Tanınmış həkim-infeksionist Nəzakət Salmanova (Tanrıverdiyeva) vəfat edib Digər » Nekroloqlar 11 июня 2026 390 0 1 2 3 4 5 ALLAH RƏHMƏT ELƏSİN...Laçın rayonunun istimaiyyətinə ağır itki üz vermişdir.Bu barədə Laçın Rayon Mərkəzi Xəstəxanası özünün rəsmi Facebook səhifəsində belə bir nekroloq yaymışdır:"Dərin hüznlə bildiririk ki, səhiyyə sahəsində fədakar əməyi, yüksək peşəkarlığı və insanlara göstərdiyi qayğı ilə seçilən, uzun illər Laçın Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışmış həkim-infeksionist Nəzakət Əliş qızı Salmanova (Tanrıverdiyeva) 11 iyun 2026-cı il tarixində vəfat etmişdir.Nəzakət xanım öz zəngin bilik və təcrübəsi, peşəsinə sədaqəti, yüksək mənəvi keyfiyyətləri və insanpərvərliyi ilə həm həmkarlarının, həm də minlərlə pasiyentin dərin hörmət və rəğbətini qazanmışdır.Bu ağır itki ilə əlaqədar olaraq Laçın Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, yaxınlarına səbir diləyirik.Allah rəhmət eləsin, xatirəsi daim qəlblərdə yaşayacaqdır." Biz də Redaksiya Heyətimiz adından uzun illər Laçın Rayon Mərkəzi Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinin müdiri vəzifəsində çalışmış tanınmış həkim-infeksionist Nəzakət Salmanovanın vəfatından kədərləndiyimizi bildirir,mərhumun ailəsinə, bütün doğmalarına, qohumlarına və yaxınlarınadərin hüznlə başsağlığı veririk.Allah rəhmət eləsin!..Məkanı cənnət, Ruhu şad olsun!..Böyük hörmət və ehtiramla,MÜŞFİQ BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.