Elmin və mətbuatın qovşağında

Elmin və mətbuatın qovşağında Müasir dövrdə jurnalistika yalnız xəbərin hazırlanması və ictimaiyyətə çatdırılması ilə məhdudlaşmır. Bu peşə artıq qlobal prosesləri izləməyi, müxtəlif mədəniyyətləri anlamağı, informasiya müharibələrinin mahiyyətini dərk etməyi və beynəlxalq informasiya məkanında sərbəst fəaliyyət göstərməyi tələb edir. Məhz bu baxımdan Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika ixtisası gənclər üçün dünyaya açılan mühüm bir pəncərə rolunu oynayır.

Bu ixtisas tələbəyə sadəcə jurnalist peşəsinin sirlərini öyrətmir, onu qlobal düşüncəyə malik media mütəxəssisi kimi formalaşdırır. Burada təhsil alan gənclər beynəlxalq münasibətlər, dünya mediasının fəaliyyəti, media hüququ, kommunikasiya texnologiyaları və xarici dillər üzrə dərin biliklər əldə edirlər. Beləliklə, tələbə həm milli jurnalistika ənənələrini mənimsəyir, həm də beynəlxalq media məkanının ayrılmaz iştirakçısına çevrilir. Xüsusilə, ingilis dilinin peşəkar səviyyədə öyrədilməsi tələbələrə dünyanın aparıcı informasiya mənbələrinə birbaşa çıxış imkanı yaradır. Bu gün ADU-nun Beynəlxalq jurnalistika ixtisasının qazandığı uğurların və formalaşmış nüfuzunun arxasında uzun illər ərzində bu sahəyə böyük fədakarlıqla rəhbərlik etmiş filologiya üzrə fəlsəfə doktoru Nərgiz Qurbanovanın gərgin əməyi və məsuliyyətli fəaliyyəti dayanır.

Jurnalistika kimi məsuliyyətli və dinamik bir sahədə müəllimin rolu daha çox böyükdür. Çünki burada söhbət yalnız peşə vərdişlərinin öyrədilməsindən getmir. Burada həqiqətə sədaqət, obyektivlik, vətənpərvərlik və peşə etikası kimi fundamental prinsiplərin formalaşdırılmasından gedir. Məhz bu baxımdan, müəllimin auditoriyada ifadə etdiyi hər bir fikir və paylaşdığı təcrübə gələcəyin jurnalistinin peşəkar dünyagörüşünü formalaşdırır. Bu yanaşma, dörd illik universitet həyatımda dərin və silinməz izlər buraxmışdır. Beynəlxalq jurnalistika ixtisasında təhsil alan tələbələrin peşəkar inkişafında filologiya üzrə fəlsəfə doktoru Aynurə Hüseynovanın xüsusi yeri vardır. O, tələbələrinə yalnız jurnalistikanın nəzəri əsaslarını öyrətmir, eyni zamanda onları araşdırmağa, düşünməyə və hadisələrə fərqli baxış bucağından yanaşmağa sövq edir.
Bakı Dövlət Universitetinin məzunu olan Aynurə Hüseynova elmi fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda davam etdirərək doktorantura təhsili almışdır. Onun elmi yaradıcılığının əsas istiqamətlərini Azərbaycan mətbuat tarixi, publisistika, Qarabağ və Xocalı mövzuları, 20 Yanvar faciəsi, Azərbaycan – Türkiyə ədəbi-mədəni əlaqələri və müasir media problemləri təşkil edir. Onun müdafiə etdiyi dissertasiya işi və sonradan monoqrafiya kimi nəşr olunan “Azərbaycan” jurnalında publisistika məsələləri (1953–2010) əsəri mətbuat tariximizin mühüm mərhələlərinin öyrənilməsinə sanballı töhfə hesab edilir. Tanınmış alim, professor Asif Rüstəmli bu tədqiqatı yüksək qiymətləndirərək onun zəngin arxiv materialları və elmi faktlar əsasında hazırlandığını vurğulamışdır.

A.Hüseynovanın yaradıcılığında Qarabağ həqiqətləri və milli yaddaş mövzuları xüsusi yer tutur. Xocalı soyqırımı, 20 Yanvar faciəsi, Qarabağ müharibəsi və Azər-baycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı çoxsaylı məqalə və tezislərin müəllifi olan tədqiqatçı bu istiqamətdə mühüm elmi nəticələr ortaya qoymuşdur. ABŞ, Fransa, Almaniya, Rusiya, Polşa, Ukrayna, Özbəkistan və Türkiyədə çap olunan 170-dən çox elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərs vəsaiti, 1 proqram və çoxsaylı konfrans materiallarının müəllifi olan alim müasir jurnalistika problemlərinə də xüsusi diqqət ayırır. Sosial mediada saxta xəbərlər, müharibə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi ilə bağlı araşdırmaları bu sahədə aktual elmi mənbələr sırasında yer alır.

Elmi fəaliyyətlə yanaşı, A. Hüseynova pedaqoji fəaliyyətini də uğurla davam etdirir. O, tələbələrə qlobal media tendensiyalarını, beynəlxalq jurnalistika standartlarını və müasir informasiya mühitinin xüsusiyyətlərini aşılamaqla onların dünya media məkanına inteqrasiyasına dəstək göstərir. Pedaqoji fəaliyyətində yüksək məsuliyyət hissi ilə seçilən A. Hüseynova tələbələrinə qarşı tələbkarlığı, prinsipiallığı və nizam-intizama verdiyi önəmlə tanınır. O, hesab edir ki, peşəkar jurnalistin formalaşması ilk növbədə məsuliyyətli münasibətdən, davamlı özünüinkişafdan və əmək intizamından başlayır. Məhz buna görə də auditoriyada tələbələrindən ciddi hazırlıq və fəallıq tələb edir.
Lakin bu tələbkarlığın arxasında hər zaman müəllim qayğısı və yüksək mənəvi dəyərlər dayanır. Tələbələrinin uğurlarına sevinən, qarşılaşdıqları çətinliklərdə onlara dəstək olan A. Hüseynova yeri gəldikdə mərhəməti, anlayışı və obyektivliyi ilə də seçilir. O, tələbələri üçün təkcə müəllim deyil, həm də məsləhətçi, yolgöstərən və etibar edilən ziyalı obrazıdır.
Onun xarakterindəki məsuliyyət, vicdanlılıq və humanizm bir-birini tamamlayaraq pedaqoji fəaliyyətinə xüsusi dəyər qazandırır. Elə buna görə də tələbələri A. Hüseynovanı həm peşəkar alim, həm də yüksək insani keyfiyyətlərə malik müəllim kimi dərin hörmətlə xatırlayırlar.

Bu gün Aynurə Hüseynova həm tədqiqatçı alim, həm də pedaqoq kimi Azərbaycan humanitar elminin inkişafına xidmət edir. Onun fəaliyyəti milli mətbuat tariximizin araşdırılması, tarixi həqiqətlərin qorunması və peşəkar jurnalist nəslinin yetişdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.


Elmin və mətbuatın qovşağında JALƏ İSMAYILOVA,
Elm.İnfo.Az-ın xüsusi müxbiri

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Prezident İlham Əliyevin süni intelle ...

AMEA-nın müxbir üzvü Misir Mərdanov: “Prezident İlham Əliyevin süni intelle ...

Digər bölmələr, BDU
Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı

Qərbi Kaspi Universiteti mühüm uğurlara imza atdı

Digər ali məktəblər
Şəfa Əliyeva: “Gələcəyin alimi həm fundamental ənənəyə sadiq qalmalı, həm d ...

Şəfa Əliyeva: “Gələcəyin alimi həm fundamental ənənəyə sadiq qalmalı, həm d ...

Humanitar elmlər
“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

“SALİDƏ ŞƏMMƏDQIZININ KİÇİK BƏDİİ NƏSRİ”

Yeni nəşrlər, Humanitar elmlər
Ziyalı məsuliyyəti və elmə sədaqət yolu

Ziyalı məsuliyyəti və elmə sədaqət yolu

AzTU
Sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalı -  ...

Sözə məsuliyyətlə yanaşan, qələmini vicdanının tərəzisi ilə ölçən ziyalı - ...

Humanitar elmlər, AzTU, MEDİA, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
ŞƏRƏFLİ ƏMƏYİN LAYİQLİ QİYMƏTİ

ŞƏRƏFLİ ƏMƏYİN LAYİQLİ QİYMƏTİ

Humanitar elmlər, AzTU, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
ŞƏMSİYYƏ KƏRIMOVANIN ŞƏRƏFLİ ÖMÜR YOLU VƏ YARADICILIQ UĞURLARI

ŞƏMSİYYƏ KƏRIMOVANIN ŞƏRƏFLİ ÖMÜR YOLU VƏ YARADICILIQ UĞURLARI

MEDİA, Təbriklər, Müşfiq Borçalı
ADU-DA MAGİSTRATURA TƏHSİLİ: ELM, TƏCRÜBƏ VƏ BEYNƏLXALQ BAXIŞ BİR ARADA

ADU-DA MAGİSTRATURA TƏHSİLİ: ELM, TƏCRÜBƏ VƏ BEYNƏLXALQ BAXIŞ BİR ARADA

Digər ali məktəblər
Müşfiq Borçalı - 55: BORÇALIDAN DOĞAN İŞIQ və ya SÖZÜN ZİRVƏSİ

Müşfiq Borçalı - 55: BORÇALIDAN DOĞAN İŞIQ və ya SÖZÜN ZİRVƏSİ

Əsas xəbər, Humanitar elmlər, Elmi Məqalələr, "Elm və Təhsil", "SAZLI-SÖZLÜ BORÇALI", Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Təbriklər, Müşfiq Borçalı
Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Biologiya və tibb elmləri, Turan
Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Həm pandemiya, həm də müharibə sınağından uğurla çıxan AZƏRBAYCAN MƏTBUATI

Elm, Elmi Məqalələr, Müsabiqə
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU

ORDU QURUCULUĞUNDA PEŞƏKARLIĞIN ROLU

Tarix
BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

Yeni nəşrlər, Digər bölmələr
Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Mətbuat Şurasının sədri: Jurnalistika fakültələrinə qəbulda qabiliyyət test ...

Milli Məclis, MEDİA
“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

“Elmin KİV-də təbliği” mövzusu müzakirə olundu

"Zirvə"
“İlin peşəkar gənci” fəxri adı uğrunda müsabiqəyə yekun vurulmuşdur

“İlin peşəkar gənci” fəxri adı uğrunda müsabiqəyə yekun vurulmuşdur

AzTU
Rəy yazın: