Professor Vüqar Əhməd Türkoloji Qurultayın 100 illik xatirə nişanı ilə təltif edildi Humanitar elmlər, Təbriklər 6 июля 2026 61 0 1 2 3 4 5 TƏBRİK EDİRİK!...AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstututunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türkoloji Qurultayın 100 illik yubileyilə bağlı “Xatirə nişanı” ilə təltif olunub.Vüqar Əhməd Turan Elmlər Akademiyasının akademiki, Turanın Xalq Şairi, Türkiyənin “Söz” və Uluslararası Elmlər Akademiyalarının üzvüdür. Türkiyədə və Orta Asiyada mütamadi elmi- bədii əsərləri çap olunur, konfranslarda iştirak edir. Haqqında Qırğızıstan Televiziyasında 40 dəqiqəlik film nümayiş olunur. İstanbul və Karsda yaradıcılıq görüşləri olub. Ankarada və Bakıda akademik İsa Həbibbəylinin redaktorluğu ilə türk ədəbiyyatı ilə bağlı monoqrqfiyası çap olunub. Türkiyənin bir neçə nüfuzlu dərgisinin redaksiya heyətinin üzvüdür.Biz də Redaksiya Heyətimiz adından AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstututunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, görkəmli ədəbiyyatşünas-alim-şair, filologiya elmləri doktoru, professor Vüqar Əhmədi Türkoloji Qurultayın 100 illik yubileyilə bağlı “Xatirə nişanı” ilə təltif olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.