Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər türk xalqlarının inteqrasiyasına töhfə verir

Akademik İsa Həbibbəyli: Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər türk xalqlarının inteqrasiyasına töhfə verirBirinci Türkoloji Qurultayın keçirildiyi 1926-cı ilə qədər dünyada bu miqyasda türkoloji tədbir baş tutmamışdı. Qurultayın əsas əhəmiyyəti ondadır ki, o, türk xalqlarının birliyini və həmrəyliyini ortaya qoyan, eyni zamanda, onların gələcək vəzifələrini müəyyənləşdirən ilk mötəbər elmi platforma kimi dünya elm tarixinə daxil olub.
Qurultayın digər mühüm cəhəti Türk dünyasının coğrafi sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Qurultayda iştirak edən 131 nümayəndə, demək olar ki, Avrasiyanı əhatə edən geniş bir coğrafiyanın təmsilçiləri kimi çıxış ediblər.


Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransında deyib. O bildirib ki, Birinci Türkoloji Qurultayın ən böyük nailiyyətlərindən biri türk xalqlarını birləşdirən vahid latın əlifbasının qəbul edilməsi olub: “Bununla yanaşı, qurultay türk xalqları arasında elmi, mədəni və ictimai-siyasi birliyin formalaşmasına mühüm töhfələr verib. Bu gün, XXI əsrdə türk xalqlarının yeni müstəvidə birliyi, həmrəyliyi və inteqrasiyası istiqamətində atılan addımlarda Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər mühüm rol oynayır. Türk xalqlarının müasir dövrdəki birliyi və inteqrasiyası Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” strategiyası ilə yeni mərhələyə qədəm qoyub. Hazırda Azərbaycan və Türkiyə arasındakı strateji birlik Türk dünyasının daha geniş miqyaslı inteqrasiyası üçün nümunəvi modelə çevrilib”.

Akademik qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasət nəticəsində bu əməkdaşlıq daha da genişlənərək yeni mərhələyə yüksəlib: “Bu birliyin qorunması və inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər isə bu inteqrasiya proseslərinə mühüm töhfə verməkdə davam edir”.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏR ...

ADPU-nun KAFEDRA MÜDİRİ RAZİM MƏMMƏDLİNİN ELMİ MƏQALƏSİ CƏNUBİ KOREYADA DƏR ...

Humanitar elmlər, Elmi Məqalələr, ADPU, "Elm və Təhsil", Turan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
AMEA prezidenti Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

AMEA prezidenti Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

Humanitar elmlər, "Zirvə", Turan
Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Beynəlxalq Türk Akademiyasının iclası keçirilib

Elm, "Zirvə", Turan
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “XIII Uluslararası Böyük Tür ...

Humanitar elmlər, Avropa
AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

"Zirvə", Turan
Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil  ...

Dilçilik İnstitutunun bir qrup əməkdaşı dünyanın 5 qitəsində danışılan dil ...

Humanitar elmlər, Turan
“Türkologiya” jurnalı beynəlxalq indeksdə

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

Yeni nəşrlər, Humanitar elmlər, Digər bölmələr
“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

Elm, Humanitar elmlər
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
Rəy yazın: