AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib 2026-cı il iyulun 22-də
Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA-nın)
Rəyasət Heyətində
Azərbaycan milli mətbuatının yaranmasının
151-ci ildönümünə
həsr olunmuş
tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.


Akademik İsa Həbibbəyli Həsən bəy Zərdabinin əsasını qoyduğu Azərbaycan milli mətbuatının 151 il ərzində şərəfli inkişaf yolu keçdiyini, bütün dövrlərdə qabaqcıl ictimai ideyaların carçısı olduğunu söyləyib.
O, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Üzeyir Hacıbəyli, Nəsir İmanquliyev və digər görkəmli ziyalıların mətbuat ənənələrinin formalaşması və inkişafında mühüm xidmətlər göstərdiklərini bildirib.

Azərbaycanın Türk dünyasında milli mətbuatın, teatr və opera sənətinin təşəkkül tapdığı ilk ölkələrdən biri olduğunu vurğulayan alim milli mətbuatın banisi Həsən bəy Zərdabini bütün Türk dünyasının dahi mütəfəkkiri və Azərbaycan jurnalistlərinin mənəvi rəhbəri kimi dəyərləndirib.

AMEA rəhbəri qeyd edib ki, milli mətbuat Azərbaycan dilinin saflığının qorunması, xalqın milli-mənəvi dəyərlərinin yaşadılması, ictimai fikrin formalaşdırılması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb.
O, Ümummilli Lider Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı tarixi qərarının ölkədə azad mətbuatın və demokratik mühitin inkişafına güclü təkan verdiyini söyləyib.

Akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuata dövlət dəstəyi və diqqətin ardıcıl şəkildə davam etdirildiyini bildirib, bu baxımdan Şuşada keçirilən IV Qlobal Media Forumunun əhəmiyyətini xüsusi qeyd edib.

O, həmçinin Akademiyada və ali təhsil müəssisələrində fəaliyyət göstərən çoxsaylı elmi jurnalların elmi fikrin, maarifçiliyin və elmi nəticələrin cəmiyyətə çatdırılmasında mühüm rol oynadığını deyib.
Vurğulayıb ki, müstəqillik illərində elmi, dövlət, maarifçi, uşaq və digər ixtisaslaşmış media orqanlarının formalaşması ölkəmizdə mətbuatın inkişaf etdiyini və demokratik cəmiyyət quruculuğunun mühüm göstəricilərindən biri olduğunu təsdiqləyir.

Akademik İsa Həbibbəyli bu gün milli mətbuatın elmin təbliğinə, cəmiyyətin maariflənməsinə və Azərbaycanın inkişafının işıqlandırılmasına mühüm töhfələr verməkdə olduğunu diqqətə çatdırıb.

Sonra AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd
çıxış edərək Ədəbiyyat İnstitutunda milli mətbuat irsinin qorunması və tədqiqi istiqamətində həyata keçirilən mühüm layihələr barədə məlumat verib.
Qeyd edib ki, institut tərəfindən “Məktəb”, “Ziya”, “Ziyayi-Qafqaziyyə” və digər tarixi dövri mətbuat nümunələri müasir Azərbaycan əlifbasına transliterasiya olunub, bir sıra nəşrlər üzərində isə işlər davam etdirilir.
O, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə hazırlanaraq nəşr olunan “Molla Nəsrəddin” ensiklopediyasını Azərbaycan elmi və mətbuat tarixində mühüm hadisə kimi dəyərləndirib və bu nəşrin milli mətbuat irsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu , “525-ci qəzet”in baş redaktorunun müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynli, o cümlədən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Azərbaycan milli mətbuatının zəngin tarixi inkişaf yolundan, cəmiyyətin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin qorunmasında oynadığı mühüm roldan bəhs ediblər.

Çıxışlarda müasir dövrdə medianın qarşısında duran vəzifələrdən, peşəkar jurnalistikanın inkişafının, eləcə də elm və media əməkdaşlığının əhəmiyyətindən danışılıb, milli mətbuat ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb.

AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib Daha sonra çıxış edən AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov Azərbaycan milli mətbuatının 151 illik zəngin ənənələrinin bu gün də uğurla davam etdirildiyini bildirib.
O, AMEA-nın ictimaiyyətlə əlaqələr və media sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verərək Akademiyanın elmi nailiyyətlərinin Science.gov.az portalı, “Elm” qəzeti, “Elm və həyat” jurnalı, Elm TV və sosial media platformaları vasitəsilə operativ şəkildə ictimaiyyətə çatdırıldığını diqqətə çatdırıb. Bildirib ki, şöbə tərəfindən elmi tədbirlərin informasiya təminatı, foto və video çəkilişləri, press-relizlərin hazırlanması, alimlərin media ilə əlaqələrinin təşkili və elmi müəssisələrin ictimaiyyətlə əlaqələr fəaliyyətinin koordinasiyası ardıcıl şəkildə həyata keçirilir.

Ağahüseyn Şükürov, həmçinin son illər AMEA-nın sosial media fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulduğunu qeyd edib. Şöbə müdiri media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Sonda bir qrup media nümayəndəsi mükafatlandırılıb.

Mükafatlandırılanar arasında dəyərli həmkarımız - AzTU-nun “Ziya” qəzetinin, "ZiM.Az", "Ziya.info.Az" və "Elm.İnfo.Az" saytlarının baş redaktoru, eyni zamanda, "TURAN" İnformasiya Mərkəzinin və “Turan.İnfo.Az” saytının rəhbəri, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, 997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Turan Yazarlar Birliyinin, 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildən PREZİDENT TƏQAÜDÇÜSÜ, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi olan çox hörmətli MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) da olmuşdur.

O, "AMEA-nın Döş nişanı" ilə təltif olunmuşdur.


AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

"AMEA-nın Döş nişanı"nı Müşfiq Borçalıya AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev təqdim etmişdir.


AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib Biz də fürsətdən
istifadə edərək,
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
bacarıqlı qələm dostumuz
çox hörmətli
Müşfiq müəllimi
bir daha
Azərbaycan Milli Mətbuatının
151 illiyi və
"AMEA-nın
Döş nişanı" ilə
təltif olunması münasibətilə
ürəkdən təbrik edirik.

Ona uzun ömür,
möhkəm cansağlığı,
şəxsi həyatında,
ədəbi-bədii yaradıcılığında,
eləcə də, şərəfli elmi-pedaqoji,
həmçinin, jurnalistlik və
ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


Böyük hörmət və ehtiramla,
“Ziya”, “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin,
“Elm”, “Ziya”, “Zirvə”, “Zəfər”, "Yurd" və
"Turan" İnformasiya Mərkəzlərinin,
“Ziya”, “Nur” və “Dostluq” İnformasiya Agentliklərinin,
“ZiM.Az”, “ZiA.Az”, “Elm.İnfo.Az”, “Zirve.info”,
“Ziya.İnfo.Az”, “Zirve.İnfo.Az”, “Zefer.İnfo.Az”, “
Yurd.İnfo.Az”, “Turan.İnfo.Az”, “Nur.İnfo.Az”,
“Dostluq.İnfo.Az”, “Bolnisi.Az” və
“Borcali.org” saytlarının
Redaksiya Heyətləri və
Yaradıcı kollektivləri

ZiM.Az










.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müşfiq Borçalı

Müşfiq Borçalı "USTAD YAZIÇI" medalı və “ZƏRDABİ İRSİ” mükafatı ilə təlti ...

Humanitar elmlər, MEDİA, Turan, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Milli mətbuatın 151 illik maarifçilik ənənələri və elmin təbliği

Milli mətbuatın 151 illik maarifçilik ənənələri və elmin təbliği

MEDİA
Professor Vüqar Əhməd Türkoloji Qurultayın 100 illik xatirə nişanı ilə təlt ...

Professor Vüqar Əhməd Türkoloji Qurultayın 100 illik xatirə nişanı ilə təlt ...

Humanitar elmlər, Təbriklər
Müşfiq Borçalının daha bir məqaləsi “AXTARIŞLAR” elmi jurnalında dərc olunu ...

Müşfiq Borçalının daha bir məqaləsi “AXTARIŞLAR” elmi jurnalında dərc olunu ...

Naxçıvan, Humanitar elmlər, Elmi Məqalələr, "Gürcüstan", Gürcüstan, Tiflis, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!..

Yeni medalınız mübarək, əziz eloğlumuz, çox hörmətli Müşfiq müəllim!..

Humanitar elmlər, AzTU, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub

Baş redaktorumuz Müşfiq Borçalı daha bir medalla təltif olunub

Humanitar elmlər, AzTU, MEDİA, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
Müşfiq Borçalı

Müşfiq Borçalı "MUSTAFA KEMAL ATATÜRK" Qızıl medalı ilə təltif olunub

Turan, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“elm.info.az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər

"İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mö ...

MEDİA, "Zirvə"
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
Rəy yazın: