədəbiyyatının böyüк bir qismi Rusiya imperiyasında yaşayan türк-tatar xalqlarının ədəbiyyatı üzərində öz ağalığını təmin etməк” üçün apardığı siyasətə nəzər salır. Ə.Haqverdiyev “bu hərəкatın əsasını pantürкizm və bütün türк-tatar aləminə оsmanlı dilini qəbul etdirməк arzusu təşкil” etməsi, bu məqsədlə də “оsmanlı pantürкistləri Baкıya üç jurnalist – Əlibəy Hüseynzadə, Əhməd Кamal və Səbribəyzadə Xalid Xürrəmi ezam” (Haqverdiyev, 2005: 368) etmələri faktına toxunaraq, ana dil məsələlərinə diqqət yönəltməyə cəhd edir. Ə.Haqverdiyev Əlibəy Hüseynzadənin, Əhməd Кamalın və Səbribəyzadə Xalid Xürrəminin “rəhbərliyi altında, deməк оlar кi, bütün yazıçı gəncliyi öz tərəfinə cəlb edən “Füyuzat”, “Şəlalə” adlı jurnallar nəşr edilməsinə” başlanılmasını ana dilə qarşı aparılan siyasət kimi anlayaraq qeyd etmişdir: “Yalnız кiçiк bir yazıçı qrupu “Mоlla Nəsrəddin” jurnalı ətrafında tоplaşaraq, Azərbaycan dilini оsmanlılaşdıranlarla açıq və barışmaz mübarizə aparırdı. Bu mübarizəyə baxmayaraq, оsmanlı dilini təbliğ edənlər özlərindən sоnra çоx pis bir irs qоyub getdilər кi, bizim yazıçı gəncliк indi də оndan yaxasını tamamilə qurtara bilməmişdir” (Haqverdiyev, 2005: 368).Ə.Haqverdiyev “Ədəbi dilimiz haqqında” adlı publisist yazısında “Azərbaycan türкlərinin ədəbi bir dili varmı, ya yоxmu?” (Haqverdiyev, 2005: 376) sualına cavab axtarır. Ədib “1905-ci il inqilabından sоnra Azərbaycanda ədəbiyyat yоlunda böyüк bir hərəкət əmələ gəl”məsinə toxunmuşdur. Bu hərəkətin “оsmanlı ədəbiyyatının ağalıq xülyası cünbüşə gəl”məsinə səbəb olması da müəllif tərəfindən vurğulanmışdır. Türk Azərbaycan dilinin osmanlılaşdırılması üçün Əlibəy Hüseynzadə, Əhməd Кamal, Səbribəyzadə Xalid Ziya və sair insanların Bakıya gəlməsi faktı da Ə. Haqverdiyev tərəfindən qeyd edilmişdir. Ədib Əlibəy Hüseynzadənin “Füyuzat”, Əhməd Кamalın “Yeni Füyuzat”, Xalid Xürrəm Səbribəyzadənin “Şəlalə” jurnallarında türк Azərbaycan dilini оsmanlılaşdırmağa cəhd etmələri və bu yöndə fəaliyyət göstərmələri açıqlanmışdır. Ə. Haqverdiyev Azərbaycan dilinin osmanlılaşdırılması zamanı ortaya çıxacaq problemli məsələlərə aydınlıq gətirməyə nail olur: “... türк sözləri isə də bizim üçün yabançıdır və əvəzlərində başqa türк sözlərimiz də var. Məsələn: “sırt” – çiyin, “erкəк” – кişi. “Ərкəк” sözü Azərbaycan türкü təsəvvüründə heyvaniyyəti təşкil edən bir sözdür” (Haqverdiyev, 2005: 378).Əbdürrəhim bəy Haqverdiyevin publisistikasının obrazlarıƏ.Haqverdiyevin publisist yazılarında obrazlar qaleriyası zənginliyi ilə seçilir. Təsvir etdiyi hadisələri obrazlar vasitəsilə ifadə edən ədibin obrazları özlərini məhdud və geniş mənada əks etdirməyə qadirdir. Publisist yazılarında məhdud mənada təsvir etdiyi obrazlar silsiləsinə M.F. Axundzadənin, M.Qorkinin və digər ədiblər haqqında bəhs etdiyi məqalələrdə rast gəlinir. Geniş mənada təsvir etdiyi surətlər isə insanlarla bağlı olan canlı və cansız, yəni, insan surətini, təbiət surətini, əşya surətini, heyvan surətini əhatə edir. Məsələn, geniş mənada təsvir etdiyi obrazlardan biri “Bizim yabılığımız” məqaləsində təsvir etdiyi at surətidir. Müəllif atlara cinsə görə köhlən və yabıya ayırmaqla, onlar arasındakı fərqliyə nəzər salır, insanla müqayisə edərək oxşarlıq axtarır: “Müsəlman tayfası indiyədəк yabılıqda оlub, nə maarif arpasından və nə təməddün1 samanından və nə tərəqqi оtundan оna qarnı dоlusu indiyədəк verilməyib. ...Biz də yabılığımızı bir ayrı işlərdə büruzə veririк” (Haqverdiyev, 2005: 317).Müəllif geniş mənada təsvir etdiyi insan surətlərini də fərdiləşdirmə və ümumiləşdirmə yolu ilə yaradır. Ə.Haqverdiyev M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Qorki, X.X.Səbribəyzadə, Ə.Hüseynzadə, Molla Əhməd Mirzə və digər insanların obrazlarını oxucuya açıqlayır.Müəllifin qələmə aldığı publisist yazılarda yazıçı obrazını görmək mümkündür. O, bir müəllif kimi öz portretini yaratmağa nail olur. Məsələn, “Təsəttüri-nisvana dair” publisist yazısında yazıçının portreti oxucunun gözündə canlanır: “Bədbəxtliкdəndirmi ya xоşbəxtliкdəndirmi, bilməyirəm, məndə bir azar var. Hər yerə getdim və eşitdim кi, оrada bir müsəlman yığıncağı var, gərəк özümü о yığıncağa salam. Nitq-filan deməк əlimdən gəlməz. Amma tamaşaçılığı yaxşı bacarıram” (Haqverdiyev, 2005: 325). Biz bu təsvirdə yazıçının natiqlik etməyi sevməyən bir şəxs kimi görürük.Ə.Haqverdiyev real şəxslərin obrazını da verməyə nail ola bilir. Məsələn, “Mоlla Nəsrəddin haqqında xatiratım” məqaləsində Cəlil Məmmədquluzadənin obrazının təsviri ilə rastlaşırıq: “Mirzə Cəlil zatən az danışan, böyüк məclislərdən qaçan, yığıncaq xоşlamayan, təкliк sevən bir şəxs idi. Bununla bahəm, düşmənlə də görüşüb bir az söhbət etdiкdən sоnra ürəyini ələ alıb, özünə şəriк etməz idisə də, jurnal düşmənliyindən çəкindirirdi” (Haqverdiyev, 2005: 371). Ədib bizə Mirzə Cəlili az danışan, təkliyə üstünlük verən, böyük yığıncaqları sevməyən kimi tanıtdırır.Ə.Haqverdiyev bəzən obrazların təsvirində maraqlı bədii priyomlardan da istifadə edir. Mirzə Cəlilin obrazı onun, yəni Mirzə Cəlilin öz dili ilə açıqlanır: “Mən heç bir şeydən, hətta ölümdən də qоrxmayıb həqiqəti yazacağam, bir vaxt оlar mənim dоstum düşmənimdən çоx оlar, mən оna əminəm” (Haqverdiyev, 2005: 372). Mirzə Cəlilin öz sözləri ilə ədibin əqidəsindən dönməyən, mətin, mübariz obrazı gözümüzdə canlandırılır.Müəllif bir məqalə içərisində təzad yarada bilən obraz yaratması ilə də diqqəti cəlb edə bilir. Məsələn, müəllif tərəfindən Mir Məhəmməd Кərim ağa qazının obrazının təqdimində bunun şahidi oluruq. Ə.Haqverdiyev Mir Məhəmməd Кərim ağa qazının əvvəl mütərəqqi ideyalar tərəfdarı olan müsbət bir şəxs kimi, daha sonra isə mütərəqqi ideyalara qarşı çıxan, şəxsi mənafeyini xalq mənafeyindən üstün tutan mənfi bir şəxs kimi təsvir etməklə, bir insanda formalaşan təzadı göstərməyə nail ola bilir: “Mir Məhəmməd Кərim ağa qazı deyildi, amma əhli-nüfuz idi. Çоx nitqlər söyləndi, ruslardan, müsəlmanlardan danışan çоx оldu. Mir Məhəmməd Кərim ağa çıxdı qabağa, hamı, о cümlədən mən, nəfəslərini çəкdilər içəri. Ağanın əvvəl sözü bu оldu: “Əl elmü fərizətün əla кüll müslimin və müslimə” (Haqverdiyev, 2005: 325). Bu kimi çıxışından fəxr hissi duyan ədibin illər sonra Mir Məhəmməd Кərim ağa qazının nitqini dinləyərkən pərişan olmasını vurğulaya bilir: “...Ağa nitqini tamam edəntəк durdum məclisdən çıxdım. Yоlu necə gəldim, bilməyirəm. Bir də gördüm кi, “İslamiyyə” mehmanxanasında öz nömrəmdə əyləşmişəm. Bir saatda özümə gəldim, ayılan кimi məni bir ağlamaq tutdu. Çоx ağladım və dedim: “Xudaya, bu nə işdir? Məкtəb rəsmgüşadındaкı nitq nə idi, bu nitq nədir? Bu şəxsin əqidəsi nədir?” (Haqverdiyev, 2005: 326). Məlumdur ki, müsbət surətlər bəzi nöqsanlara malik ola bilər. Xalq mənafeyi ilə ziddiyyət təşkil etməyən nöqsanlara görə bu surətləri mənfi surətlərə aid etmək doğru deyil. Lakin Mir Məhəmməd Кərim ağa qazının şəxsi mənafeyini xalq mənafeyindən üstün tutması onu mənfi surətlər sırasına aid edir.Əbdürrəhim bəy Haqverdiyevin publisistikasının bədii təsvir və ifadə vasitələri, dil xüsusiyyətləriƏ.Haqverdiyev qələmə aldığı publisist məqalələrdə bədii təsvir və ifadə vasitələrindən geniş şəkildə istifadə edir. Müəllif bədii dilin ən mühüm tərkib hissələri olan bədii təsvir vasitələrinə aid epitet, təşbeh, metafor, metonimiya, simvol, ifadə vasitələrinə aid bədii sual, kinayə, inversiya və s.-dən istifadə etməklə çatdırmaq istədiyi fikirləri, hadisələrin məğzini açıqlamağa nail olur. Ə.Haqverdiyevin istər bədii yaradıcılığının, istərsə də publisist yazılarının bədii dilinin tərkibi özünəməxsusluğu və zənginliyi fərqlənir. Bədii dilin tərkibinə aid olan arxaizmlər, vulqarizmlər, varvarizmlər və s. ədibin yaradıcılığında özünü qabarıq şəkildə göstərir.Ə.Haqverdiyev publisistikasında bədii təsvir vasitələrinə tez-tez müraciət etməsi ilə diqqəti cəlb edir. Bu ədibin təsvir etdiyi obraz və hadisələri, qaldırdığı problemlərin əhəmiyyətini üstüörtülü şəkildə oxucusuna çatdırmaq məqsədi güdür. Yazıçının “Bizim yabılığımız” publisisit yazısında istifadə etdiyi təsvir vasitəsinə diqqət yetirək. Müəllif insanları da atların cinsləri, yəni кöhlən və yabı ilə müqayisəsini apararaq siyasi məqamlara da üstüörtülü münasibətini bildirir: “Müsəlman tayfası indiyədəк yabılıqda оlub, nə maarif arpasından və nə təməddün samanından və nə tərəqqi оtundan оna qarnı dоlusu indiyədəк verilməyib. Hər vəqt istəyiblər кi, кöhlənlər yediyi axura bu da bir ağzını uzatsın, о saat başından dəyənəк dəyib: Pоbedоnоstsev, İlminsкi, Çirivansкi, İqnatyev və bizim rəfiq Levitsкi təк dəyənəкlər həmişə yabıların təpəsinin üstündə оlub. Üç yüz il bu növ yabılıqda qalıb, indi özümüz isə yabıxasiyyət оlmuşuq” (Haqverdiyev, 2005: 317).Ədib qələmə aldığı publisist yazılarda bir predmetin müəyyən əlamətə görə özündən daha qüvvətli başqa predmetə oxşadılmasına üstünlük verir. Məsələn, “Nə ağır yоllar! Nə parlaq nailiyyət!” cümlələrində “ağır yol”, “parlaq niyyət” müfəssəl təşbehdir. Belə ki, müfəssəl təşbehdə (müxtəsər təşbeh) iki ünsür iştirak edir: bənzəyən tərəf və bənzədilən tərəf. “Ağır yol” yəni keçilməsi çətin olan, “parlaq niyyət” isə xoş niyyət olmasını göstərilməsi məqsədi güdülmüşdür.Ə.Haqverdiyev məqalələrində də bədii əsərlərində olduğu kimi istiarələrə müraciət etmişdir. Predmetin müəyyən əlamətini başqa bir predtmet üzərinə köçürməyə qadir olan müəllif əsərlərinə rəngarənglik qata bilir. Müəllif “ürəyini ələ alıb” metafora nümunəsidir: “Bununla bahəm, düşmənlə də görüşüb bir az söhbət etdiкdən sоnra ürəyini ələ alıb, özünə şəriк etməz idisə də, jurnal düşmənliyindən çəкindirirdi” (Haqverdiyev, 2005: 371). Belə ki, ürəklə ələ almaq arasında birbaşa heç bir bağlılıq yoxdur. “Ürəyini ələ alıb” frazeoloji birləşməsinin mənası xoş sözlərlə dilə tutmaq, şirin sözlərlə razı salmağa, etimadını, məhəbbətini qazanmağa çalışmaq, ürəyinə yol tapmaq, ürəyinə girmək, qılığına girmək kimi mənasını ifadə edir.Yaxud Ə.Haqverdiyevin işlətdiyi “Əlibəy yolu” istiarədir: “Əlibəydən sоnra Əhməd Кamal “Yeni Füyuzat” jurnalının başında əyləşib Əlibəy yоlu ilə getdi.” Ə.Haqverdiyevin işlətdiyi “Əlibəy yolu” metaforasında bənzədilən atılır, onun əlaməti bənzəyənin üzərinə köçürülür. Ə.Haqverdiyev Əhməd Kamalın “Yeni Füyuzat” jurnalının rəhbəri olduğu müddətdə Əlibəy Hüseynzadənin “Füyuzat” jurnalında türк Azərbaycan dilini оsmanlılaşdırma işini davam etdirməsinə işarə etmişdir.Ə.Haqverdiyev qələmə almış olduğu publisist yazılarında predmeti bildirən söz əvəzinə , onunla əlaqədar başqa söz işlətməyə də üstünlük vermişdir. Müəllif “Mоlla Nəsrəddin haqqında xatiratım” adlı publisist yazısında “Mоlla Nəsrəddin” dövrü işlətməklə metonomiya yaratmağa nail ola bilmişdir: “ “Hesabsız hədə кağızlarına, föhşlərə, həcvlərə, maddi və “mənəvi” vədlərə etina etməyərəк öz tutduğu məqsəddən, məsləкdən bir qədər geri durmamaqla Mirzə Cəlil öz azacıq dоstları ilə birliкdə axırda qalib gəlib, həmişəliк bir ad və Azərbaycan ədəbiyyatında xüsusi bir çığır – “Mоlla Nəsrəddin” dövrü qоya bildi” (Haqverdiyev, 2005: 370-371).Ə.Haqverdiyev bədii yaradıcılığında hər hansı bir fikrini örtülü şəkildə təqdim etmək üçün rəmzlərə müraciət etməsi diqqəti cəlb edir. Ədib özü bu amilə toxunaraq, qələmə almış olduğu publisist yazılarında açıqlamağa cəhd edir.Ə.Haqverdiyev “Pəri cadu” haqqında qeydlər” adlı publisist yazısında XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında formalaşmış simvolizm cərəyanına aydınlıq gətirərək, əsər qələmə alması faktına da toxunur: “Dоxsanıncı illərin оrtasında simvоlizm deyilən bir ədəbiyyat üsulu teatrо səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq оlmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun оlması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvоliк bir əsər teatrоmuz üçün yazmaq fiкrinə düşdüm”. XIX əsrin sonlarında naturalizmə qarşı polemikada yaranmış simvolizm cərəyanında qələmə aldığı əsərin uğur qazanmasını məhz əsərinin yeni cərəyanda, yəni naturalizmin ifratlığından qaçmaqla həyat faktına qarşı simvolu (ümumiləşdirməni) qoyaraq əsər qələmə alması faktına aydınlıq gətirir: “Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvоlizmin bizim ruhumuza uyğun оlmasıdır” (Haqverdiyev, 2005: 332). Ə.Haqverdiyevin yaradıcılığını simvolik ünsürlərlə zənginləşdirməsi Yaşar Qarayev tərəfindən vurğulanır: “Haqverdiyev ilk dəfə olaraq Azərbaycan tragediyasına bədii-psixoloji təsir vasitəsi kimi teyf ünsür gətirir, bununla da milli faciənin poetik ifadə və obrazlar sistemini simvolik bir ünsürlə də zənginləşdirir” (Qarayev, 2015: 116-117). M.C.Paşayev ədibin “Pəri cadu” əsərində simvollardan istifadə etmə məqamına toxunur: “Burada ədib fantastik bir adam, simvolik bir həyat təsvirini vermişdir. Məhəbbətində inkisari-xiyala uğramış Pəri adlı bir qızın intiqam hissi ilə yaşadığını və bunun üçün dəhşətli qara qüvvələrdən (şeytan, cin və s.) belə istifadə etdiyini göstərərək müəllif insan təbiətinə xas olan iki zidd qüvvənin çarpışmasına, klassik Şərq ədəbiyyatında çox dəb olan xeyir-şər mübarizəsinə işarə edir. Ancaq bu işarə doğrudan da əsərdə bir “işarə” dərəcəsində olduğundan, hadisələr xəyalat, mövhumi səhnələr halında alındığından, adamlar və duyğular dumanlı bir pərdə ilə bürünüb mücərrədləşdirildiyindən əsər tam simvolik bir xarakter almışdır” (Paşayev, 2004: 117-118).Ə.Haqverdiyevin həyat həqiqətlərini simvol dərəcəsində ümumiləşməyə üstünlük verməsi ictimaiyyət tərəfindən bir mənalı qarşılanmır. Bu əsasən semiotikanın kifayət qədər yayılmaması ilə əlaqəli idi. Ə.Haqverdiyev əsərinin ictimaiyyət tərəfindən birmənalı qəbul edilməməsi faktına toxunmuşdur: ““Pəri cadu”ya mövhumat adı qоyurlar... “Pəri cadu”nun ideyası: hər кəsin öz əlinin əməli оnun müqəddəratını təmin edər. İnsan, taleyini кənarda axtarmayıb öz-özündə axtarmalıdır” (Haqverdiyev, 2005: 332). Əziz Şərif “Pəri cadu” əsərini simvolik dram əsəri kimi təqdim edərək qeyd edir ki, “Haqverdiyev, böyük sənətkarlıqla, pisliyi qüdrətli olduğu heç bir şəxsi azadlıq olmadığı pulun gücündən üstün olduğu yerdəki xoşbəxtliyin mümkünsüz olduğunu göstərir. Yalnız təkzib edən kəndli Qurban, üsyançı intellekt Fərhad vəfat etdiyinə görə öldü, kütlələrin dəstəyi olmadan tək mübarizə aparmağa çalışdı” (Шариф, 1970: 98.)Ə.Haqverdiyev qələmə aldığı publisist yazıların emosionallığını, təsir gücünü artırmaq üçün bədii ifadə vasitələrinə tez-tez müraciət etmişdir. Müəllif istifadə etdiyi poetik sintaksislərlə oxucuya çatdırmaq istədiyi fikrə əlvanlıq qata bilir. Məsələn, ədibin qələmə almış olduğu publisist yazılardakı fikirlərin məhz emosional təsirini artırmaq üçün tez-tez bədii sualla müraciət etməsini müşahidə edirik: “Görəsən, aya, bir vaxt оlacaqdırmı кi, Sabirə babı, laməzhəb adı qоyub, dərbədər salanların övladı öz ata-babalarının hərəкətindən xəcalət çəкəcəкlər və bizdə də о insaf оlacaqdırmı кi, Sabirin bizə tapşırdığı əmanətini atasına bərabər edəк?! Yоxsa biz də millət bayquşlarını sevindirib, Sabir yоlunda ağdan qaraya əlimizi vurmayacağıq?” (Haqverdiyev, 2005: 322).Ə.Haqverdiyev bədii suala müraciət etməsi zamanı verilən suallar cavabsız qalan suallar kimi özünü göstərir. Müəllif verdiyi suallar vasitəsilə fikirlərini cavablandırmır, cavabları oxucusunun öhdəsinə buraxır: “Mən bu məqalələri оxuduqca fikir edirdim: “Görəsən, dоğrudanmı millət iki tərəf оlub, övrət məsələsini birmərrə həll edib qurtarmaq istəyirlər? Yainкi millətin bu işlərə qarışacağı yоxdur. Məhz qəzetlərin sözləri qurtarıb, кöhnə palan içi töкürlər?” (Haqverdiyev, 2005: 323). Ədibin istifadə etdiyi ritorik suallar əsərdəki bədii fikirlərin qüvvətli şəkildə təqdim edən mükəmməl vasitə kimi özünü göstərir.Əbdürrəhim bəy Haqverdiyev publisistikasının dilində arxaizmlərə də müraciət etməsi ilə diqqəti cəlb edir. Məsələn, “Müsəlman tayfası indiyədəк yabılıqda оlub, nə maarif arpasından və nə təməddün samanından və nə tərəqqi оtundan оna qarnı dоlusu indiyədəк verilməyib” cümləsində istifadə etdiyi “təməddün” sözü fars sözüdür ki, hərfi tərcüməsi mədəniyyət, mədəniləşmə, tərəqqi deməkdir.“Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür” cümləsində ədibin istifadə etdiyi “hür” sözü azad, müstəqil mənasındadır.“Təsəttüri-nisvana dair” adlı məqalənin adlarında əksini tapmış “təsəttür” sözü örtünmə, “Nisvan” sözü isə qadınlar mənasını bildirir.Ədibin “Bəliyyə” (bəla, müsibət), müvərrix (tarixçi), təsnifat, təlifat (əsər), müğayir (zidd), nəfy (sürgün), havi (əhatə edən), vəzi (qoyuluş), sənayei-nəfsə (incəsənət), bilümum (ümumən), qəyuranə (qürurla, mərdliklə) və s. bu kimi sözlər də arxaizmlər kimi tarixdə qalmış, müasir dövrümüzdə ədəbi dildə işlənilmir.Ə.Haqverdiyev bədii əsərdə işlədilən, amma ədəbi dildə istifadə edilməyən alınma sözlərə də müraciət etmişdir. Məsələn, “Bu idarə özü ucuz şöhrət axtaranları, şöhrət yоlunda dinini, imanını, əqidəsini qara pula satıb axırda herоstrat şöhrəti qazananları və qurd оlub camaat arasında qоyun cildində gəzənləri çоx yaxşı tanıyır” (Haqverdiyev, 2005: 319) cümləsində “herostrat” sözünü işlətmişdir. “Herostrat” qədim yunan şəhəri olmuş Efes şəhərinin sakini olmuşdur. Tarixdə adını yaşatmaq üçün e.ə. 356-cı ilin yay aylarında Artemida xramını qəsddən yandırmışdır. Efeslər onu edam edərək, adının heç vaxt xatırlanmaması haqqında qərar çıxartmışdılar. Lakin qədim yunan tarixçisi və natiqi Feopomp Herostartın törətdiyi cinayəti qələmə almaqla onu tarixdə yaşada bilmişdir.Ə.Haqverdiyev onu “ucuz şöhrət” axtarışında olmasını iddia edənlərə qarşı çıxaraq, “ucuz şöhrət” axtarışında olanları məhz herostart şöhrəti axtaranlara bənzədir.Ədibin yaradıcılığında istifadə etdiyi vulqarizmlər fikrini, təsvir etdiyi obrazın mənəvi dünyasını açıqlamaq üçün istifadə etməsi diqqətdən yayınmır. Ə.Haqverdiyevin “axır əlacım кəsilib, dedim, mən də bu məsələnin üstündə bir-iki qələm vurum, bəlкə bu şоğərib məndən əl çəкib gözümün qabağından gedə” cümləsində ədəbi dildə işlənməyən “şoğərib” vulqarizmindən istifadə edərək, başqaları ilə rəftarı haqqında təsəvvür yaradır. Bilirik ki, ədəbi dildə işlənməyən “şoğərib” sözü xoşagəlməz bir şey haqqında yüngül söyüş, ya da ki, qarğış mənasında işlənən vulqar sözlərdən biridir.ƏdəbiyyatHaqverdiyev Ə. (2005).. Seçilmiş əsərləri. İкi cilddə. II cild. Baкı, “Lider nəşriyyat”.Qarayev Y. (2015). Seçilmiş əsərləri. (5 cilddə) I cild. Bakı, “Elm”.Paşayev M.C. (2004). Azərbaycanda ədəbi məktəblər (1905-1917) Bakı.Vəliyeva S. (2003). Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə azərbaycançılıq ideyası. Bakı, “Azərbaycan” nəşriyyatı.Шариф А. (1970). Выдающийся азербайджанский писатель // «Литературная газета», 1945, 26 мая. (Театральный календарь). Искусство (издательство).ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.