ŞAİR-PUBLİSİST AYGÜN AKINAYIN YENİ KİTABLARININ TƏQDİMATI KEÇİRİLİB Yeni nəşrlər, Humanitar elmlər, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 15 ноября 2026 22 0 1 2 3 4 5 2026-cı il noyabrın 12-də Bakı şəhərində Azərbaycanda Atatürk Mərkəzinin möhtəşəm iclas salonunda "Nur" İnformasiya Agentliyinin – nur.info.az saytının redaktoru, şair-publisist AYGÜN AKINAYın görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyi "Dədəmiz DƏDƏ MƏDƏD" adlı publisistik toplu-kitabın və “Günəş çəkdim qaranlığa” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, görkəmli alimlər, tanınmış dövlət, elm və incəsənət xadimləri, ziyalılar, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri, yazıçılar, şairlər, jurnalistlər, ictimai xadimlər, o cümlədən, ictimai birliklərin, media və kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin, akademik Mədəd Çobanovun ailə üzvləri, qohumları, yetirmələri, keçmiş şagirdləri və tələbələri iştirak ediblər.Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış ədəbiyyatşünas, ədəbi-tənqidçi, esseist, şair və publisist ƏSƏD CAHANGİR açıb, şair-publisist Aygün Akınayın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş "Dədəmiz Dədə Mədəd" adlı ədəbi-bədii və elmi-publisistik toplu-kitabın əhəmiyyətini yüksək qiymətləndirib. O, həmçinin, Aygün xanımın müəllifi olduğu “Günəş çəkdim qaranlığa” adlı yeni kitabından bəhs edib, qeyd edib ki, kitabda bir-birindən maraqlı şeirlər toplanıb, məhz elə buna görə də, böyük məmnuniyyətlə, həmin kitaba ön söz yazdığını diqqətə çatdırıb və həmin kitabdakı şeirlərdən bir neçə nümunə səsləndirərək, onların məzmunu üzərində geniş təhlillər aparıb.Sonra söz görkəmli alim, tanınmış jurnalist, çağdaş Azərbaycan ədəbiyyatşünaslığının sevilən simalarından və Azərbaycan mətbuatının daim izlənən imzalarından biri, yüzlərlə elmi əsərlərin və elmi-publisistik məqalələrin müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “ZİYA” İnformasiya Mərkəzinin – zim.az saytının redaktoru, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü (2016–2017), AMEA-nın “İstinadda rekord” (2024) mükafatının, Rusiya Yazıçılar Birliyinin M.A.Şoloxov və Q.R.Derjavin adına ordenlərinin, həmçinin, “Qızıl qələm”, “Rəsul Rza” və bir sıra beynəlxalq mükafatların laureatı SALİDƏ ŞƏRİFOVAya verilib. O, "Akademik Mədəd Çobanov – Türk ədədbi dillərinin tədqiqatçısı" mövzusunda geniş məruzə ilə çıxış edib, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının və Türk Dili Qurumunun üzvü olmuş, Beynəlxalq Turan Akademiyasının və Nyu-York Elimlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun elmi fəaliyyəti, Azərbaycan ədəbi dilinin, Azərbaycan dialektologiyasının, onomastikasının, ümumtürkologiyanın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyən edən tətqiqatlarını təhlil edərək Azərbaycanın dilçiliyinə verilən töhfələrindən danışıb.Sonra Azərbaycanın tanınmış politoloqu, siyasi şərhçisi, tarixçi-alimi, Azərbaycan Milli Məclisinin V, VI və VII çağırış deputatı, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, çox hörmətli professor ELMAN NƏSİROV çıxış edib. O, Cəlilabad ədəbi mühitin yetirməsi olan Aygün Akınayın yaradıcılığını, həmçinin, onun oxucuların ixtiyarına verdiyi yeni kitabları yüksək qiymətləndirib.Sonra söz uzun müddət Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin rəisi-rektoru və Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı hərbi attaşesi vəzifəsində şərəflə çalışmış və hazırda öz fəaliyyətini Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda Humanitar elmlər şöbəsinin rəisi və "Dərbənd" Xeyriyyə İctimai Birliyinin sədri vəzifələrində ləyaqətlə davam etdirən, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktor, professor NURULLA ƏLİYEVə verilib. Həmişəki kimi, gözəl, geniş, əhatəli və dərin məzmunlu çıxışı ilə tədbirə xüsusi bir xoş ovqat qatan Nurulla müəllim, akademik Mədəd Çobanovla bağlı xatirələrini söyləyib, Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbində onunla eyni vaxtda birgə çalışdıqlarını diqqətə çatdırıb, onun ana dilimizin qorunmasında, öyrənilməsində və inkişaf etdirilməsində böyük əməyi olduğunu vurğulayıb. Qeyd edib ki, Mədəd müəllim, görkəmli alim, zəhmətkeş tədqiqatçı, təcrübəli pedaqoq olmaqla yanaşı, həm də öz işini dərindən bilən, vəzifə borcunu həmişə şərəf və ləyaqətlə yerinə yetirən, nizam-intizamlı, ciddi, tələbkar, eyni zamanda, olduqca səmimi və mehriban həmkar idi. O, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, daha dəqiq desək, elə müstəqilliyimizin ilk illərindən başlayaraq respublikamızın ali hərbi məktəblərində ilk dəfə olaraq, “Azərbaycan dili” fənninin tədrisinə nail olmuş, ilk dəfə olaraq “Dillər” (sonralar “Humanitar fənnlər”) kafedrasının yaradıcısı və uzun illər həmin kafedranın müdiri olmuş, ali hərbi məktəblər üçün ilk dəfə olaraq, “Azərbaycan dili”, “Nitq mədəniyyəti”, “Etika”, “Estetika” və s. fənlərin proqramlarını və dərsliklərini hazırlamış və həmin kitabları nəşr etdirərək müəllimlərin və kursantların ixtiyarına vermişdir. Onun əməyi Ali Hərbi Məktəbin rəhbərliyi və Respublika Müdafiə Nazirliyi tərəfində yüksək qiymətləndirilmiş, dəfələrlə Fəxri fərman və mükafatlarla təltif olunmuş, Azərbaycan Respublikasının Əmək veteranı medalına və Prezident təqaüdünə layiq görülmüşdür. 1997-ci ildən başlayaraq, professor Mədəd Çobanovun anadan olmasının 60, 65, 70, 75 və 80 illik yubileyləri Azərbaycan Ali Hərbi Məktəbində təntənə ilə qeyd olunmuş, onun mənalı ömür yoluna, elmi-pedaqoji fəaliyyətinə həsr olunmuş elmi sessiyalar və konfranslar keçirilmiş, haqqında məqalələr yazılmış, kitablar çap olunmuş, radio və televiziya verilişləri hazırlanmış, sənədli filmlər çəkilmişdir. Mədəd müəllimin xatirəsi bu gün də bizim üçün əziz və doğmadır. Allah ona rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun.Sonra tanınmış türkoloq və dilçi-alim, filologiya elmləri doktoru, professor, MİNƏXANIM TƏKLƏLİ (Minaxanım Allahşükür qızı Nuriyeva), Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq “Rəsul Rza” və “Qızıl Qələm” Mükafatları lau¬¬reatı, Prezident təqaüdçüsü BİLAL ALARLI, Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru ADİLƏ NƏZƏR, “Ədəbi incilər” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü XALİDƏ NURAY, “Dostluq” İnformasiya Agentliyinin - dostluq.info.az saytının baş redaktoru, “Dostluq məşəli” cəmiyyətinin və eyniadlı qəzetin rəhbəri, “Dostluq məşəliydi Mədəd müəllim!” adlı kitabın tərtibatçı-müəllifi, tanınmış şair-jurnalist FƏRMAN BORÇALI, ZiM.Az saytının redaktoru, şair-yazıçı-jurnalist HİCRAN ƏHMƏD, Azərbaycan Sənaye Korporasiyası "CTS Agro"MMC-nin mətbuat katibi, tanınmış şair-jurnalist, AYB-nin və AJB-nin üzvü YUSİF NƏĞMƏKAR, İxtisaslaşdırılmış Xəzər Dəniz Neft Donanmasının gəmi kapitanı, "Millətin səsi" qəzetinin baş redaktoru, tanınmış şair-jurnalist FAİQ BALABƏYLİ, "Həqiqətlə üz-üzə" qəzetinin təsisçisi və baş redaktoru, Cəlilabad ədəbi mühitinin təbliğatçısı, tanınmış jurnalist və publisist ELBƏYİ SALMANOV, Media İnform-TV YouTube kanalının baş redaktoru BƏYLƏR İMANLI, Turan.İnfo.Az saytının poeziya şöbəsinin redaktoru, şair TOFİQ HƏSRƏT,şair REYHAN KƏNAN və b. çıxış edərək, şair-publisist Aygün Akınayı görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyi "Dədəmiz Dədə Mədəd" adlı publisistik toplu-kitabın və “Günəş çəkdim qaranlığa” adlı şeirlər kitabının işıqüzü görməsi münasibətilə ürəkdən təbrik ediblər, ona yeni-yeni uğurlar arzulayıblar. Onlar akademik Mədəd Çobanovun elmi yaradıcılığından söhbət açıblar, alimin əsərlərini təhlil ediblər, əsərlərinin yüksək məziyyətlərini vurğulayıblar. Qeyd ediblər ki, akademik Mədəd Çobanovun əsərləri dünyanın görkəmli türkoloq və məşhur dilçi-alimləri tərəfindən həmişə yüksək qiymətləndirilib, kitabları alimlərimizin stolüstü kitablarından olub, elə bu gün də, gənc tədqiqatçılar məhz onun əsərlərinə istinad edirlər və sözsüz ki, gələcəkdə də istinad edəcəklər.Tədbirdə akademik Mədəd Çobanovun ailə üzvləri adından - qızı TƏRANƏ ÇOBANOVA, qohumları və dostları adından - tanınmış iqtisadçı, dövlət qulluqçusu və ictimai xadim XIDIRNƏBİ QARALOV çıxış edərək, kitabın tərtibatçı-müəllifi Aygün Akınaya təşəkkür ediblər, akademik Mədəd Çobanovun mənalı həyat yolundan, onun zəngin elmi-pedaqoji fəaliyyətindən söhbət açıblar, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında, təbliğində və inkişafında onun çox böyük rolu və xidmətləri olduğunu vurğulayıblar.Bədii qiraət ustası CƏBRAYIL QƏNBƏR Aygün Akınayın şeirlərini səsləndirdikdən sonra söz müəllifə verilib. O, öz ömür yolundan, yaradıcılıq fəaliyyətindən, kitabların yazılması və nəşri prosesindən danışıb, tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz minnətdarlığını bildirib. Qeyd edib ki, bu təqdimat ona xüsusi bir stimul verib, elə ona görə də, bundan sonra da, öz üzərində daim çalışacaq və yaradıcılıq işlərini əzmlə davam etdirəcək.Sonda "Ziya" qəzetinin və "ZİM.Az" saytının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçusü MUŞFİQ BORÇALI bir daha ailələri adından çıxış edərək, atası akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Dədəmiz Dədə Mədəd” kitabının tərtibatçı-müəllifi - "Nur" nəşriyyatının və nur.info.az saytının redaktoru, şair-jurnalist AYGÜN AKINAYa, atasının əziz xatirəsinə göstərilən sonsuz diqqət və qayğı, böyük ehtiram və dəyərə görə tədbirin təşkilatçılarına - Azərbaycanda Atatürk Mərkəzinin rəhbərliyinə, şəxsən, Mərkəzin rəhbəri, görkəmli alim, tanınmış türkoloq və ictimai xadim, akademik NİZAMİ CƏFƏROVa, Mərkəzin Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Borçalı” və "Türk Dünyası İnfo" İctimai Birliklərinin sədri DƏYANƏT OSMANLIya, Azərbaycan Yazıçılar Birliyinə, Birliyin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, təqdimat mərasiminin təşəbbüskarı, tədbirin aparıcı-moderatoru, eyni zamanda, gözəl, geniş, əhatəli və dərin məzmunlu giriş nitqi ilə tədbirə xüsusi bir xoş ovqat qatan - tanınmış ədəbiyyatşünas, tənqidçi və publisist ƏSƏD CAHANGİRə, tədbirdə "Akademik Mədəd Çobanov – Türk ədədbi dillərinin tədqiqatçısı" mövzusunda geniş məruzə ilə çıxış edən görkəmli alim, tanınmış jurnalist, çağdaş Azərbaycan ədəbiyyatşünaslığın sevilən simalarından və Azərbaycan mətbuatının daim izlənən imzalarından biri, yüzlərlə elmi əsərlərin və elmi-publisistik məqalələrin müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “ZİYA” İnformasiya Mərkəzinin – zim.az saytının redaktoru, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü (2016–2017), Rusiya Yazıçılar Birliyinin M.A.Şoloxov və Q.R.Derjavin adına ordenlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda rekord” (2024) mükafatının, həmçinin, “Qızıl qələm”, “Rəsul Rza” və bir sıra beynəlxalq mükafatların laureatı, professor SALİDƏ ŞƏRİFOVAya, möhtəşəm təqdimat mərasimində olduqca fəal iştirak edərək, gözəl və dərin məzmunlu çıxışı ilə yaddaqalan, Millət vəkili, siyasi elmlər doktoru, professor ELMAN NƏSİROVa, eləcə də, bütün çıxışçılara, həmçinin, tədbirin bütün iştirakçılarçılarına öz səmimi təşəkkürünü bildirib. O, görkəmli türkoloq, tanınmış dilçi-alim və ictimai xadim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş "Dədəmiz DƏDƏ MƏDƏD" adlı toplu-kitabın Azərbaycanda Atatürk Mərkəzində keçirilən möhtəşəm təqdimat mərasimində fəal iştirakına və eyni zamanda, həmişəki kimi, gözəl, geniş, əhatəli və dərin məzmunlu çıxışı ilə tədbirə xüsusi bir xoş ovqat qatan - uzun müddət Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin rəisi və Azərbaycan Respublikasının Çin Xalq Respublikasında hərbi attaşesi vəzifəsində şərəflə çalışmış və hazırda öz fəaliyyətini Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunda Humanitar elmlər şöbəsinin rəisi və "Dərbənd" xeyriyyə cəmiyyətinin sədri vəzifələrində ləyaqətlə davam etdirən, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor, çox hörmətli NURULLA ƏLİYEVə, bir daha öz adından, ailələri adından və bütün Mədədsevərlər adından minnətdarlığını bildirib, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.Müşfiq Borçalı öz çıxışını belə tamamlayıb:“- Onu da qeyd etməyi özümə borc bilirəm ki, düz 30 il öncə, 1997-ci ildə Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin "Dillər" kafedrasının müdiri vəzifəsində çalışan atam - filologiya elmləri doktoru, professor Mədəd Çobabovun anadan olmasının 60 illiyinə həsr edilmiş elmi sessiya və yubiley tədbiri, məhz elə həmin illərdə Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin rəisi - rektoru vəzifəsində çalışan, 1-ci dərəcəli kapitan, çox hörmətli Nurulla Əliyevin təşəbbüsü, təşkilatçılığı və böyük əməyi sayəsində olduqca yüksək səviyyədə keçirilmiş və respublika mətbuatında geniş şəkildə işıqlandırılmışdır. Sonralar Nurulla müəllim professor Mədəd Çobanovun anadan olmasının 65, 70, 75 və 80 illik yubileyləri münasibətilə Azərbaycan Ali Hərbi Məktəbində, eləcə də, Azərbaycanda Atatürk Mərkəzinin məhz elə bu möhtəşəm zalında keçirilmiş tədbirlərdə də yaxından iştirak etmiş, Mədəd müəllimlə ortaq kitab müəllifi olmuş və özü də Mədəd müəllimin elmi-pedaqoji fəaliyyəti haqqında ayrıca kifab yazmış və nəşr etdirərək oxucuların ixtiyarına vermişdir.Mədəd müəllim dünyasını dəyişdikdən sonra da, professor Nurulla Əliyev onu yaddan çıxarmır, Mədəd müəllimin əziz xatirəsinə həsr olunan Anım günlərində yaxından iştirak edir.Bax budur, dostluq!..Bax budur, qədirbilənlik!..Var olun, əziz və dəyərli Nurulla müəllim!..Nə yaxşı ki, varsınız!..Siz özünüz mənim üçün, eləcə də, bütün gənclər üçün, nümunəsiniz, böyük bir örnəksiniz, məktəbsiniz, həm də çox yüksək və ali məktəb!..Biz Sizdən öyrənirik və öyrədirik!..Bəli, Ustadımız – akademik Mədəd Çobanovun da söylədiyi kimi, Unutsaq, unudularıq!..”***Tədbirdə Azərbaycan Aşıqlar Birliyin katibi, Əməkdar Mədəniyyət işçisi MUSA NƏBİOĞLU, Azərbaycanda Atatürk Mərkəzinin Baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Borçalı” İctimai Birliyinin və "Türk Dünyası İnfo" İctimai Birliyinin sədri, tanınmış şair, publisist və jurnalist, Prezident təqaüdçüsü DƏYANƏT OSMANLI, Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent HƏBİB MİRZƏYEV, AzTU-nun əməkdaşı, turan.info.az saytının, "Turan" dərgisinin və "Şərqin səsi" qəzetinin şöbə müdiri SƏMAYƏ ŞAHNƏZƏROVA, “Şərqin səsi” və “Elm və Təhsil” qəzetlərinin Baş redaktoru, Dövlət qulluğunun baş müşaviri, tanınmış şair, yazıçı-publisist, araşdırmaçı-jurnalist PƏRİXANIM MURADOVA, “Yeni təfəkkür” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist ŞƏMSİYYƏ KƏRİMOVA, “ZƏFƏR” İnformasiya Mərkəzinin və "ZEFER.İNFO.AZ" saytının Baş direktoru HACIXANIM ALMAZ MUSTAFAYEVA, tanınmış iqtisadçı alim və dövlət qulluqçusu, iqtisad elmləri namizədi ELDAR MƏMMƏDLİ, Bakı şəhəri Sabunçu rayonu Ağsaqqallar Şurasının sədri, tanınmış şair VƏLİ QARAÇAYLI, tanınmış şair, Əməkdar jurnalist, ehtiyatda olan mayor, II qrup Qarabağ müharibəsi əlili RƏŞİD FAXRALI, tanınmış şair, “Tərəqqi” medallı jurnalist PAŞA BABAKƏRLİ (ƏMİRCANOV), AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, tanınmış şair, həkim, bəstəkar, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laueratı, Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü, Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyası fəxri professoru ŞAHİN MUSAOĞLU, Azərbaycanın tanınmış müğənnisi və bəstəkarı, "Qarabağ Bülbülü", "Ustad Sənətkar" mükafatı laureatı AYBƏNİZ BƏHRAMQIZI, “Borçalı” nəşriyyatının məsləhətçi və redaktorları – SÜSƏN ƏLİYEVA, MƏLAHƏT QULİYEVA, XANIM BİLALQIZI, TAHİRƏ ƏLİYEVA, ZƏLİMXAN ŞƏRİFOV, İLYAS ƏFƏNDİ VƏFALI, SƏDİ HACIYEV, ELMİRA ƏHMƏD, tanınmış tədqiqatçı AZADƏ QULİYEVA, “Sazlı-sözlü Borçalı” Ədəbi Məclisinin rəhbəri, şair SƏDİ YARADANQULU, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri GÜLLÜ ELDAR TOMARLI, tanınmış şair və ictimai xadim SƏRİNGÜL SADƏ, BAYRAM QARALOV, BAYRAM AŞIQLI, həmçinin, akademik Mədəd Çobanovun oğlu MÜŞFİQ BORÇALI, qızları TƏRANƏ VƏ AYGÜL ÇOBANOVALAR, nəvəsi ETİBAR OVÇUYEV, yetirmələri - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyat kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent RAZİM MƏMMƏDLİ, tanınmış şair-yazıçı İSAXAN İLYAZOĞLU, filoloqlar – SVETLANA VƏ TİNATİN MƏMMƏDOVALAR, SABİR QULİYEV, SALMAN ƏLİYEV, ZAKİR İSMAYILOV və başqaları da iştirak ediblər.Sonda qonaqlara kitablar hədiyyə olunub və tədbir iştirakçıları ilə xatirə foto-şəkilləri çəkilib.ZiM.Az.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.