Elmimizə və folklorşünaslığımıza həsr olunmuş ömür - Seyfəddin Rzasoy-65

Elmimizə və folklorşünaslığımıza həsr olunmuş ömür - Seyfəddin Rzasoy-65 TƏBRİK EDİRİK!..

Azərbaycan folklorşünaslıq elminin müasir inkişaf dinamikasına, nəzəri-metodoloji təkamülünə və dünya elmi düşüncə müstəvisinə inteqrasiyasına nəzər saldıqda, türk mifoloji təfəkkürünün dərin, sakral qatlarını fundamental əsaslarla tədqiq edən görkəmli alimlərdən biri şübhəsiz ki, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoydur. O, milli folklorşünaslıq, mifologiya və dastanşünaslıq sahələrinə konseptual metodoloji töhfələr bəxş etmiş, fəaliyyəti ilə məktəb yaratmış tədqiqatçıdır. AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy bu gün elmi yaradıcılığının ən püxtələşmiş, məhsuldar və müdrik dövrünü – 65-ci şərəfli ilini qeyd edir.


Seyfəddin Rzasoyun elmi irsi Azərbaycan folklorşünaslığında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır. Alim milli folklorşünaslıq elmini ənənəvi təsvirçilik, sadə toplayıcılıq və emosional-bədii qiymətləndirmə çərçivəsindən çıxararaq, müasir dünya elminin nəzəri-antropoloji, strukturalist və semiotik parametrləri səviyyəsinə yüksəltmişdir. Seyfəddin Rzasoyun çoxşaxəli fəaliyyətinin əsas prioritet istiqamətlərini aşağıdakı kimi təsnif etmək olar:

1) Türk mifologiyası və semiotikası: Türk mifoloji sisteminin bərpası, ritual-mifologem əlaqələrinin daxili struktur məntiqinin açılması və arxetipik semantik təhlil sahəsində fundamental yeniliklər ortaya qoymuşdur.

2) Qorqudşünaslıqda metodoloji dönüş: "Kitabi-Dədə Qorqud" eposunun mifoloji, poetik və semiotik qatlarını kompleks araşdıraraq bu sahədə yeni elmi paradiqma formalaşdırmışdır.

3) Oğuznaməçilik və etnik yaddaş: Oğuz elmi-mifoloji təfəkkürünü, etnik yaddaş kodlarını, dövlətçilik ideologiyasını və sosial-mədəni arxetipləri folklor mətnləri kontekstində sistemli şəkildə araşdırmışdır.

4) Nəzəri folklorşünaslıq və tekstologiya: Folklorun metodoloji problemlərinə, şifahi mətnin yazılı mətnə transformasiyası mexanizmlərinə və folklor-tarix münasibətlərinin kəsişmə nöqtələrinə dair fundamental monoqrafik tədqiqatların müəllifidir.

Professorun filologiyamıza ən mühüm töhfələrindən biri "Kitabi-Dədə Qorqud" eposuna klassik filoloji-mətnşünaslıq çərçivələrini aşaraq struktur-semiotik, ritual-mifoloji və antropomifoloji metodologiya baxımından yanaşmasıdır. Seyfəddin Rzasoy "Kitabi-Dədə Qorqud" dastanını sadəcə keçmişin bədii-folklor abidəsi kimi deyil, Oğuz etnosunun arxetipik tarixini, dərk modelini və şüuraltı kodekslərini mühafizə edən canlı bir nəzəri-mifoloji sistem kimi təhlil etmişdir.

O, mətndəki "boy", "soy", "yum" kimi struktur vahidlərini sakral yaddaş informasiyasını zamanlararası ötürən transmediativ mexanizmlər kimi elmi şəkildə əsaslandırmış, mətnaltı semantik kodların sirrini açmışdır. Dastandakı adsız oğlanların ad alma və bəylik statusu qazanma prosesini ritual keçidlərin (sınaq, simvolik ölüm və yenidən doğulma) mifoloji bərpası kimi izah edən alim, Oğuz mifoloji dərkində "bu dünya" ilə "o dünya" arasında yerləşən aralıq-liminal məkan konseptini – "Ğaib" dünyasını elmi tədqiqatlara gətirmişdir. Eyni zamanda Dədə Qorqud obrazını sadəcə müdrik el ozanı kimi deyil, türk soyunun sakral qanunvericisi və zamanı xaosdan çıxarıb nizama salan mifoloji arxetip kimi dəyərləndirmişdir.
Professor Seyfəddin Rzasoyun çoxillik gərgin elmi axtarışlarının bəhrəsi olan və Azərbaycan folklorşünaslığının qiymətli əsərləri sırasında olanda əsas monoqrafiyaları bunlardır:

Nizami poeziyası: Mif-Tarix konteksti. Bakı, “Ağrıdağ”, 2003, 211 s.

Oğuz mifinin paradiqmaları. Bakı, “Səda”, 2004, 199 s.

Oğuz mifi və Oğuznamə eposu. Bakı, “Nurlan”, 2007, 181 s.

Folklorlaşan alim ömrü. Bakı, “Nurlan”, 2007, 197 s.

Mifologiya və folklor: Nəzəri-metodoloji kontekst. "Nurlan", 2008, 175 s.

Oğuz mifologiyası (metod, struktur, rekonstruksiya). "Nurlan", 2009, 363 s.

Əbülqazi “Oğuznamə”sində mif və ritual. Bakı, “Nurlan”, 2013, 172 s.

Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, I cild. Mif və epos məsələləri. Bakı, “Nurlan”, 2013, 364 s.

Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi. Bakı, “Elm və təhsil”, 2015, 436 s.

“Kitabi-Türkman lisani” oğuznaməsinin transmediativ strukturu və ritual-mifoloji semantikası. Bakı, “Elm və təhsil”, 2020, 472 s.

Nizami Gəncəvi: etnogenez və mifologiya. Bakı, “Elm və təhsil”, 2021, 120 s.

Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf. Bakı, “Elm və təhsil, 2021, 344 s.

Büyük Azerbaycan Mütefekkiri Nizami. Bursa, “Türk Ocakları Derneği Bursa Şubesi”, 2022, 197 s. (M.Hüseynova və E.Quliyevlə birgə)

“Dədə Qorqud” eposu. I kitab, II kitab, III kitab, IV kitab, V kitab. Bakı, “Elm və təhsil".

Seyfəddin Rzasoy uzun illərdir ki, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinə uğurla rəhbərlik edərək gənc kadrların yetişməsində, elmdə varislik ənənələrinin qorunmasında və zənginləşdirilməsində müstəsna xidmətlər göstərir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə onlarca fəlsəfə və elmlər doktoru yetişmişdir. Alimin monoqrafiyaları və yüzlərlə elmi məqaləsi Türkiyədən Qazaxıstana, Özbəkistandan Başqırdıstana qədər geniş türkologiya mühitində, beynəlxalq akademik dairələrdə yüksək qiymətləndirilir və əsas istinad mənbələrindən biri kimi qəbul olunur.

Prof.Seyfəddin Rzasoyun elmi-təşkilati fəaliyyəti və milli humanitar elmin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilmişdir. O, dahi mütəfəkkir Nizami Gəncəvi irsinin fundamental tədqiqi və təbliği sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilmişdir. Alimin çoxillik zəngin elmi fəaliyyətinə və Azərbaycan elminin tərəqqisindəki böyük xidmətlərinə verilən ən yüksək dövlət qiymətlərindən biri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ildə "Tərəqqi" medalı ilə təltif olunmasıdır.

Hazırda nüfuzlu alimimiz 65 yaşa qədəm qoyur. 65 yaş zirvəsi alim üçün həm keçilmiş şərəfli yolun, zəngin elmi irsin yekun təhlili, həm də yeni elmi konsepsiyaların, ideyaların başlanğıcıdır. Professor Seyfəddin Rzasoy bu gün də eyni elmi təəssübkeşlik, tükənməz enerji və şövqlə axtarışlarını davam etdirir, milli mədəniyyətimizin və mifoloji təfəkkürümüzün beynəlxalq miqyasda təbliğinə xidmət edir.

65 yaş bir alim üçün çox yaş deyil; əksinə, zəngin təcrübənin analitik təfəkkürlə qovuşduğu, elmi yaradıcılığın daha məhsuldar və daha konseptual bir mərhələsidir.

Azərbaycan humanitar elminə müstəsna töhfələr verən görkəmli alimimiz, milli folklorşünaslıq məktəbimizin parlaq nümayəndəsi, dəyərli ziyalımız professor Seyfəddin Rzasoyu 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, milli folklorşünaslığımızın tərəqqisi naminə yeni-yeni elmi fəthlər və 100 yaş arzu edirik.

Təbrik edirik, professor!


Elmimizə və folklorşünaslığımıza həsr olunmuş ömür - Seyfəddin Rzasoy-65 AYNURƏ ƏLIYEVA,
ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi,
Filologiya fakültəsinin müəllimi


ZiM.Az



REDAKSİYADAN:

Biz də Redaksiya Heyətimiz adından
- AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri,
görkəmli folklorşünas-alim, filologiya elmləri doktoru,
professor Seyfəddin Rzasoyu anadan olmasının
65 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
səmərəli və şərəfli fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalibi oldu

Professor Asif Hacılının elmi layihəsi beynəlxalq müsabiqənin qalibi oldu

Turan, Borçalı
Ankarada “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitab  ...

Ankarada “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitab ...

Yeni nəşrlər, Humanitar elmlər, Turan
TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT  ...

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT ...

Humanitar elmlər, Folklor, Bolus, Nekroloqlar
Görkəmli ədəbiyyatşünas alim PƏRVANƏ xanım İSAYEVA vəfat edib

Görkəmli ədəbiyyatşünas alim PƏRVANƏ xanım İSAYEVA vəfat edib

Humanitar elmlər, Nekroloqlar
ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

ELNARƏ AKİMOVANIN YENİ KİTABI ÇAP OLUNUB

Yeni nəşrlər, Milli Məclis, Humanitar elmlər
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Professor Asif Hacılının yeni monoqrafiyası dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

“Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

"Zirvə"
Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Azərbaycan aliminin monoqrafiyası Almaniyada dərc olunub

Yeni nəşrlər, Digər ali məktəblər, Borçalı, Avropa
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
Hüseyn Kürdoğlunun poetik dünyası...

Hüseyn Kürdoğlunun poetik dünyası...

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbiyyatşunaslıq
AMEA-da

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar p ...

"Zirvə", Folklor
Professor ASLAN BAYRAMOVLA müsahibə

Professor ASLAN BAYRAMOVLA müsahibə

Sumqayıt, Tv, Qərbi Azərbaycan
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

TƏBRİK EDİRİK, NÜBAR XANIM!..

Təbriklər
Tanınmış xəttat Seyfəddin Məsimoğlunun 80 illik yubileyi qeyd olunub

Tanınmış xəttat Seyfəddin Məsimoğlunun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər, "Zirvə"
ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi  ...

ADPU-da “Türk epos düşüncəsi yazılı mənbələrdə” mövzusunda Respublika elmi ...

ADPU, "Elm və Təhsil"
AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

AMEA-nın müxbir üzvü Muxtar İmanov - 60

Elm, "Zirvə", Təbriklər
Rəy yazın: