SƏYYAD ARAN: "Elmi və bədii yaradıcılığı bir müstəvidə tədqiq edən ədib – Salidə Şəmmədqızı (Şərifova)" Humanitar elmlər, Elmi Məqalələr 3 ноября 2026 53 0 1 2 3 4 5 Həm bədii, həm də elmi yaradıcılıqla professional şəkildə məşğul olan Mənzər Niyarlının ictimaiyyətə təqdim etdiyi “Salidə Şəmmədqızının kiçik bədii nəsri” monoqrafik tədqiqatı alimlərin bədii yaradıcılığının ayrıca tədqiqat predmeti kimi öyrənilməsinin həm nəzəri, həm də praktik baxımdan maraq dairəsində olmasını əks etdirir. Mənzər Niyarlının sistemli və məqsədyönlü tədqiqatının neçə illik zəhmətinin bəhrəsi olan bu monoqrafiyasında müəllif özü kimi həm elmi, həm də bədii yaradıcılığı bir müstəvidə tədqiq edən Salidə Şərifovanın – Salidə Şəmmədqızının fəaliyyətini yüksək dəyərləndirir. Tədqiq obyektinə çevirdiyi yazıçının həm elm adamı, həm də yazıçı kimi əhəmiyyət kəsb edən yaradıcılığa malik bir şəxs olmasını təsdiq edir.Salidə Şəmmədqızının qələmə aldığı kiçik bədii nümunələrini sistemli şəkildə janr, problematika, üslub və obrazlar baxımından təhlil edən, üç fəsildən ibarət “Salidə Şəmmədqızının kiçik bədii nəsri” adlı monoqrafiyanın fəsilləri Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlənilmişdir. Monoqrafiyanın “Ədəbiyyatşünas və yazıçı Salidə Şəmmədqızı (Salidə Şərifova)” adlı birinci fəsli AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin VII cildi üçün yerinə yetirilmişdir.Monoqrafiyanın ikinci və üçüncü fəsilləri Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına ədəbiyyat institutunun əməkdaşlarının fərdi iş planına daxil edilmişdir. “Salidə Şəmmədqızının kiçik nəsrinin janr xüsusiyyətləri” adlı ikinci fəsil Mənzər Niyarlının 2024-cü ilin fərdi iş planına daxil edilmiş və “S.Şərifovanın kiçik nəsrində bədii refleksiya” adı ilə tədqiq edilmişdir. “Salidə Şəmmədqızının nəsrində M.Ə.Sabir satirasının ənənələri” adlı tədqiqat isə Mənzər Niyarlının 2025-ci il fərdi iş planına daxil edilərək tədqiqat obyektinə çevrilmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyinin apardığı elmi reformalarının nəticəsi kimi meydana çıxan monoqrafiya Salidə Şəmmədqızını (Salidə Şərifova) həm ədəbiyyat nəzəriyyəsinə dərindən bələd olan bir ədəbiyyatşünas kimi, həm də bir yazıçı kimi yaxından tanımağa şərait yaradır.M.Niyarlı 5-6 may 2025-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş “Ijtimoiy bilimlar va texnik-muhandislik Turk dunyosi” adlı simpoziumunda “Salidə Şəmmədqızının kiçik nəsrində postmodernizm” adlı məruzəsinin elmi dairələrə çatdırması Azərbaycan ədəbiyyatını və onun nümayəndələrini təbliğ etmək üçün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyi tərəfindən Özbəkistan Respublikasına ezam edilməsi yüksək dəyərləndirilməlidir.Mənzər Niyarlının “Salidə Şəmmədqızının kiçik bədii nəsri” adlı tədqiqatını əks etdirən məqalələri ölkəmizdə və xaricdə, bir çox mötəbər jurnallarda, saytlarda, konfrans, simpozium və konqres materiallarında nəşr edilmişdir. Məsələn, “Salidə Şəmmədqızının nəsrində Sabir satirasının ənənələri” adlı məqaləsi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.İzm” (№2, 2025. səh.50-59) jurnalında çap edilmişdir. Məqalə həmçinin Rusiyada keçirilən “Проблема жанра в филологии” adlı XX elmi praktik konfransının, Özbəkistanda keçirilən “Turkiy xalqlar adabi¬yotshunosligi va matnshunosligining dolzarb masalalari” elmi nəzəri konfransının materiallarında nəşr edilmiş və səsləndirilmişdir.M.Niyarlının fərdi plan işi kimi tədqiq etdiyi “Salidə Şəmmədqızının (Şərifova) kiçik nəsrində bədii refleksiya” adlı məqaləsi Özbəkistanda keçirilmiş “Adabiy ta’lim metodologiyasi: xakqaro tajriba va ilmiy hamkorlik” adlı kon-fransın, Türkiyədə keçirilmiş ASEAD 14. Uluslararası sosyal bi̇li̇mler, 9. Uluslararası Türklerin Dünyası Sosyal Bilimler simpoziumlarının materiallarında nəşr edilmiş, II Uluslararası Altayistik simpoziumunda səsləndirilmişdir. Mənzər Niyarlının Azərbaycanın, Türkiyənin elmi və ədəbi saytları olan elm.info.az, dibace.net, dergizan.com və s. saytlarında yayımlanan məqalələri Salidə Şəmmədqızının bədii yaradıcılığının dünya, xüsusilə də Şərq dünyasına inteqrasiya etməsini və bir yazıçı kimi qəbul edilməsini əks etdirir.Mənzər Niyarlının “Salidә Şәmmәdqızının kiçik nәsrindә postmodernizm” adlı məqaləsi Özbəkistanda keçirilən “Oliy ta’limni tashkil etishda xorijiy tajribalar: transformatsiya va innovatsiyalar” adlı simpoziumunun, “Salida Shammadqizining satira uslubi” adlı məqaləsi isə “Turkiy tillar taraqqiyoti: muammolar va yechimlar” adlı konfransının materiallarında işıq üzü görməsi fikrimizi bir daha təsdiq edir.M.Niyarlının üç fəsildən ibarət olan “Salidə Şəmmədqızının kiçik bədii nəsri” monoqrafiyasının iki yarımfəsildən ibarət “Ədəbiyyatşünas və yazıçı Salidə Şəmmədqızı (Salidə Şərifova)” adlı birinci fəslində də Mənzər Niyarlı “Salidə Şərifovanın ədəbiyyatşünaslıq fəaliyyəti və elmi yaradıcılığı” və “Salidə Şəmmədqızının bədii yaradıcılığı” haqqında ətraflı şəkildə məlumat verir. Bu fəsildə biz Salidə Şərifovanın bir elm adamı kimi professional fəaliyyəti ilə yaxından tanış oluruq. Salidə Şərifovanın Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda ədəbiyyat nəzəriyyəsi (10.01.08 - Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq) üzrə yüksək elmi dərəcəyə layiq görüldüyünün şahidi oluruq. Maraqlı məqam isə Salidə Şərifovanın Rusiya Elmlər Akademiyası A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda məhz Azərbaycan romanlarını tədqiq etməsi və “Azərbaycan romanlarının janr müxtəlifliyinin nəzəri aspektləri” (“Теоретические аспекты жанрового многообразия азербайджанского романа”) mövzusunda doktorluq dissertasiyası müdafiə etməsidir. Azərbay¬candan kənarda, Rusiya Elmlər Akademiyası kimi mötəbər elm ocağında Azərbaycan ədəbiyyatını nəzəri baxımdan tədqiq etməsi və ən yüksək elmi dərəcəyə - filologiya elmləri doktoru adına layiq görülməsi xüsusi vurğulanmalıdır. Mənzər Niyarlının 2022-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü (akademik) seçilmiş Salidə Şərifovanın iyirmi üç kitab və monoqrafiya müəllifi olmasını vurğulaması alimin Azərbaycan ədəbiyyatşünaslığı qarşısındakı xidmətlərini əks etdirir.Müəllif “Salidə Şəmmədqızının kiçik bədii nəsri” adlı monoqrafiyasında yazıçının kiçik nəsrini geniş tədqiq edir. Qeyd etmək lazımdır ki, Salidə Şəmmədqızının yazıçı kimi bədii fəaliyyəti Xalq yazıçıları Mövlud Süleymanlı və Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı tərəfindən yüksək dəyərləndirilmişdir. Bu da Salidə Şəmmədqızının elmi fəaliyyətində olduğu kimi, bədii yaradıcılıqla da ciddi məşğul olmasını təsdiq edir. Mənzər Niyarlının təqdim etdiyi bu monoqrafiyasında Salidə Şəmmədqızının yazıçı kimi fəaliyyətinə, qələmə aldığı hekayələrinin janr xüsusiyyətlərinə, üslubuna, obrazlarına və s. toxunulur. Monoqrafiyanın üç yarımfəsildən ibarət olan “Salidə Şəmmədqızının kiçik nəsrinin janr xüsusiyyətləri” adlı ikinci fəsildə müəllif “Salidə Şəmmədqızının kiçik nəsrində bədii refleksiya”, “Salidə Şəmmədqızının kiçik nəsrində bədii və elmi janrların qarışıqlığı” və “Salidə Şəmmədqızının kiçik nəsrində postmodern” başlıqlı yarımfəsillərdə yazıçının kiçik bədii nəsrinin janr xüsusiyyətlərinə aydınlıq gətirir. Mənzər Niyarlı sənətkarlıqla yazıçının kiçik bədii nəsrində bədii refleksiyanın özünü necə büruzə verməsini işıqlandırmaqla yanaşı, yazıçının nəsrində bədii və elmi janrların qarışıqlığı məqamına da işıq salır. Monoqrafiyada həmçinin yazıçının elmi yaradıcılığında tədqiq etdiyi postmoderni bədii əsərlərində tətbiq etməsinə və əks etdirməsinə toxunması da elmi baxımdan əhəmiyyət kəsb edir.M.Niyarlı Salidə Şəmmədqızının qələmə aldığı hekayələrində elmi və bədii refleksiyanın özünü büruzə verməsi məqamına aydınlıq gətirir. Maraqlı məqam yazıçının yaradıcılığında bədii və elmi refleksiyanın əksini tapmasının Xalq yazıçısı Çingiz Abdullayev, filologiya elmləri doktoru Vüqar Əhməd, yazıçı Şamil Sadiq tərəfindən də vurğulanmasının qeyd edilməsidir. Mənzər Niyarlı yazıçının “Qara yel”in sorağında”, “Başı bəlalı məqalə”, “Ləzzəti-söhbəti” və digər hekayələrində bədii refleksiyanın yer alması məqamını da açıqlayır.Mənzər Niyarlı altı yarımfəsildə təqdim etdiyi “Salidə Şəmmədqızının nəsrində Sabir satirasının ənənələri” adlı üçüncü fəslində yazıçının nəsrində Sabir satirasının ənənələrinin olmasını xüsusi olaraq qabardır. Bununla yanaşı Mənzər Niyarlı yazıçının satirik kiçik nəsrinin janr xüsusiyyətlərinə aydınlıq gətirir, problematikasını və üslubunu geniş şəkildə tədqiq edir. Müəllif həmçinin yumor və sarkazm anlayışlarının müqayisəli məqamlarına işıq salır. Salidə Şəmmədqızının satirasında yumor və sarkazmın işlənilməsini, bu zaman formalaşan bədii obrazları açıqlayır. Bütün bunlar müəllifin qələmə aldığı “Salidə Şəmmədqızının satirik kiçik nəsrinin janr xüsusiyyətləri”, “Salidə Şəmmədqızının satirasının problematikası”, “Salidə Şəmmədqızının sa¬tirasının üslubu”, “Salidə Şəmmədqızının satirasında yumor”, “Salidə Şəmmədqızının satirasında sarkazm”, “Sali¬də Şəmmədqızının satirasında bədii obrazlar” kimi yarımfəsillərdə əksini tapır. Mənzər Niyarlı Salidə Şəmmədqızının kiçik nəsrində Sabir satirasının ənənələrini “Musiqi müsabiqəsi”, “Facebook”da kitab təqdimatı”, “Konfrans sevdası”, “Ümid”, “Qara şəhər”, “Wikipedia” oyunu” “Dionisin qələbəsi”, “Mətn cızmaçısı”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Sənin səlahiyyətin çatırmı?”, “Psixiatrın gündəliyi” və s. hekayələrində özünü göstərməsinə və bu-nunla da Azərbaycan ədəbiyyatında satiranın XXI əsrin əvvəllərində yeni mərhələyə daxil olmasını vurğulaması təqdirəlayiqdir.Yazıçının hekayələrində təsvir edilən sosial nöqsan və qüsurlara satirik yanaşmanın büruzə verməsinə toxunan Mənzər Niyarlı fikirlərini Xalq yazıçısı Mövlud Süleymanlının yazarın hekayələri haqqında səsləndirdiyi fikirləri ilə təsdiq edir. Məsələn, Mövlud Süleymanlının yazıçının bədii yaradıcılığında “hadisələrin təsvirində, müəllifin bədii üslubunda, yazı manerasında, mövzuya yanaşmasında, məzmun dərinliyində dahi ədibimiz M.Ə.Sabirin sarkazmına qəribə yaxınlıq” duymasını səsləndirdiyi fikir və Salidə Şəmmədqızının yaradıcılığındakı sarkazmın Sabirin sarkazmına yaxın olması məqamı Mənzər Niyarlı tərəfindən vurğulanır.Mənzər Niyarlı Salidə Şəmmədqızının “Bankomatın sərgüzəşti”, “Zibil əhvalatı” və s. hekayələrində satirik üslubun özünü göstərməsinə və müxtəlif şəxslərin fonunda təqdim etməsinə toxunması düşündürücüdür. M.Niyarlı Salidə Şəmmədqızının hekayələrini təhlil süzgəcindən keçirərək gülüşün ifşaedici və həmçinin öldürücü olmasının büruzə verməsinə aydınlıq gətirir. Mənzər Niyarlı yazıçının “Facebook”da kitab təqdimatı” adlı hekayəsində elmdə yanlış elmi nəticələrin əldə edilməsini, “Konfrans sevdası” adlı hekayəsində elmi tədbirlər həyata keçirmək istəyən insanların fırıldaq əməllərini sarkazmla tənqid etməsini açıqlayır.Mənzər Niyarlı yazıçının qələmə aldığı “Dionisin qələbəsi”, “Sənin səlahiyyətin çatırmı?”, “Mətn cızmaçısı”, “Psixiatrın gündəliyi”, “Layihə oyunu”, “Sən elə şeyləri anlamazsan”, “Ləzzəti-söhbəti” kimi hekayələrində məhz sarkazmın özünü göstərməsini də açıqlayır.M.Niyarlı yazıçının yaradıcılığında istifadə etdiyi sarkazmın “bəzən oxucular, bəzən isə həmkarları tərəfindən kəskin qəbul” edilməsinə də münasibətini bildirməsi diqqəti cəlb edir. Bu məqam yazıçının qələminə məxsus kiçik bədii nəsr nümunələrində həyat həqiqətlərini sənətkarlıqla açıqlaya bilməsinin, fikirlərini açıq və sərt bir tərzdə təsvir etməsinin nəticəsidir.Mənzər Niyarlının Salidə Şəmmədqızının kiçik nəsrində bədii və elmi janrların qarışıqlığına diqqət yetirməsi maraq doğurur. Müəllif bu amilin yazıçının “Facebook”da kitab təqdimatı” adlı hekayəsində daha kəskin şəkildə özünü göstərməsinə toxunur. Yazıçının bədii yaradıcılığında elmi və bədiiliyin qarışıqlığına toxunaraq, növlərarası janr qarışıqlığına müraciət etməsini vurğulayır. M.Niyarlı yazarın digər hekayələrində də bədii və elmi janrların qarışıqlığına rast gəlinməsini, tədqiqatçıların bu amili nəzərdən qaçırmamalarını da əks etdirir. Yazıçı-alim Şəmil Sadiqin Salidə Şəmmədqızının “Ləzzəti-söhbəti” hekayəsini “hekayə-tədqiqat” kimi təqdim etməsinə monoqrafiyada elmi faktlarla aydınlıq gətirir.Mənzər Niyarlı Salidə Şəmmədqızının kiçik nəsrində postmodern ünsürlərin özünü büruzə verməsinə xüsusi diqqət ayırır. Bu məqamın Xalq yazıçısı Mövlud Süleymanlı tərəfindən vurğulanmasına və Salidə Şəmmədqızının kiçik nəsrinə aid bəzi hekayələri postmodern ədəbiyyata aid etməsini yazıçının qələmə aldığı bədii nümunələri ilə aydınlıq gətirməsi də elmi əhəmiyyət kəsb edir. Məsələn, monoqrafiyada yazıçının “Bu da yaşanılıb...” adlı hekayəsi postmodern ədəbiyyat nümunəsi kimi geniş təhlil obyektinə çevrilməsi təqdirəlayiqdir.Salidə Şəmmədqızının bədii yaradıcılığında İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh, Mikayıl Müşfiq, Məhəmməd Hadi, Əliağa Vahid, Nizami Rəmzi kimi tarixi şəxsiyyətlərin obrazlarının yer alması yalnız söz xiridarlarına olan rəğbət deyil, həm də tarixi və milli ənənələrimizə bağlılıqdır.Salidə Şəmmədqızının hekayələrində tarixi obrazlarla yanaşı irreal obrazların işlənilməsinə toxunulması da monoqrafiyada maraq kəsb edir. Mənzər Niyarlı yazıçının “Dionisin qələbəsi”, “Mətn cızmaçısı” və s. hekayələrində irreal obrazların işlənilməsinə diqqəti yönəldir. Məsələn “Mətn cızmaçısı” hekayəsində Əzrayıl, “Dionisin qələbəsi” hekayəsində Dionisin mifik obrazının təsviri bu baxımdan maraq doğurur. Mənzər Niyarlı Salidə Şəmmədqızının qələmə aldığı hekayələrində təsvir etdiyi xarakterlərin dərinliyini və konfliktləri açıq, aydın şəkildə göstərmək üçün satirik obraza müraciət etməsini xüsusi olaraq vurğulayır. Yazıçının “Psixiatrın gündəliyi” adlı hekayəsində Natiqin, “Mətn cızmaçısı” adlı hekayəsində Mətin Xasanoviçin satirik, bəzi ziyalılarımızın mənfi obrazlarını canlandırması təəssüf doğursa da, həyat reallığı kimi özünü əks etdirir. Mənzər Niyarlı Mətinin ərəbcə Quranı oxuya bilmədən Quranı təkzib edən əsər qələmə alması məqamını yazıçının satirik dillə təqdim etməsinə və kamil satirik obraz yaratmasına toxunur.Müəllifin “Salidə Şəmmədqızının kiçik bədii nəsri” monoqrafiyası bir daha onu təsdiq edir ki, Salidə Şərifova ədəbiyyatşünas alim və yazıçı kimi Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Elmi yaradıcılığı kimi bədii yaradıcılığı da yalnız bədii hadisə deyil, həm də ədəbiyyatşünaslıq düşüncəsinin bədii forması kimi aktuallıq kəsb edir.Mənzər Niyarlının “Salidə Şəmmədqızının kiçik bədii nəsri” adlı monoqrafiyasında Salidə Şəmmədqızının kiçik bədii nəsrinin janr xüsusiyyətlərini, Sabir satirasını özündə ehtiva edən ədəbi ənənələri, ədəbiyyatşünaslıqda mövcud olan postmodernizm, intertekstuallıq, refleksiya kimi meyilləri ilk dəfə sistemli şəkildə tədqiq və üslub baxımdan təhlil edilir. Salidə Şəmmədqızının müəllifi olduğu “Əriyən şam”, “Dionisin qələbəsi” və s. hekayələr toplularında, jurnal və saytlarda yer alan kamil hekayələrinin Azərbaycan ədəbiyyatşünaslığında geniş yer tutacağına əminik. Müəllifin təqdim edilən monoqrafiyasında Salidə Şəmmədqızının bir yazıçı kimi yaradıcılığını Azərbaycan ədəbi prosesinin bir mərhələsi kimi dəyərləndirilməsi bədii yaradıcılıqla məşğul olan alimlərimizə verilən dəyərdir.SƏYYAD ARANAzərbaycan Respublikası Milli Məclisinin deputatı,filologiya elmləri namizədiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.