Bolnisidə gənc hüquqşünas Aida Musayeva ilə görüş keçirilib Bolus, Hüquq 29 июня 2026 43 100 1 2 3 4 5 Gürcüstanda soydaşlarımızın kompakt halda yaşadıqları Bolnisi bələdiyyəsində fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə, gənc hüquqşünas Aida Musayevanın təqdimatında "Güclü uşaq - hüquqlarını bilən uşaqdır" adlı maarifləndirici görüş keçirilib. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Rezo Həsənov aşaraq, qonaqları salamlayıb və bildirib ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi fəaliyyət göstərdiyi müddət ərzində uşaq hüquqlarının təbliği istiqamətində mütəmadi olaraq maarifləndirici görüş və seminarlar təşkil edib. O qeyd edib ki, həm beynəlxalq təşkilatlar, həm də Gürcüstanın dövlət qurumları tərəfindən müxtəlif dövrlərdə keçirilən tədbirlər vasitəsilə ölkədə uşaq hüquqları və bu sahədə qüvvədə olan qanunvericilik barədə gənclər, valideynlər və geniş ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılır. Daha sonra gənc hüquqşünas Aydə Musayeva hazırladığı təqdimatı iştirakçılara təqdim edərək Gürcüstanda uşaq hüquqlarına dair mühüm qanunvericilik, uşaqların hüquq və vəzifələri, eləcə də hər bir vətəndaşın bilməli olduğu vacib hüquqi məsələlər barədə ətraflı məlumat verib.Təqdimat zamanı uşaqların fundamental hüquqları, o cümlədən təhsil almaq, sağlamlıq xidmətlərindən istifadə etmək, təhlükəsiz mühitdə yaşamaq, zorakılıqdan müdafiə olunmaq və əmək münasibətləri ilə bağlı hüquqları haqqında geniş məlumat təqdim olunub.Görüşün əsas məqsədinin uşaqların, gənclərin və valideynlərin hüquqi biliklərinin artırılması, uşaq hüquqlarının qorunması sahəsində maarifləndirmənin gücləndirilməsi, eləcə də cəmiyyətin bu istiqamətdə məlumatlılığının artırılması olduğu qeyd edilib. Görüş sual-cavab formatında davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, uşaq hüquqlarının müdafiəsi və bu sahədə mövcud qanunvericiliyin tətbiqi ilə bağlı ətraflı izahat verilib.Tədbirin sonunda bütün iştirakçılara sertifikatlar, maarifləndirici bukletlər, kitablar və müxtəlif hədiyyələr təqdim olunub.Həmçinin iştirakçılara bildirilib ki, gələcəkdə də uşaq hüquqları, hüquqi maarifləndirmə və digər aktual mövzular üzrə oxşar maarifləndirici görüşlərin və təlimlərin keçirilməsi nəzərdə tutulur.Tədbirin sonunda xatirə foto-şəkli çəkdirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.