QƏLBLƏRDƏ YAŞAYAN BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV Humanitar elmlər, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 14 июля 2026 47 100 1 2 3 4 5 Azərbaycan elminin tanınmış simalarından biri, görkəmli türkoloq, məşhur dilçi-alim, Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elmlər Akademiyasının akademiki, Türkiyənin Türk Dili Qurumunun üzvü, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov ömrünü Azərbaycan dilinin, türk dünyasının elmi irsinin araşdırılmasına və gənc nəslin yetişdirilməsinə həsr etmiş nadir ziyalılardan idi. Onun zəngin elmi-pedaqoji fəaliyyəti, yüksək mənəvi keyfiyyətləri və insanpərvərliyi bu gün də dərin ehtiramla xatırlanır.1937-ci il aprelin 11-də qədim Borçalı mahalının Darbaz kəndində dünyaya göz açan Mədəd Çobanov hələ gənclik illərindən elmə böyük maraq göstərmiş, ömrünün sonunadək bu müqəddəs yoldan dönməmişdir. O, Azərbaycan dilçiliyinin, türkologiyanın, onomastikanın – xüsusilə də, antroponimikanın və toponimikanın inkişafına misilsiz töhfələr vermiş, 60-dan çox elmi kitabın və yüzlərlə məqalənin müəllifi olmuşdur. Onun tədqiqatları bu gün də görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilir və gənc tədqiqatçılar üçün dəyərli elmi mənbə hesab edilir.Akademik Mədəd Çobanov təkcə elm adamı deyildi. O, əsl müəllim idi. Minlərlə tələbənin elm yolunda ilk addımlarına işıq salmış, bilik və təcrübəsini böyük səxavətlə bölüşmüş, vətənini və ana dilini sevməyi gənclərə aşılamışdır. Onun dərsləri yalnız elm öyrətmirdi, həm də vətəndaşlıq, insanlıq və milli mənəvi dəyərlər məktəbi idi.Onu yaxından tanıyan hər kəs Mədəd müəllimi təvazökar, xeyirxah, səmimi, mərhəmətli və yüksək mədəniyyət sahibi kimi xatırlayır. O, ailəsinə bağlı gözəl ailə başçısı, dostlarına sədaqətli sirdaş, el-obasına arxa-dayaq olan ağsaqqal idi. Onun müdrik sözü, xeyirxahlığı və insanlara göstərdiyi diqqət yaddaşlardan heç vaxt silinməyəcək.Akademik Mədəd Çobanovun həyatı elmə, Vətənə və milli-mənəvi dəyərlərə sədaqətin parlaq nümunəsidir. O, bütün fəaliyyəti ilə sübut etdi ki, alim olmaq yalnız elmi nailiyyətlər qazanmaq deyil, həm də xalqa vicdanla xidmət etməkdir.Bu gün akademik Mədəd Namaz oğlu Çobanov fiziki olaraq aramızda olmasa da, onun yaratdığı zəngin elmi irs, yetişdirdiyi alimlər, yazdığı əsərlər və nurlu xatirəsi yaşayır. O, Azərbaycan elminin tarixində silinməz iz qoymuş böyük şəxsiyyətlərdən biri kimi hər zaman ehtiramla yad ediləcək. Onun adı və elmi irsi gələcək nəsillər üçün daim örnək olaraq yaşayacaq.Allah görkəmli alim Mədəd Namaz oğlu Çobanova rəhmət eləsin. Ruhu şad, məqamı uca olsun. ***Və sonda ustadımız – akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyim bir şeiri dəyərli oxucularımıza təqdim edirəm:PARLADIN GÜNƏŞ TƏK BU YER ÜZÜNDƏ…Akademiklərin akademiki,Xalqıma şərəfdi elimdə adın.Alimlər bəxş etdin sən bu həyata,Yeni nəsillərə nümunə oldun.Elmi əsərlərin dillərdə əzbər,Həyata aşladın gözəl günləri.Adını qürurla daşıyacaqlar,Səndən təhsil alan tələbələrin.Parladın günəş tək bu yer üzündəMüzəffər olmağı daim bacardın.Şəfəqin nurunda şölələnərkən,Qaranlıq zülmətin bağrını yardın.İşıqlı yollardan keçdi izlərin,Minlərlə tələbə yetişdirmisən.Xeyirxah işlərin kitaba sığmaz.Sən elmi işlərə həyat vermisən.Elm-Təhsil verdiyin tələbələrinAli məktəblərdə müəllim oldu.Zaman sınaqlarda sınadı səni,Elm və təhsil vermək ən uca yoldu.Atadan övlada yadigar qaldı,Elmi işlərində fədakarlığın.Müşfiq Borçalının ürəyindədiXalqa göstərdiyin mehribanlığın.RAZİYƏ KAMİLQIZI,"NUR" İnformasiya Agentiyinin - nur.info.az saytının redaktoruAYB və AJB-nin üzvü. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.