Professor Namiq Əliyevə Avropada fəxri ad verilib Digər » Təbriklər 28 ноября 2026 45 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!..2026-cı il noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri prof.dr. Namiq Əliyevə Bolqarıstanın Blaqoyevqrad şəhərində Turizm Kollecinin "Doktor Honoris Cauza" Diplomu təqdim edilib. Bu Fəxri ad elm və təhsil sahəsində, eləcə də, ictimai həyatda xüsusi xidmətlərə, həmçinin, bu ali təhsil müəssisəsinin adının milli və beynəlxalq səviyyələrdə tanıdılmasına və təsdiqinə görə verilir. Onu da qeyd edək, professor Namiq Əliyev, həmin Kollecin 2024-cü ildən İllik elmi nəşrin beynəlxalq redaksiya heyətinin üzvüdür və o, indiyədək beş xarici universitetin Fəxri doktoru adına layiq görülmüşdür.REDAKSİYADAN:Biz də Redaksiya Heyətimiz adından, Azərbaycanın görkəmli hüquqşünas-alimi, tanınmış diplomat və ictimai xadimi, Azərbaycanın Gürcüstandakı və Moldovadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasını müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyevi Bolqarıstanın Blaqoyevqrad şəhərinin Turizm Kollecinin "Doktor Honoris Cauza" Diplomu ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şərəfli elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..MÜŞFİQ BORÇALI,Azərbaycan Yazıçılar Birliyinin,Azərbaycan Junalistlər Birliyinin vəTuran Yazarlar Birliyinin üzvü,Azərbaycan Texniki Universitetinin əməkdaşı,"Ziya", “Şərqin səsi” və"Elm və Təhsil" qəzetlərinin,ZiM.Az, Ziya.info.az, Elm.info.az vəTuran.info.az saytlarınınBaş redaktoru,Filologiya üzrə fəlsəfə doktoru,Prezident təqaüdçüsüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.