ÖLÜM NƏDİR?

ÖLÜM NƏDİR? Ürəyinin bir gün doyünməyini buraxması və nəfəsinin bir gün o gözəl havanı ciyərlərinə çəkməyini dayandırması...
Sizdən yenə soruşuram, ölüm nədir?
Bu qədərmi bəsitdir?
Dünyanı dəyişəcəyini, iz qoyacağını düşünən o ruhlar üçün ölüm unudulmağın acı faciəsidir...
Mənim üçünsə ölüm, yoxluğundan sonra insanın içində ölməyən xatirələrdir...


Bir gün onsuz otağa girəndə içimə yerləşən ağır kədər duyğusudur mənim üçün ölüm. Yatağının üstündə oturub, hər bir əşyasını diqqətlə nəzərdən keçirəndə içimə hücum edən peşmanlıq hissidir ölüm. Şəkillərimizə,bir zamanlar həyat dolu gülümsəyişinə baxanda həyatı günahlandırdığım bir sonluqdur ölüm.
Barmaqlarım şəkillərinin üzərində gəzəndə, istəmsizcə boğazıma dolan qəhərdir ölüm. Onun hər qəlbini qıranda,bir çiçəktək zərif ruhunu incidəndə, özümdən daha çox nifrət edişimdir ölüm. Kaş daha çox zaman keçirtsəydim, onu daha çox güldürsəydim, 'sevgimi daha yaxşı ifadə etsəydim' - dediyim o qəlb yarasıdır ölüm...
Ən çox da, gedişindən sonra qəlbimin tam ortasına buraxdığı boşluqdur ölüm. Gerçək ölüm, bir insanı içində öldürə bilməməməkdir. Yolda fikirli fikirli gedərkən, təsadüfən radioda səslənən o musiqinizin dodaqlarında buraxdığı buruq təbəssümdür ölüm...
Bir vaxtlar birlikdə keçdiyiniz küçələrdən, tək-tənha keçişindir ölüm...
Bir zamanlar sevdiyiniz rəngarəng güllərə küsüşündür ölüm...
Onu unutmaq üçün saç tellərini qəddarca kəsişindir ölüm. Onu hələ içində yaşatmağındır ölüm. Budur ölüm mənə görə... Sadəcə nəfəsin kəsilməsi, ruhun əbədi sonsuzluğa qovuşmağı deyil, onunla birlikdə bu dünyadan köçməkdir ölüm...

Ofelya Sadıq qızı QAFAROVA,
Bakı şəhəri, Qaradağ rayonu, Etibar Şirəliyev adına
274 nömrəli məktəbin XI “j" sinif şagirdi


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
VAQİF SULTANLININ “ÖLÜM YUXUSU” KİTABI TİFLİSDƏ GÜRCÜ DİLİNDƏ ÇAP OLUNUB

VAQİF SULTANLININ “ÖLÜM YUXUSU” KİTABI TİFLİSDƏ GÜRCÜ DİLİNDƏ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
ŞƏRİF ƏHMƏDOV (1952)

ŞƏRİF ƏHMƏDOV (1952)

Poeziya, Müsabiqə
BELƏ ÖLÜM GÖZLƏMİRDİK...

BELƏ ÖLÜM GÖZLƏMİRDİK...

Nekroloqlar
Beydulla Gəraylı (1964)

Beydulla Gəraylı (1964)

"Mən Şirvanın səsiyəm", Müsabiqə
Qəlbimizdə əbədi yaşayacaqsan

Qəlbimizdə əbədi yaşayacaqsan

UNUTSAQ, UNUDULARIQ!....
Yusif Rza: RÜBAİLƏR

Yusif Rza: RÜBAİLƏR

Müsabiqə, RÜBAİLƏR
Aydın EYVAZOĞLU:

Aydın EYVAZOĞLU: "Yağının yadına sal, qurban olum !.."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
Ziyəddin Novruzoğlu:

Ziyəddin Novruzoğlu: "Yurdum Kəpənəkçi, elim Borçalı!.."

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
Afaq ŞIXLI (1969): Rübailər...

Afaq ŞIXLI (1969): Rübailər...

RÜBAİLƏR, Rusiya
Dünyada qəribə çevrilmələr var…

Dünyada qəribə çevrilmələr var…

UNUTSAQ, UNUDULARIQ!...., Qərbi Azərbaycan
NƏVƏM ŞAHSƏNƏM!..

NƏVƏM ŞAHSƏNƏM!..

Təbriklər
Tahirə İlyas qızı:

Tahirə İlyas qızı: "BAŞKEÇİD"

Başkeçid, Müsabiqə
Yunis QARAXANOV:

Yunis QARAXANOV: "ÖLÜM UCUZLAŞIB YAMAN!.."

Qarayazı, Müsabiqə
ARZU GÖYTÜRK: BİR AZ DƏLİ QADINAM

ARZU GÖYTÜRK: BİR AZ DƏLİ QADINAM

Sumqayıt, Poeziya, Müsabiqə
Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Elida MUXAYEVA: Bu gün həyat, sabah məzar!

Tiflis, Köşə yazılar
YADDAŞLARDA YAŞAYACAQ...

YADDAŞLARDA YAŞAYACAQ...

Darvaz
Məhəmməd Xəyal Əbdürrəhmanov: Tac mahalım BORÇALIDI, YIRĞANÇAYDI elim mənim ...

Məhəmməd Xəyal Əbdürrəhmanov: Tac mahalım BORÇALIDI, YIRĞANÇAYDI elim mənim ...

Poeziya, Başkeçid
Tanınmış jurnalistdən  «Facebook» istifadəçilərinə xəbərdarlıq

Tanınmış jurnalistdən «Facebook» istifadəçilərinə xəbərdarlıq

MEDİA, Köşə yazılar
Rəşidə ALLAHVERDİYEVA: Gəlib ürəyində ölüm biryolluq...

Rəşidə ALLAHVERDİYEVA: Gəlib ürəyində ölüm biryolluq...

Poeziya
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
Rəy yazın: