SƏADƏT ƏLİYEVA - ONUNCU MƏRTƏBƏNİN 40-cı ZİRVƏSİNDƏ

SƏADƏT ƏLİYEVA - ONUNCU MƏRTƏBƏNİN 40-cı ZİRVƏSİNDƏ Həyatda elə insanlar vardır ki, onların dünyaya gəlişi nəinki özünə, ailəsinə deyil, başqalarının da var olmasına, yaşamasına, yaratmasına bilavasitə nəfəs verir, ruh verir, səadət bəxş edir.
Belə insanların varlığı cəmiyyət üçün günəş kimi müqəddəs, səhra üçün su kimi, hava kimi dəyərli, xalqı, milləti üçün isə ümid, pənah yeri kimi möhtəşəmdir, mübarəkdir.
Belə insanlar Tanrının seçilmiş, mükafatlandırılmış bəndələrindən olan nadir insanlardır…
Haqqında söhbət açacağım insanlardan biri də bügünkü yazımın baş qəhrəmanı, dövlətimizin adaşı, müstəqil Azərbaycanımızın həmyaşıdı, müasir elm və təhsilimizin müqəddəs məbədgahı olan
AZƏRBAYCAN UNİVERSİTETİNİN rektoru
filologiya üzrə fəlsəfə doktoru
SƏADƏT NAMİQ qızı ƏLİYEVADIR.


Haqqında illərdir yazmaq təşnəsi ilə döyünən qələmim öz vəfa, vicdan borcunu verməyə, görünür, indi qərar verdiyindən elə indi də yazmağa icazəlidir.
Onun həyat yolunu metaforik də olsa, hər mənada sözün işığı, idarəçiliyin gücü, novatorluğun sinerjisi, zamanı qabaqlayan lider, ciddiyyətlə mülayimliyin illüstrasiyası, kübarlığın və xanımlığın təcəllası, elm və təhsilin kredo səhifəsi də adlandırmaq olar.
Bəlkə də Tanrının bir lütfüdür ki, tale ona həm də müdrikliyi və olğunluğunun müqabilində böyük bir şücaəti - hələ çox gənc yaşlarında böyük bir elm məbədinin sükanını əllərinə almaq kimi bənzərsiz bir cəsarət də bəxş eləmişdir ki, bu uğurun düsturunu izah etməyə məncə heç bir ehtiyac yoxdur.
40 rəqəmi folklorumuzdan, mifologiyamızdan üzü bəri müqəddəsləşdirilmiş bir rəqəmdir. Şifahi ədəbiyyatımızdan da bəllidir ki, sirlərlə dolu olan “40-ıncı qapı”, “körpənin 40-ının çıxması,”, “40 gün 40 gecə toy” ifadələrini həm də QƏLƏBƏ sözü ilə simvolikləşdirmək olar. (təəssüf ki, 40 yaşın qeyd edilməməsi kimi batil inanclar da əsası olmayan tamamilə cahil təfəkkürün məhsuludur)
Şübhəsiz ki, 30 yaşın cəsarətini artıq 10 ildir ki, inamla davam etdirən İlin Ən Gənc Rektorunun - Səadət xanımın 40-cı Zirvə Zəfərinin də heç bir sübuta ehtiyacı yoxdur. İnanırıq ki, təhsilimizin sükanı hələ neçə 10 illiklər də etibarlı əllərdə olacaqdır.
Zamanın sürətlə dəyişdiyi, qloballaşan dünyamızda müasir təhsil sisteminin qurulması təkcə dərin bilik deyil, həm də böyük cəsarət, yenilikçi baxış və sarsılmaz iradə tələb edir. Bu gün Azərbaycan təhsil məkanında öz dəst-xəti, gənclik enerjisi və peşəkar idarəetmə tərzi ilə seçilən rəhbərlərdən söz düşəndə, ağla gələn ilk simalardan biri olan Səadət xanımın ömrünün ən məhsuldar, müdriklik yaşının tamam olması, təkcə onun üçün deyil, rəhbərlik etdiyi çoxminli universitet kollektivi üçün əlamətdar bir gündür.
Səadət xanımın fəaliyyət trayektoriyasına nəzər saldıqda, onun hələ gənc yaşlarından elmə, təhsilə və maarifçiliyə necə böyük sevgi ilə bağlandığını görmək mümkündür. Bir alim kimi çoxsaylı dəyərli kitabların: "Britaniya uşaq ədəbiyyatı" (Dərs vəsaiti, Bakı, 2018), "Robert Börns: Şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya" (Dərs vəsaiti, Bakı, 2019), "Britaniya uşaq folkloru: Poeziya" (Dərs vəsaiti, Bakı, 2021, "Amerika uşaq ədəbiyyatı" (Dərs vəsaiti, Bakı, 2025) və s. çoxsaylı elmi məqalələrin müəllifi kimi tanınan Səadət Əliyeva, eyni zamanda böyük bir təhsil ocağının idarəetmə pultunu da inam və etibarla qoruyur. Şübhəsiz ki, bu səriştənin kökündə gendən-qandan gələn liderlik ruhunu danmaq mümkün olmadığı kimi, onun dövlətə, dövlətçiliyə, azərbaycançılığa son dərəcə sadiqliyini, sədaqətinin də böyük rol oynadığını təkzib etmək olmaz. Hələ çox gənc yaşında bu məsuliyyətli missiyanı üzərinə götürmək və on il ərzində bu etimadı yüksək səviyyədə doğrultmaq hər rəhbərə nəsib olmayan qeyri-adi bir şücaətdir. Bunun bariz nümunəsi olaraq Azərbaycan Universiteti keyfiyyətli təhsilin, elmi nailiyyətlərin və beynəlxalq standartların tətbiq olunduğu aparıcı ali məktəblərdən birinə çevrilmişdir. Onu xarakterizə edən ən mühüm xüsusiyyətlərdən biri özünəməxsus, orijinal və unikal rəhbərlik üslubudur. Balanslaşdırılmış xarakteri ilə universitetdə həm yüksək nizam-intizamın qorunmasına, həm də hər bir əməkdaşın və tələbənin özünü dəyərli hiss etdiyi isti bir mühitin yaranmasına xidmət edir. O, təhsilə sadəcə bir iş deyil, gələcəyin qurulması missiyası kimi baxır və hər bir addımında yenilikçiliyi, müasir texnologiyaların tədrisə inteqrasiyasını dəstəkləyir və təhsil arenasında birinciliyi hədəfləyir. Bütün bunlarla yanaşı o, həm də milli-mental təfəkkürümüzün görmək istədiyi əsl Azərbaycan xanımına xas olan kübarlığı, alicənablığı ilə gözəl ailə başçısı, fədakar ana kimi də öz missiyasını ləyaqət və şərəflə yerinə yetirir. Hər bir qadın rəhbərin imici xanımlıq və analıq funksiyası ilə, düzgünlük, dəqiqlik, nizam-intizamla vəhdət təşkil edərsə, bu uğurun qarşısında metaforik səslənsə də, şübhəsiz ki, heç dağlar da tab gətirə bilməz.
Səadət Əliyevanın Azərbaycan Universitetinə rektor təyin olunduğu 2017-ci ildən bəri ötən dövrdə onun rəhbərliyi ilə ali məktəbdə tədrisin keyfiyyətinin artırılması, beynəlmiləlləşmə və elmi infrastrukturun yenilənməsi istiqamətində çox ciddi islahatlar aparılmışdır. Onun gətirdiyi əsas yeniliklər və uğurları bir neçə mühüm istiqamət üzrə qruplaşdırmaq olar.
Onun rəhbərliyi dövründə Azərbaycan Universiteti dünyanın ən nüfuzlu reytinqlərindən sayılan "Şanxay reytinqi"ndə (Shanghai Ranking) yer almış və QS Beynəlxalq Reytinq Agentliyi ilə rəsmi tərəfdaşlıq müqaviləsi imzalamışdır. Tələbələrin qlobal təhsil imkanlarını genişləndirmək məqsədilə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti (Kompüter elmləri və mühəndisliyi üzrə) və İtaliyanın Tuscia Universiteti (MBA proqramının marketinq istiqaməti üzrə) kimi xarici ali məktəblərlə beynəlxalq ikili diplom proqramları uğurla fəaliyyətə başlamışdır.
Universitetdə müasir texnologiyaların tətbiqinə xüsusi önəm verən rektorun təşəbbüsü ilə İKT fakültəsində Xarkov Milli Radioelektronika Universiteti ilə birgə "İnformasiya təhlükəsizliyi üzrə Birgə Təlim və Tədqiqat Laboratoriyası" açılmışdır. Burada tələbələr kiber təhlükəsizlik və şəbəkə sistemlərini müasir serverlər vasitəsilə praktiki öyrənirlər.
Tələbələrin məzun olduqdan sonra işlə təminatını asanlaşdırmaq üçün bir çox dövlət qurumları ilə memorandumlar imzalanıb. İqtisadi Elmi Tədqiqat İnstitutu (İETİ), Ədliyyə Nazirliyinin Probasiya xidməti və Sosial Xidmətlər Agentliyi ilə qurulan tərəfdaşlıqlar sayəsində tələbələrə real iş mühitində istehsalat təcrübəsi keçmək imkanı yaradılmışdır. Universitet daxilində elmi-praktiki fəaliyyəti gücləndirmək üçün Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi formalaşdırılmışdır. Eyni zamanda gender bərabərliyi və inklüziv təhsil mövzusunda beynəlxalq konfranslara xüsusi diqqət ayrılmışdır.
Qısa müddət ərzində gördüyü misilsiz xidmətlərinə görə universitetimizin rektoru dövlətimiz tərəfindən daim diqqət mərkəzindədir, davamlı mükafat və fərmanlarla təltif edilir. Təhsil nazirinin əmri ilə 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və elm və təhsil sahəsində yüksək nailiyyətlərinə görə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı, 2021-ci ildə, Azərbaycan Universitetinin 30 illiyi münasibətilə və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 2024-cü ildə Elm və Təhsil naziri Emin Əmrullayevin 26 oktyabr 2023-cü il tarixli əmrinə əsasən “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921 –2021)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir. 2025-ci ildə isə Özbəkistanın Mamun Universitetinin fəxri professoru adına layiq görülmüşdür.

Səadət xanım bu gün öz yubileyini zəngin idarəçilik təcrübəsi, elmi uğurları və rəhbərlik etdiyi doğma kollektivin sonsuz sevgisi ilə qarşılayır.
Azərbaycan Universitetinin professor-müəllim heyəti və tələbələri adından hörmətli rekorumuzu yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, xoşbəxtlik və Azərbaycan təhsilinin işıqlı gələcəyi naminə fəaliyyətində yeni-yeni zirvələr fəth etməyi arzulayırıq!
Doğum gününüz mübarək, Səadət xanım!


Dərin hörmət və sayğılarla:
Tərcümə və filologiya kafedrasının müəllimi,
publisist
Leyla Fərhad qızı MƏMMƏDƏLİYEVA

ZiM.Az



REDAKSİYADAN:

Biz də Redaksiya Heyətimiz adından
AZƏRBAYCAN UNİVERSİTETİnin rektoru,
filologiya üzrə fəlsəfə doktoru
SƏADƏT NAMİQ qızı ƏLİYEVAnı
yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında və şərəfli elmi-pedaqoji fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
Azərbaycan Texniki Universiteti
“Ziya” qəzetinin baş redaktoru,
AYB-nin və AJB-nin üzvü,
Filologiya üzrə fəlsəfə doktoru,
"Abdulla Şaiq", "Nəriman Nərimanov",
"Qızıl qələm", Zirvə" və "Zəfər"
mükafatları laureatı,
Prezident təqaüdçüsü


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq Borçalı

Müşfiq Borçalı "USTAD YAZIÇI" medalı və “ZƏRDABİ İRSİ” mükafatı ilə təlti ...

Humanitar elmlər, MEDİA, Turan, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı

Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı

Digər ali məktəblər
Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!..

Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!..

Humanitar elmlər, AzTU, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub

Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub

Humanitar elmlər, AzTU, MEDİA, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
Müşfiq Borçalı

Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub

Turan, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
AzMİU-nun 50 illik yubileyi münasibətilə TƏBRİK MƏKTUBU

AzMİU-nun 50 illik yubileyi münasibətilə TƏBRİK MƏKTUBU

Təbriklər
MÜƏLLİM VƏ RƏHBƏR – BİR AMALIN İKİ TƏRƏFİ

MÜƏLLİM VƏ RƏHBƏR – BİR AMALIN İKİ TƏRƏFİ

Məktəblər
Vahid Ömərovun 70 yaşı tamam olur

Vahid Ömərovun 70 yaşı tamam olur

İctimai elmlər, Qarayazı, Təbriklər
ŞƏRƏFLİ ÖMÜR YOLU...  FAİQ ŞAHBAZLI – 70

ŞƏRƏFLİ ÖMÜR YOLU... FAİQ ŞAHBAZLI – 70

ADNSU, ADPU, Təbriklər
Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə  ...

Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə ...

Milli Məclis, Təbriklər
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının y ...

AzTU-nun rektoru xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının y ...

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib

Vilayət Vəliyevə “İlin ən fəal rektoru” mükafatı təqdim edilib

AzTU
AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU ilə Xarkov Milli Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi i ...

AzTU
Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

BDU, Qarayazı, Təbriklər
Azərbaycan Universitetinə yeni rektor təyin edilib

Azərbaycan Universitetinə yeni rektor təyin edilib

Digər ali məktəblər
Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

Qafqaz Universitetinin rektorundan ANONS: Yeniliklər olacaq

BMU
TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

Qarayazı, Təbriklər
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Rəy yazın: