ŞƏFA NUR (1991) Ədəbiyyat » Poeziya 18 апреля 2026 24 0 1 2 3 4 5 Şəfa Nur (Şəfa Vasif qızı Cəfərova) - 13 mart 1991-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində kasıb bir ailədə dünyaya göz açıb. Gənc yaşlarından yaradıcılığla məşğul olur. Heca, sərbəst və əruz vəzndə şeirlər yazır. O, yüzlərlə şeirin də, həm də 20-dən çox mahnının müəllifidir. Biz də Şəfa xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!..Müşfiq BORÇALI,ZiM.AzMƏN AĞILLI DƏLİYƏMBaxma məndən üz çevirib taleyim,Arzuların dəniziyəm, gölüyəm.Seçilmişlər sırasına düşmüşəm,Dünyadakı yaşayan ilk ölüyəm.Zərrəciyəm kainatın gözündə,Kədər gördüm yaşamağın özündə,Haqqım yoxdur alovların közündə,Yanan qəlbdən, qalan xırda külüyəm.Xoşbəxtliklə aramıza sədd düşüb,Doğulandan ürəyimə dərd düşüb,Bəxtimdə ki, mənlə yaman zidd düşüb,İmkan vermir ömrü nura bələyəm.Bu yaşımda bitirmişəm ömrümü,Yerə salıb, itirmişəm ömrümü,Son nöqtəyə gətirmişəm ömrümü,Mən əzəldən kədərin sağ əliyəm.Sevincimi öz əlimlə silmişəm,Hər güləndə,kölgəm ilə gülmüşəm,Ağıllanıb bu fikirə gəlmişəm,Ağlım varsa, mən ağıllı dəliyəm.QIŞIN SON GÜNÜFəsillər hər biri gözəl olsa da,Novruza fədadır qışın son günü.Təbiət qoynuna xeyir,bərəkət,Torpağa qidadır, qışın son günü.Faydalı fəsil yox, qarlı qış kimi,Qışa qar yaraşır, gözlə qaş kimi,Yazdan müjdə verən 'Qaranquş' kimi,Bahardan sədadır, qışın son günü.Sazaqdan iz qoyur,yazın canında,Təbiət istilik duyur qanında,Bu boyda baharın, yayın yanında,Dənizdə adadır, qışın son günü.Havalar xoşalır, isti başlayır,Çəmənin üstünü jalə yaşlayır,Günəş buludları qovub, daşlayır,Şaxtaya vidadır, qışın son günü.BİLİRSƏNBilsəm də sən alovlarda yanırsan,Üzərinə su tökmərəm, bilirsən.Həsrətimdən can da versən Allaha,Məzarına gül əkmərəm, bilirsən.İstəmərəm əllərinə qovuşum,Külək olum,tellərinə qovuşum,O sovrulan küllərinə qovuşum,O qədər də, ta çökmərəm, bilirsən.Kor etmişəm səni görən gözümü,Dinlə mənim bu mənalı sözümü,Sənlə birgə dəfn edəcəm özümü,Səni ağa tək bükmərəm, bilirsən.Səni yazdım qəlb adında köşkümə,Yarım qaldım,yar olmadım heç kimə,Səndən mənə yarı qalan eşqimə,İmarət nə ev tikmərəm, bilirsən.Elə bilmə gözləyəcəm mən səni,Ürəyimdə gizləyəcəm mən səni,Kabus olub,izləyəcəm mən səni,Mən ki səndən əl çəkmərəm, bilirsən.ÜRƏYƏXəyanət hissinin ağrısı çətin,Sancılır kürəyə,vurur ürəyə.O ağrı hələ bir dövrə vurmamış,Fələk də, min kələk qurur ürəyə.Dünya da tükənib, zalım büstündən,Əcəl də yorulub,insan qəstindən,Həyat öz yükünü atır üstündən,Böyük məhsuliyyət sarır ürəyə.Məzarı bəşərin boyuna qazır,Əzabı yaxşının ömrünə yazır,Qismətlər yolunun tinini azır,Çəkdiyi əzabı sorur ürəyə.Fikir,dərd insanı pis günə salır,Canının sağlığın əlindən alır,Özü insanların yadında qalır,Kədərin çeşməsin yarır ürəyə.Nahaqlar dünyanın təməlin çapır,Hərə öz əməlin,özgəyə yapır,Qəm-qüssə nə olsa axtarıb,tapır,Dolanır, fırlanır varır ürəyə.ATASIZ QOYMA İLAHİDünyada özümü heç kim bilərəm,Sən məni atasız qoyma İlahi.Qarşında əbədi səcdə gələrəm,Sən məni atasız qoyma İlahi.İstəsən cismimə kədəri qondur,Ömrümü əlinlə kül eylə,yandır,Qəlbimi beş dəfə, on dəfə sındır,Sən məni atasız qoyma İlahi.Atasız olmaqdır qəlbimi didən,O,deyil canımdır əlimdən gedən,Odur insanlığı mənə öyrədən,Sən məni atasız qoyma İlahi.Atamın qurbanı özüm olaram,Bacarsam canından dərdin alaram,Qorxuram atasız yetim qalaram,Sən məni atasız qoyma İlahi.Dərindir,cahana duyulmur ahım,Onsuz açılmaz ki,günüm,sabahım,"Yaşar Muradi"-dir yerdə Allahım,Sən məni atasız qoyma İlahi.ŞƏFA NURZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.