Şəfa Əliyeva: “Gələcəyin alimi həm fundamental ənənəyə sadiq qalmalı, həm də texnoloji trendləri idarə etməyi bacarmalıdır”

Şəfa Əliyeva: “Gələcəyin alimi həm fundamental ənənəyə sadiq qalmalı, həm də texnoloji trendləri idarə etməyi bacarmalıdır” Elm hər bir müasir cəmiyyətin davamlı inkişafının fundamentini təşkil edən əsas hərəkətverici qüvvədir, elmi tərəqqinin perspektivləri isə, ilk növbədə, gənc tədqiqatçıların intellektual əzmi, innovativ ruhu və milli dövlətçilik maraqlarına sadiqliyi ilə şərtlənir.

Bu sözləri AMEA-da “Elm günü” münasibətilə keçirilən tədbirdə AMEA-nın Gənclər Akademiyasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva deyib.


Ölkəmizdə beynəlxalq elmi məkanda rəqabətə davamlı, peşəkar bir gənc alimlər nəslinin formalaşmaqda olduğunu bildirən sədr müavini gənc tədqiqatçıların qrant layihələrində iştirakının, həmçinin “Gənc alim” mükafatına təqdim olunan işlərin həm sayınım, həm də elmi səviyyəsinin əhəmiyyətli dərəcədə dərəcədə artdığını əlavə edib.

Şəfa Əliyeva dövlət dilinin qorunması sahəsində Gənclər Akademiyasının fəaliyyətindən söz açıb, 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Akademiya tərəfindən ilk dəfə təşkil edilən Azərbaycan dili olimpiadasının əhəmiyyətini xüsusilə vurğulayıb. Həmçinin “Kiçik Akademiyalar” və ali təhsil müəssisələrinin tələbələri ilə səmərəli əməkdaşlıqdan, elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

“Gələcəyin alimi həm fundamental ənənəyə sadiq qalmalı, həm də texnoloji trendləri idarə etməyi bacarmalıdır. İnterdisiplinar yanaşma bizim ən güclü silahımız olmalıdır. Biz keçmişin təcrübəsi ilə gələcəyin innovasiyalarını birləşdirən strateji körpü rolunu oynayırıq”, - deyə sədr müavini bildirib.

Şəfa Əliyeva Gənclər Akademiyasının gələcək hədəflərinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi mühitdə şəffaflığın və etik prinsiplərin gücləndirilməsi, tədqiqatçılara dəstək mexanizmlərinin inkişafı və elmi nəticələrin praktik faydaya çevrilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi olduğunu qeyd edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycan ...

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 31 Dekabr - Dünya Azərbaycan ...

Elm, Humanitar elmlər, "Zirvə"
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birid ...

Elm
AMEA-nın əməkdaşı elm sahəsi üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq ...

AMEA-nın əməkdaşı elm sahəsi üzrə “Gənclər üçün Prezident Mükafatı”na layiq ...

Biologiya və tibb elmləri
Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Akademik İradə Hüseynova: “Azərbaycan və Türkiyə arasında elmi əlaqələrin d ...

Biologiya və tibb elmləri, Turan
Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının i ...

Elm
Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

Elm Tarixi İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası təsis edilib

İctimai elmlər
Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib

Azərbaycan gənc alimlərinin I qurultayı keçirilib

Elm, Nazirlik
Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Gənc alimlər Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Digər bölmələr
AMEA-da

AMEA-da "Müasir elm – gənclərin baxışı ilə" adlı elmi-praktik konfrans ke ...

Biologiya və tibb elmləri, Digər bölmələr, "Zirvə"
AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

AZƏRBAYCAN GƏNC ALİMLƏRİNİN I QURULTAYI KEÇİRİLƏCƏK

Elm, Digər bölmələr
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Gənclərlə görüşüb

Elm
Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında - Gənc ədəbiyyatşünaslar ...

Humanitar elmlər, "Zirvə"
“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda  ...

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda ...

Elm, "Zirvə"
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU-da tələbə və gənc tədqiqatçıların “Gənclər və elmi innovasiyalar” mövz ...

AzTU
Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

Ədəbiyyat İnstitutunda “İlin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlan ...

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
Rəy yazın: