Lənkəranda böyük kimyaçı alim və tanınmış ziyalı Bö­yükağa Hü­seynbala oğlu Həsənovun xatirəsi anılıb

Lənkəranda böyük kimyaçı alim və tanınmış ziyalı Bö­yükağa Hü­seynbala oğlu Həsənovun xatirəsi anılıb Lənkəranın elmi, tarixi və mə­də­ni salnaməsində müstəsna ye­ri olan böyük kimyaçı alim, dosent və tanınmış ziyalı Bö­yükağa Hü­seynbala oğlu Həsənovun zəngin irsinə həsr olunmuş tədbirdə ailəsi ilə bir arada olmaq, bu tarixi an­ları paylaşmaq mənim üçün son­suz qürur və şərəf hissidir.

Böyükağa müəllim 17 mart 1929-cu ildə Lənkəran şəhərində anadan olmuş, bütün ömrünü el­mə, maarifçiliyə və doğma di­ya­rı­mızın tədqiqinə həsr etmişdir.
Kimya elmləri sahəsində qa­zan­­dı­ğı elmi uğurlar və dosent dərəcəsi ilə yanaşı, onun re­gio­numuzun ta­rixi, coğrafiyası, etnoqrafiyası və elmi mühitinin araş­dırılmasındakı xidmətləri əvəzsizdir.

Görkəmli tədqiqatçı, Lənkəran Dövlət Universitetinin dosenti Mirhaşım Talışlı ilə birgə qələmə aldığı 512 səhifəlik funda­men­tal "Lənkəran" kita­bı regionun təbii coğrafi şəraitini və in­sanlarını hərtərəfli işıq­landıran ilk geniş monoqrafik əsər ki­mi bu gün də mühüm mənbə olaraq qalır.

Elmi fəaliyyəti ilə ya­na­şı, onun bədii-pub­lisistik yazıları və yenicə gün üzü görmüş "Xa­tirələrim - İthaf" me­muarı alimin zəngin daxili aləminin və doğ­ma torpağa sev­gisinin bariz nümunəsidir.


Lənkəranda böyük kimyaçı alim və tanınmış ziyalı Bö­yükağa Hü­seynbala oğlu Həsənovun xatirəsi anılıb Lənkəranda böyük kimyaçı alim və tanınmış ziyalı Bö­yükağa Hü­seynbala oğlu Həsənovun xatirəsi anılıb Lənkəranda böyük kimyaçı alim və tanınmış ziyalı Bö­yükağa Hü­seynbala oğlu Həsənovun xatirəsi anılıb Lənkəranda böyük kimyaçı alim və tanınmış ziyalı Bö­yükağa Hü­seynbala oğlu Həsənovun xatirəsi anılıb 1 avqust 2026-cı ildə Lənkəran Tarix-Diyarşünaslıq Muze­yin­də keçirilən bu təqdimat mərasimində Böyükağa müəllimin kül­liy­yatının, sənədlərinin, diplomlarının, fəxri fərmanlarının, nəşr olunmuş kitablarının, alimin qızı tərəfindən muzeyimizdə təhvil verilmişdi, əsl xəzinə kimi dəyərləndirilən və yeni çapdan çıxan "İthaf" kitabının, eləcə də rəssam tərəfindən böyük ustalıqla çə­kilmiş nəfis portretinin muzeyimizə hədiyyə edilməsi tarixi bir ha­disədir.

Böyükağa müəllim üçün Lənkəran Tarix-Diyarşünaslıq Muze­yində yeni sərgi vitrininin qoyulması və onun külliyyatının ora top­lanması bizim hər birimiz üçün son dərəcə sevindirici hal­dır.
Bu zəngin irs bundan sonra muzeyimizin ən dəyərli eks­po­nat­ları sırasında qorunacaq və gələcək nəsillərə ötürülə­cəkdir.

Tədbirdə Böyükağa müəllimin qardaşı Mahmud müəllimin, övladlarının, bacısının və bacısı nəvələrinin, Lənkəran Dövlət Universitetinin müəllimi olmuş Nadir müəllimin, universitetin müəlliməsi olmuş İradə xanım Məcidovanın və Lənkəranda ya­şayan digər qohumların iştirakı, səsləndirilən kövrək xatirələr tədbirimizə xüsusi bir istilik və mənəvi ucalıq qatdı. Mahmud müəl­limin nəcib qəlb sahibi kimi nümayiş etdirdiyi diqqət, qar­şı­da gələn doğum günümü unutmayaraq təqdim etdiyi gözəl gül dəstəsi və səmimi təbrikləri də məni hədsiz dərəcədə təsirlən­dir­di.

Böyükağa Həsənovun xatirəsini belə yüksək səviyyədə yaşat­dıq­larına, onun elmi və mənəvi irsini muzeyimizə etibar etdik­lərinə görə Həsənovlar ailəsinə, başda Mahmud müəllim ol­maq­­la bütün qohumlarına və tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Allah Boyükağa müəllimə rəhmət etsin, məkanı cənnət olsun, inşallah...


Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru,
Tarix üzrə fəlsəfə doktoru, dosent,

Leyla Qadir qızı MƏCİDOVA

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gülər Eldar:

Gülər Eldar: "Müəllimin şagirdindən imzalı kitab alması xoşbəxtlikdir!.."

İctimai elmlər
Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçir ...

Elxan Məmmədlinin 80 illik yubileyinə həsr olunmuş elmi-mədəni tədbir keçir ...

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ  ALİM

SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ SEÇİLƏN PEDAQOQ ALİM

Regionlar, Məktəblər
DAŞDATÜK, YOXSA DAŞTATÜK?

DAŞDATÜK, YOXSA DAŞTATÜK?

Tarix
O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

Regionlar, Uşaq bağçaları, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
YUBİLYARDAN  HƏDİYYƏ

YUBİLYARDAN HƏDİYYƏ

Yeni nəşrlər, Mədəd Çobanov
SEXƏLİFƏ OCAĞI

SEXƏLİFƏ OCAĞI

Regionlar, Tarix
Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

Professor Tapdıq Həsənovun 80 illik yubileyi keçirilib

BDU, Qarayazı, Təbriklər
Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib: Görkəmli alim Rəfiqə Ə ...

Azərbaycan, Elm, Nekroloqlar
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
DAİRƏVİ  QALA

DAİRƏVİ QALA

Regionlar, Tarix
SIĞON  QƏBRİSTANLIĞI

SIĞON QƏBRİSTANLIĞI

Regionlar, Tarix
BƏLLƏBUR  QALASI

BƏLLƏBUR QALASI

Regionlar, Tarix
TƏBRİK EDİRİK, TÜKƏZBAN XANIM!..

TƏBRİK EDİRİK, TÜKƏZBAN XANIM!..

Regionlar, Təbriklər
Bizim Mübariz!..

Bizim Mübariz!..

Regionlar
Təbrik edirik, İLDIRIM ŞÜKÜRZADƏ!..

Təbrik edirik, İLDIRIM ŞÜKÜRZADƏ!..

Təbriklər
Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

Pedaqoji Universitetində “Professor Əmrulla Paşayev” kitabının təqdimatı ol ...

TDPİ-nin Azərbaycan bölməsi, ADPU
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar
Rəy yazın: