Prostat Xərçənginin Diaqnostikasında Yeni Mərhələ: MR-Fusion Prostat Biopsiyas

Prostat Xərçənginin Diaqnostikasında Yeni Mərhələ: MR-Fusion Prostat BiopsiyasProstat Xərçənginin Diaqnostikasında Yeni Mərhələ: MR-Fusion Prostat BiopsiyasProstat Xərçənginin Diaqnostikasında Yeni Mərhələ: MR-Fusion Prostat BiopsiyasProstat Xərçənginin Diaqnostikasında Yeni Mərhələ: MR-Fusion Prostat Biopsiyas Ölkəmizdə ilk dəfə tətbiq olunan texnologiyaya həsr olunmuş elmi simpozium keçirildi

Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsinin (HTBİ) Elmi Təcrübə Mərkəzində “Prostat Xərçənginin Diaqnostikasında MR-Fusion Prostat Biopsiyası” texnologiyasının tətbiqinin müasir aspektlərinə həsr olunmuş elmi simpozium keçirilib.

Toplantı Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasında imzalanmış memorandum əsasında təşkil olunub.

Simpoziuma DTX HTBİ Elmi Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Urologiya, Nefrologiya və Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan və Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, “Radiologiya” kafedrasının müdiri, professor, tibb elmləri doktoru Məlahət Sultan həmsədrlik edib.

Simpoziumda ölkəmizdə ilk dəfə məhz DTX HTBİ-də tətbiq olunan MR-Fusion texnologiyasının prostat xəstəliklərinin diaqnostikasındakı rolundan bəhs olunub. Çıxışlarda metodun klinik təcrübəyə gətirdiyi üstünlüklər, ilk nəticələr və gələcək inkişaf istiqamətləri müzakirə edilib.

Tədbirdə t.e.d. Rəşad Şolanın, professor Səbinə Şadlinskayanın, dosent Mətanət Pənahovanın, t.ü.f.d. İldırım Babayevin, t.ü.f.d. Mahmud Bağırzadənin və Dr. Seymur Kərimovun məruzələri böyük maraqla qarşılanıb.

Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri professor Rauf Nağıyev, professor İlham Əhmədov, professor Akif Bağırov, dosent Elçin Əfəndiyev və Milli Onkologiya Mərkəzinin direktor müavini, tibb elmləri doktoru Fuad Quliyev məruzələr ətrafında maraqlı diskussiyalar aparıblar.

MR-Fusion biopsiyası nə üçün önəmlidir?
Prostat xərçəngi dünyada kişilər arasında ən geniş yayılmış onkoloji xəstəliklərdən biridir. Xəstəliyin erkən və dəqiq aşkarlanması müalicə taktikasına və yekun nəticəyə birbaşa təsir göstərir.

Ənənəvi sistemli biopsiya zamanı toxuma nümunələri prostatın müxtəlif nahiyələrindən təxmini qaydada götürülür. Bu yanaşma klinik əhəmiyyətli şişlərin bir hissəsini nəzərdən qaçıra, eyni zamanda təhlükə daşımayan ocaqların artıq aşkarlanmasına səbəb ola bilir.
MR-Fusion biopsiyası multiparametrik maqnit-rezonans tomoqrafiya (mpMRT) təsvirlərini real vaxt rejimində aparılan ultrasəs təsviri ilə birləşdirir. Şübhəli ocaqlar əvvəlcədən MRT vasitəsilə müəyyən edilir, PI-RADS şkalası üzrə qiymətləndirilir və biopsiya zamanı dəqiq hədəflənərək nümunə götürülür.
Bu metod klinik əhəmiyyətli prostat xərçənginin aşkarlanma dərəcəsini artırır, müalicə tələb etməyən az təhlükəli şişlərin lazımsız aşkarlanmasını azaldır, daha az sayda nümunə ilə daha dəqiq nəticə əldə etməyə imkan verir və aktiv müşahidəyə uyğun xəstələrin seçilməsini asanlaşdırır. Beləliklə, xəstə üçün həm diaqnostik dəqiqlik artır, həm də əlavə müdaxilə riski azalır.

Simpozium ölkəmizdə prostat xərçənginin diaqnostikasında müasir texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyıb. Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi ilə Azərbaycan Tibb Universiteti arasındakı elmi əməkdaşlığın bu istiqamətdə davam etdirilməsi nəzərdə tutulur.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azərbaycanlı cərrahın nəticələri Dünya Transplant Konqresində məruzə edilib

Azərbaycanlı cərrahın nəticələri Dünya Transplant Konqresində məruzə edilib

Biologiya və tibb elmləri
Tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə - “İctimai sağlamlığın təmini im ...

Tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə - “İctimai sağlamlığın təmini im ...

Səhiyyə, Sağlamlıq
Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru Fatimə Hacıyeva (1979)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Həkim-endoskopist:

Həkim-endoskopist: "Həzm sistemindəki onkoloji patologiyaların erkən mərhə ...

Sağlamlıq, Səhiyyə, Başkeçid, Darvaz
Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə pers ...

Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə pers ...

Biologiya və tibb elmləri

"Memorial Klinik" Tibb Mərkəzi

Səhiyyə, Sağlamlıq, Darvaz, Elanlar
Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Tanınmış cərrah Azər Şadlinski vəfat edib

Səhiyyə, Nekroloqlar, Qərbi Azərbaycan
Akademik FUAD ƏLİYEV (1965)

Akademik FUAD ƏLİYEV (1965)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Başkeçid, Bolus, Darvaz, Rusiya, Diaspora
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin büro iclası keçirilib

Təşəkkür və minnətdarlıq

Təşəkkür və minnətdarlıq

Səhiyyə
AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

AMEA BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİNİN BÜRO İCLASI KEÇİRİLİB

Biologiya və tibb elmləri
AMEA Zoologiya İnstitutunda Zəlilərin süni yolla çoxaldılması üzrə ilk nəti ...

AMEA Zoologiya İnstitutunda Zəlilərin süni yolla çoxaldılması üzrə ilk nəti ...

Biologiya və tibb elmləri
Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artı ...

Biologiya və tibb elmləri
NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

NƏRGİZ KLİNİKASI - İNSANLARIN SAĞLAMLIĞININ KEŞİYİNDƏ

Səhiyyə
Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Biologiya və tibb elmləri
Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Tanınmış şəxsiyyətlərin savadından və bacarığından faydalanan təcrübəli hək ...

Səhiyyə, "Şərqin səsi"
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

Səhiyyə, "Elm və Təhsil"
Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
Rəy yazın: